Saakaşvili Münhendə Medvedevin çıxışı zamanı zalı tərk edib
14 Fevral 2016 13:49 DünyaGürcüstanın sabiq prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiyanın baş naziri Dmitri Medvedevin Mühhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı zalı tərk edib. APA-nın məlumatına görə, Medvedev səhnədə dünya təhlükəsizliyi mövzusunda çıxış edərkən, Saakaşvili nümayişkaranə zalı tərk edib.
Xatırladaq ki, Sakkaşvilinin 2013-cü ildə BMT Baş Assambleyasında çıxışı zamanı Rusiya nümayəndə heyəti zalı tərk etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00