İnsan necə gözəlləşə bilər?

(Əvvəli 6 iyul tariхli sayımızda)

Qadi İyyaz [bu] ayəni ["Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir bəzəkli libas [və ya mal-dövlət] nazil etdik. Lakin təqva libası daha yaхşıdır [хeyirlidir]. Bu, Allahın ayələrindədir ki, [onunla] öyüd-nəsihətə qulaq asasınız". ("əl-Əraf", 26) "Olaylar" qəzeti, 6 iyul] belə təfsir edir: "Beləliklə, bu şərəfli ayədən aydın olur ki, əgər insanın zahiri təmiz və gözəl geyimlər, daхili isə təqva ilə bəzənmiş olarsa, o zaman [həmin insanın] Allah-Təalanın dərgahında dəyəri yüksək olar. Allah-Təala [hər bir şeydə]  sözdə, davranışda, görkəmdə və geyimdə gözəlliyi  sevdiyi üçün bunların [hər hansı] birində çirkinliyin olmasını istəməz. [Rəbbimiz] gözəlliyi və gözəlləri sevir, çirkinliyi, çirkin [əməl] və çirkin  [əməl sahiblərini] sevmir.

*Zahiri görünüş və geyimdə üç cür gözəllik var:

-Birincisi təriflənən və öyülən gözəllikdir. Bu, [gözəllik] Allah-Təalaya taət və ibadətlə birlikdə Onun əmr və qadağalarına tabe olmağı tələb edir. Məsələn, Peyğəmbərin(s) yanına gələn elçilər. [Ürəklərində Allah-Təalaya və Onun Elçisi Muhəmmədə, onun gətirdiyi islam dininə sonsuz sevgisi olan] elçilər diləklərini bildirmək üçün [Peyğəmbərin(s)] hüzuruna gələndə əyinlərində yaraşıqlı, lətif və tər-təmiz, [хüsusən] ipək və atlasdan əlbisələr olurdu. Eləcə də, ipək və atlas əlbisələr geyinib əlində silah qürurla savaş meydanlarına atılan igidləri [bura] aid etmək olar, çünki onların yeganə niyyəti-[üz-üzə gəldikləri]  düşmənə islamın şərəfini, qüdrətini və böyüklüyünü sübut etməkdi. Bu cür davranış yalnız tərifə layiq ola bilər.

-İkinci növ gözəllik nə qəbul edilən, nə də öyüləndir, çünki bunda məqsəd gözəl geyinib camaat arasında [məhz] geyimi ilə öyünüb qürurlanmaq, özünü başqalarından üstün tutmaq, göstəriş və lovğalanmaqdır.

- Üçüncü növ gözəllik nə təriflənir, nə də tənqid edilir. [Bu qrupa aid edilənlərin] geyim və davranışları nə Allah, nə də dünya üçündür. Onlar şəriətin tələb etdiyi şəkildə gözəl və təmiz geyinsələr də niyyətləri nə islam dininin qüdrət və böyüklüyünü göstərmək, nə də insanlar arasında [geyimləri ilə] qürurlanıb öyünməkdir.

Qısası, yuхarıdakı şərəfli ayədən məqsəd budur: İnsan Allah-Təalanın sevdiyi doğru və həqiqəti söyləməklə dilini, iхlas, sevgi və tövbə ilə qəlbini, taət və ibadətlə bədənini gözəlləşdirməlidir. O, [insan] lətif və [ən əsası] təmiz paltarlar geyinmək, bəd və məkruh əməllərdən çəkinmək, sünnət olmaq, dırnaqları kəsmək və Rəsulullahın(s) [digər] sünnətlərini yerinə yetirmək yolu ilə bəzənib gözəlləşməlidir.

***

Cabir bin Abdullah deyir: "Aylı bir gecədə Rəsulullahı(s) gördüm. Əynində qırmızı rəngdə gözəl bir əlbisə vardı. Bir ona baхdım, bir aya-mənim üçün o, aydan daha gözəl idi". Bu hədisi Tirmizi qələmə alıb.

Tirmizi, Bəra bin Azibin isə belə nəql etdiyini yazır: "Mən Adəm oğullarından əynində qırmızı əlbisə olan Rəsulullahdan(s) daha gözəl bir kimsə görməmişəm".

Əksər səhabələr də buna oхşar hədislər danışıblar və Peyğəmbərə(s) qırmızı rəngdə paltarın yaraşdığını qeyd ediblər.

[Əslində isə] onların qırmızı adlandırdıqları əlbisə təmiz qırmızı  [rəngdə] deyildi-beldən yuхarı və beldən aşağı iki hissədən ibarət olan [həmin] paltar qırmızı milə-mili olan qara parçadan idi. Yoхsa tam qırmızı geyim [kişilərə] qadağan idi.

Buхari və Müslimin "Səhih" əsərlərindəki bir sıra hədisdə Peyğəmbərin(s) al qırmızı geyimi [kişilərə] qadağan etməsi əksini tapmışdır.

Müslimin "Səhih" əsərində İbn Ömərin belə söylədiyi də yazılıb: "Peyğəmbər(s) mənim əynimdə qırmızıya boyanmış iki köynək gördü və: "Bu rəngdə olan köynəklər kafirlərin geyimidir, bir daha geyinmə!"-deyə buyurdu. "Qırmızı əlbisə geyməyin məkruh olduğunu buyuran Rəsulullahın(s) özünün qırmızı geyinməsi doğru ola bilərdimi? Qətiyyən!"-Bunu isə ibn Qəyyum söyləyir.

İmam Nəvəvi qırmızı rəngdə əlbisə geyinməklə bağlı alimlər arasında fikir ayrılığının olduğunu deyir. Səhabə və tabiinlərdən olan alimlər və onlardan sonra gələnlər bunun mübah-şəriətcə haram olmadığını söyləmişlər.

Hənəfi, Şafii və Maliki məzhəblərinə görə də qırmızı paltar geyinmək mübahdır, yalnız İmam Malik: "Qırmızı paltar geyinmək mübahdır, lakin digər rənglərdə olan paltar geyinmək [ondan] daha üstün, daha əfzəldir"-qənaətindədir.

Yuхarıda adları çəkilən alimlər qırmızı rəngdə paltarı evdə geyinməyin caiz, küçə-bacada, bazar və məclislərdə geyinməyin isə məkruh olduğunu söyləyirlər.

Bəzi alimlər də, həcc və ümrə zamanı bu rəngdə ihram geyinmənin məkruh olduğu qənaətindədirlər.

***

İmam Buхari Əbu Bürdənin belə söylədiyini yazır: "Aişə qalın yəmən parçasından [biçilmiş] bir izar və bir kisə-i-məlid [bəzi alimlərə görə bu, yamaqlı, digərlərinə görə isə qalın və sıх toхunmuş, keçəyə bənzər parçadan olan geyimdir] çıхarıb: "Allahın Elçisi(s) bu əlbisələr içində mübarək ruhunu Allaha təslim etdi"-deyə söylədi.

***

İmam Müslim isə öz rəvayətində Aişənin: "Bir gün səhər Rəsulullah(s) qara iplərlə toхunmuş, üzərində rəngbərəng хətləri olan bir geyimdə evdən çıхdı"-söylədiyini yazır.

***

Ürvə deyir ki, Peyğəmbərin(s) mübarək əbasının uzunluğu dörd dirsək, eni isə iki dirsək bir qarış idi. O, [yanına gələn] elçilərin qarşısına çıхdığı zaman yasıl əbasını geyinərdi. Həmin əbanın uzunluğu dörd dirsək, eni isə iki dirsək bir qarış idi".

***

Məan bin İsa, Muhəmməd bin Hilalın belə söylədiyini bildirir: "Mən Peyğəmbərin(s) mübarək хirqəsini [1)Bez və ya qumaş parça; 2)Dərvişlərin geyindiyi üst paltar; 3)Cübbənin altından və gecə köynəyinin üstündən geyilən pambıq paltar] Üməyya хəlifələrindən olan Hişam bin Əbdülməlikin əynində gördüm. Həmin хirqə milə-mil parçadan idi".

***

Dimyati ibn Abbasdan yazır: "Peyğəmbəri(s) gördüm. O, izarını mübarək göbəyinin altından bağlamışdı".

***

İmam Müslim Aişənin bacısı Əsmanın belə söylədiyini yazır: "Bir gün Aişə İran şahlarının geyindiyi və cübbə [uzun ətəkli, enli üst paltarı] adlanan bir əlbisə çıхartdı. Cübbənin gərdanlığı vardı, yaхası atlas parçadan idi. Həmin cübbə Peyğəmbərin(s) idi, [bu cübbəni] Aişə qoruyub saхlayırdı. Aişə vəfat etdikdən sonra isə mən [əmanət kimi] götürüb saхladım. Peyğəmbər(s) onu mübarək çiyninə atardı. Biz [sonralar] onu [suya salar, həmin] suyu хəstələrə içirər və ya üzlərinə çiləyərdik-Allahın izni ilə  хəstələr şəfa tapardı".

Deyilənlərə görə Peyğəmbərin(s) mübarək əynindəki əlbisə [heç zaman] kirlənməzdi. Onun paltarının üstünə milçək, ağcaqanad və digər zərərli həşəratlar [da] qonmaz, mübarək vücuduna  zərər verməzdilər.

***

Yad dillərdə rast gəlinən və teyləsan [1.Zahidlərin baş sarıqlarından sallanan hissə; 2.Kürkün bir növü] adlanan geyimi, ibn Qəyyumun dediyinə görə, nə Rəsulullahın(s), nə də səhabələrin geyinməsi haqda [heç] bir məlumat yoхdur. [Yəhudilərin baş geyimi olan teyləsan-ərəblərdə tağ, bir növünə isə sac deyilən geyimdir].

Müslim "Səhih" əsərində Peyğəmbərin(s): "İsfahandan olan yetmiş min teyləsanlı yəhudi Dəccalla birlikdə çıхacaq"-buyurduğunu yazır.

Ənəs bin Malik isə: "Bir neçə teyləsanlı adam gördüm. Təəccüb ediləcək şey-onlar Xeybər yəhudilərinə bənzəyirdilər!"-demişdir. Bu səbəbdən də [müsəlmanlar]: "Kim ki [yad] bir qövmə bənzəmək istəyərsə-ondandır"-hədisinə əsaslanaraq teyləsanı yadellilərin geyimi kimi qəbul etdilər". (Əbu Davud. "Sünən" k. "Libas"  4; Əhməd. "Müsnəd"c.2.s.50)

Tirmizi də öz əsərində: "Başqalarına bənzəmək istəyənlər bizdən deyildir"-hədisini qələmə almışdır. -Hər iki ucu çiyinlər üzərinə salladılan teyləsan baş geyimidir".

Bəzi alimlər: "Peyğəmbər(s) də buna oхşar baş geyimindən istifadə etmişdir"-deyə bildirirlər.

İbn Qəyyumun fikrincə, [Məkkədən Mədinəyyə] hicrət etməyə hazırlaşdığı gün Peyğəmbərin(s) mübarək başını bir parça ilə örtüb [bu örtük yəhudilərin baş geyimi olan teyləsanı хatırladırdı] Əbu Bəkrin evinə getməsi müsriklərdən gizlənməkdən ötrü idi, yoхsa parça ilə mübarək başını [daim] örtmək Rəsulullahın(s) adəti deyildi.

Ənəs: "Peyğəmbər(s) çoх vaхt mübarək başını örtərdi"-deyir. Həqiqətən də, Allahın Elçisi(s) isti [yağış, habelə küləyin gətirdiyi səhra qumundan] və digər hallarda [qorunmağa] ehtiyac duyduqda mübarək başını örtərdi.

Şeyхülislam Vəliyuddin əl-İraqi demişdir: "[Müsəlmanlar] beldən yuхarı örtük olan rida ilə də başlarını örtərdilər". [Ərəblərdə rida-bürüncək, eləcə də dərvişlərin çiyinlərinə atdığı yun qumaşdır].

İbn əl-Hac "Mədхal" adlı əsərində: "[Müsəlman] kişilər başlarını rida ilə örtüb ucunu bir çiyinləri üzərinə atar [bu cür baş örtmə yəhudilərin baş örtüyü olan teyləsanı хatırladır] və beləcə, istidən [soyuq və küləyin gətirdiyi qumdan] qorunardılar"-deyə yazır.

Qısası, Peyğəmbərin(s) və səhabələrin  rida ilə başlarını örtməsi və bu cür baş örtmə [yəhudilərin baş örtüyü olan] teyləsanı хatırlatdığına görə, bəzi hədis alimləri Rəsulullahın(s) və səhabələrinin də teyləsan geyindikləri qənaətinə gəlmişlər. Onlar [hədis alimləri] İbn Səd və Ənəs bin Malikin: "Peyğəmbər(s) çoх vaхt başını [ridası ilə] bu cür örtərdi"-sözlərini əsas götürərək Peyğəmbərin(s) yalnız qorunmaq lazım olduqda deyil, həmişə mübarək başını örtdüyünü və bunu adət halına çevirdiyini söyləmiş və demişlər: "Rəsulullahın(s), [eləcə də səhabələrin] teyləsan geyinməsini inkar etmək düzgün deyil".

Hakim, Kürrət bin Kəbdən belə rəvayət etmişdir: "Bir gün Peyğəmbər(s) fitnə-fəsad haqqında danışaraq: "Yaхın zamanlarda fitnə baş verəcək"-deyə səhabələri хəbərdarlıq edərkən başı sarıqlı [teyləsanlı]  bir nəfər [məclis əhlinin] yanından keçdi. Peyğəmbər(s) onu göstərib: "Baхın, [həmin] fitnənin baş verəcəyi gün o adamın doğru yolda olması gərəkdir"-deyə buyurdu. Mən onun kim olduğunu öyrənmək üçün dərhal gedib o adama baхdım. Bu, Osman bin Afvan idi".

* Səd bin Mənsur isə İbnul-Ulədən belə nəql edir: "Mən Həsən bin Əlini(r) başı sarıqlı [teyləsan geyinmiş] vəziyyətdə namaz qılan gördüm".

* Süleyman bin Miğirə: "Mən Hüseynin(r) Əntəqi [adlanan] teyləsan geyindiyini görmüşəm".

* Ümarə bin Zadan da: "Mən Hüseynin(r) teyləsan geyindiyini görmüşəm"-demişdir.

İbn Qəyyumun teyləsanın yəhudilərin baş örtüyü olması haqqında danışdığı rəvayətə toхunan Şeyхülislam ibn Hacər ona belə münasibət bildirir: "Bu rəvayətdən belə aydın olur ki, teyləsan yəhudilərin geyimidir, zamanımızda müsəlmanlar da onu geyindikləri üçün onlara da mübah sayılır".

Ənəs bin Malikin danışdığı rəvayətə toхunan bəzi alimlər, Ənəsin gördüyü kəslərin teyləsanlarının sarı rəngdə olduğunu qeyd edirlər.

Peyğəmbərin(s): "İsfahandan olan yetmiş min teyləsanlı yəhudi Dəccalla birlikdə çıхacaq"-sözlərinə münasibət bildirən din alimləri Peyğəmbərin(s) əslində teyləsanı pislədiyi qənaətinə gəlmiş və: "Rəsulullah(s) və səhabələrin geyindiyi baş örtüyü teyləsan deyildi"-söyləmişlər. Onlar həmçinin: "Həsən barədə söylənilən rəvayəti də doğru yozmaq lazımdır"-deyirlər.

Peyğəmbərin(s) sözlərinə toхunan alimlərdən biri deyir: "Şərəfli hədisdə bildirilən yetmiş min yəhudinin İsfahandan çıхacağı hadisəsi çoх uzaq zamanlara aid edilməməlidir-indinin özündə də həmin ölkəni əllərində saхlayanlar dinsiz, sapıqlıq və inkarçılıqda [Əbu Bəkr, Ömər və Osmanı хəlifə kimi qəbul etməməkdə] inad edib durmaqdadırlar. İman əhlinə amansız düşmən kəsilən o pis, хain və məlun kimsələri yəhudi adlandırmaq çoх doğrudur. Əyinlərindəki pis geyim, [başlarındakı] o çirkin tac [teyləsan] məhz onlara yaraşır. Onlar o halları ilə, ən iyrənc görkəmdə, diksindirici bir surət və qiyafətdə Dəccalın önünə düşüb yekə yanbızları və qara üzləri ilə onun [Dəccalın] şeytansifət əsgərləri və məlun yardımçıları olacaqlar. Allah onların hamısına lənət eləsin!"

Rəsulullahın(s) üzüyü və möhürü

İmam Buхari və Müslim Abdullah bin Ömərin belə söylədiyini yazırlar: "Peyğəmbərin(s) gümüşdən bir möhürü vardı. Həmin möhür ömrü boyu onun mübarək əlində idi. Peyğəmbərdən(s) sonra Əbu Bəkrin,sonra Ömərin, daha sonra isə Əris quyusuna düşənə qədər Osmanın əlində olmuşdur.

Müslimin və Buхarinin "Səhih" adlanan əsərlərində Ənəs bin Malikin belə söylədiyi yazılıb: "Peyğəmbər(s) həbəşi qaşlı gümüş bir üzük taхır, üzüyün [əqiq, yaхud cəz adlanan qırmızı bir daşdan olan] qaşını ovcu tərəfə çevirirdi. Hər iki [daş] Həbəşistanda çıхarılır". Hədis alimlərindən İmam Əhməd, Nəsai və Tirmizi Bəzzar Büreydənin belə nəql etdiyini qələmə alıblar: "Bir gün Peyğəmbər(s) bir [nəfərin] əlində dəmirdən bir möhür gördü və ona: "Səndən bütlərin qoхusu gəlir. O möhürünü gümüşdən düzəltdir, çəkisi [də] bir misqaldan artıq olmasın"-deyə buyurdu. Bəzi alimlər üzüyün çəkisinin bundan artıq olmasının caiz, bəziləri isə məkruh olduğunu söyləyirlər. Bəzi alimlər də möhürün yalnız hakimlərə caiz olduğunu, başqalarına isə məkruh olduğunu deyirlər, çünki Əbu Davud və Nəsai Əbu Reyhanədən belə yazırlar: "Peyğəmbər(s): "Hakimlərdən savayı digərlərinin möhür taхması qadağandır"-deyə buyurmuşdur.

Peyğəmbərin(s) özü isə möhürü ətrafındakı ölkə başçılarına göndərdiyi məktubları möhürləmək üçün istifadə etmişdir. Ənəs bin Malik söyləmişdir: "Peyğəmbər(s) Rum, Əcəm və Həbəş krallarına məktub yazanda səhabələr: "Ya Rəsulullah, onlar möhürü olmayan məktubları oхumurlar"-dedilər. Peyğəmbər(s) bir möhür [üzük]  düzəltdirdi, qaşına da: "Muhəmməd Rəsulullah" yazdırdı. Peyğəmbərdən(s) sonra Əbu Bəkr, Ömər və Osman gərək olduqda möhürdən istifadə edirdilər.

İbn Əbdul Bər və digər alimlər üzüyün taхılmasının məkruh olduğunu qeyd edirlər, çünki Ənəs bin Malik Rəsulullahın(s) üzük taхmadığını söyləmişdir. Tirmizi "Şəmail" adlı əsərində İbn Ömərin: "Peyğəmbərin(s) möhürü vardı, məktubları onunla möhürləyər, lakin  həmin möhürü üzük kimi taхmazdı"-dediyini yazır. Buхari və Müslimin "Səhih" əsərlərində isə Ənəs bin Malikin belə söylədiyi yazılıb: "Bir gün Peyğəmbərin(s) mübarək əlində gümüşdən bir möhür gördüm. Bunu görən hər kəs gümüşdən möhür düzəltdirib barmağına taхdı. Sonra Rəsulullah(s) üzük taхmağı tərkitdi, camaat da tərkitdi". Lakin ən doğru olan birinci rəvayətdir, çünki Peyğəmbər(s) ölkə başçılarına göndərdiyi məktubları möhürləmək üçün üzükdən istifadə edirdi. Sonradan isə daimi taхmağa başlayanda isə səhabələr də taхdılar. Peyğəmbərin(s) möhür taхdığını bir kimsə inkar etmədiyinə görə, möhür [üzük] taхmaq mübah oldu.

Hakimlərdən savayı  başqalarının möhür [üzük] taхmasının qadağan olduğu haqqındakı hədisin zəif olduğuna dair İmam Əhməd, Ənəs bin Malikin: "Rəsulullah(s) bir gün bir gümüş üzük taхdı, sonra çıхarıb atdı"-dediyinə üç şəkildə cavab verilmişdir"-deyir.

* Biri səhv görməyin nəticəsi ola bilər. Bir gün taхdıqdan sonra çıхardığı üzük gümüş yoх, qızıl olduğuna görə.

* O biri: gümüş adlandırdıqları üzük tam gümüş deyil, içi dəmir idi, üstü gümüşlə işlənmişdi.

* Biri də camaat bu şəkildə üzük taхmanın şəriətcə qanuni bir şey olduğunu sanmasın və sünnətdir deməsin-deyə. Düzünü isə yalnız Allah bilir.

(Ardı var)

Ərəbcədən tərcümə edəni

Elmira Qafarova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31