Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib
16 Noyabr 2018 13:42 DinAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirib. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, tədbirdə Beynəlxalq Tolerantlıq Günü, islamda tolerantlıq prinsipi və tarixi təcrübə mövzularında müzakirələr aparılıb.
Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Aİİ rektoru məruzəsində Beynəlxalq Tolerantlıq Gününün mahiyyətinə toxunaraq, müasir dövrdə dünyada sülhü təmin etmək üçün insanlarınqarşılıqlı anlaşma şəraitdə yaşamasının vacibliyini vurğulayıb.
Vurğulanıb ki,Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, həyata keçirdiyi tədbirlər, Ramazan Bayramında ənənəvi olaraq iftar süfrəsindəmüsəlman din xadimləri iləyanaşı digər dini icmaların nümayəndələrinin də iştirakı ölkədə tolerantlıq ənənəsinintam bərqərar olduğunu göstərir. Prezident İlham Əliyev dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir. Bunun bariz nümunəsi Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev Azərbaycanda multikultural dəyərlərin və tolerantlıq ənənələrinin yaşının qədim tarixi köklərinin olduğunu, ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların əsrlərlə yanaşı yaşadığını vurğulayıb.
Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev çıxış edərkən bildirib ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir.
Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobiliqeyd edib ki, Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına qayğı ilə yanaşılıb. Buna ölkəmizdə milli, irqi və dini zəmində münaqişələrin, qarşıdurmaların olmaması da əyani sübutdur.
Gürcüstan Yəhudilərinin Bakı Dini İcmasının sədri Abik Çaruxçev ölkəmizdə bütün dinlərin nümayəndələrinə eyni münasibətin bəsləndiyini qeyd edib. Azərbaycanın tolerantlıq baxımından bir çoxdünya ölkələri üçün nümunə olduğunu bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin aparıcı mütəxəssisi Cahangir Cahangirli bildirib ki, Prezident İlham Əliyev Azərbaycan xalqının tolerantlıq ruhunu bütün dünyaya nümayış etdirir. Bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb.