Roma Papası ən təhlükəli yerlərə baş çəkəcək

Dünya katoliklərinin dini və mənəvi lideri, Roma Papası 1-ci Fransisk Meksikada rəsmi  səfərdədir. O, Meksikanın paytaxtı Mexikodakı Müqəddəs Qvadelupalı Mariya Kilsəsində messa keçirib. Kilsədə Latın Amerikası ölkələrindəki katoliklərin ən çox səcdə etdikləri müqəddəs əşya - qarayanız Müqəddəs Məryəmin rəsmi olan əba saxlanılır. Daha sonra Mexikonun həndəvərinldəki Ekatepek de Moralosdə 400 min meksikalının qarşısına çıxan pontifik burada xütbə oxuyub. Ekatepek de Morelosda bir neçə qadın vəhşicəsinə qətlə yetirilmişdi.

Milli. Az El Mundo-ya istinadən bildirir ki, Papanı Meksika prezidenti Enriko Pena Nyeto və onun xanımı Ancelika Rivyera müşayiət ediblər.
Roma Papası xütbəsində Müqəddəs Məryəmdən bəhs edəndən sonra çağdaş cəmiyyətin bəlaları olan miqrasiya və cinayətkarlıqdan danışıb.
Kilsədəki xütbəsini başa vurandan sonra o, Müqəddəs Məryəmin rəsmi qarşısında diz çöküb, 5 dəqiqə susub.

Mexikodakı Milli Sarayda o, ölkə prezidenti və rəhbərliyinin qarşısında çıxış edərkən deyib: "Tamahkarlıq və eqoizmə tutulmuş cəmiyyətdə rüşvətxorluq, zorakılıq və narkotik maddələr ticarəti üçün zəmin yaranır. Narkotik maddələr Meksika cəmiyyətini içdən yeyən və məhv edən xərçəng şişidir. Yerli keşişləri bu bəla ilə daha aktiv mübarizəyə çağırıram". 79 yaşlı Papa Meksiyaya Kubadan yollanıb. Kubada o, tarixi görüş keçirib. Belə ki, 962 ildən sonra Roma Papası və Rusiya Pravoslav Kilsəsinin patriarxı ilk dəfə bir araya gəlmişdilər. 1-ci Fransisk və Patriarx Kirillin danışıqları çox yaxşı keçib. Roma Papası Meksikanın ən yoxsul və təhlükəli bölgələrinə, o cümlədən ABŞ ilə sərhədin yaxılığında yerləşən Syudad-Huares şəhərinə də səfər edəcək. Bu şəhərdə narkoticarətlə bağlı cinayətlərin sayı həddən ziyadə olduğundan bir zamanlar Syudad-Huaresi "dünyanın qətllər paytaxtı" adlandırırdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00