QMİ-nin sədr müavini: "Bizim gücümüz bir çox dinlərin vəhdətindədir"

"Azərbaycanda insanların dininə, irqinə fərq qoyulmur".

Bunu "Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah" mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib.

"Bizim gücümüz bir çox dinlərin vəhdətindədir. Azərbaycan şəhidlərinin içərisində müxtəlif dinlərin nümayəndələri var, onlar bu torpaqda doğulub, böyüyüb. Bu onların da vətəndaşlıq borcudur", - QMİ sədrinin müavini əlavə edib.

O qeyd edib ki, ölkədə tolerantlığın yaradılması və bu mühitin qorunması dövlət qayğısı olmadan çox çətin olardı.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31