Paris terrorçularından YENİ XƏBƏR: tutulanlar var

Avstriya polisi 13 noyabrda Fransanın paytaxtından törədilən silsilə terror aktlarında iştirak etmək istəyən İŞİD-çiləri həbs edib.

Axar.az Bild-ə istinadən xəbər verir ki, bu haqda Zaltsburq polisi məlumat yayıb.

Verilən məlumata görə, saxlanılan şəxslər miqrant kimi Yunanıstandan Avropaya daxil olmaq istəyəndə Fronteks əməkdaşları onları saxlayıblar. Buna görə yaraqlılar Paris teraktında iştirak edə bilməyib.

Xatırladaq ki, noyabrın 13-ü axşam saatlarında Parisdə altı yerdə törədilən terror aktı nəticəsində 153 nəfərədək şəxs həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00