Kənan İmirzalıoğlu və Sinem Kobal nişanlandı
15 Fevral 2016 11:36 DünyaAktyor Kənan İmirzalıoğlu və aktrisa Sinem Kobal Sevgililər günündə nişanlanıblar. Türkiyə mətbuatının verdiyi xəbərə görə, İmirzalıoğlu ailəsi 3 avtomobillə Kobalın ailəsinin evinə gedib. Orada jurnalistləri görən aktyor təəccüblənərək deyib: "Bu gün mənim xoşbəxt günüm, xeyirli iş üçün gəlmişik. Kölgə düşsün istəmirəm". Qohumlar nişan xonçaları ilə evə daxil olaraq Sinemi Kənana istəyiblər.
Bir daha cütlüyün toyunun mayın 21-də olacağı deyilib. 3 gün 3 gecə davam edəcək mərasimə qatılacaq qonaqlar üçün indidən 2 otel bağladılıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00