Bu gün Səfər ayının sonuncu günüdür
8 Noyabr 2018 11:45 DinBu gün Hicri-qəməri təqvimi ilə Səfər ayının sonuncu - 29-cu günüdür.
Bununla da Səfər ayı başa çatır, sabah Hicri-qəməri təqvimi ilə Rəb Əvvəl ayının biridir.
Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı sentyabr ayının 11-də, Səfər ayı oktyabrın 11-də başlamışdı.
Hicri-qəməri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları)Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmirdi.
Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31