Din

Sabirabadda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib

22 Noyabr 2018 18:41

Noyabrın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Sabirabadda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah”” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbiri giriş sözü ilə açan Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev mənəvi dəyərlərin təbliğinin hər bir vətəndaşın borcu olduğunu bildirib.

Məktəblilərdən növbəti qələbələr

22 Noyabr 2018 18:21

Ümumi təhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 13 nömrəli tam orta məktəbin VI sinif şagirdləri Fidan Rüstəmova və Aynurə Səfərova Bolqarıstanda karate idman növü üzrə 11-12 yaşlılar arasında keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüblər. Qalib məktəblilər qızıl medal, diplom və sertifikatla təltif olunublar.

İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib

19 Noyabr 2018 16:35

İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsini müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə keçirilən görüşü əlamətdar hadisə adlandırıb. Onları bir arada görməkdən məmnunluğunu ifadə edən rektor vaxtilə İlahiyyat fakültəsində təhsil alan gənclərin hazırda dövlət qurumlarında, ¬qeyri-hökümət təşkilatlarında və özəl şirkətlərdə peşəkar kadr kimi müxtəlif vəzifələrdə çalışdığını bildirib.