Türkiyənin baş naziri bu gün Ukraynaya gedir

Bu gün Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynaya səfər edəcək.

Trend-in "Milliyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, səfər çərçivəsində baş nazir Ukrayna prezidenti Pyotr Poroşenko, Ali Radanın sədri Vladimir Qroysman, baş nazir Arseniy Yatsenyuk, həmçinin digər yüksək vəzifəli şəxslər və ölkənin iş adamları ilə görüşəcək.

Qeyd olunur ki, səfər çərçivəsində Türkiyə və Ukrayna arasında strateji tərəfdaşlıq müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00