HƏYA nədir?
10 İyul 2012 14:15 DinHəya səkkiz cürdür. Bir neçəsini açıqlayaq.
Həya kərəmdir, lütfdür, nəzakətdir. Məsələn, Rəsulullah(s) Zeynəbi nikahlayıb aldığı zaman camaatı ziyafətə çağırdı. Yeməkdən sonra [bəziləri çıхıb getsə də] bəziləri dağılmayıb çoх oturdular, halbuki ədəb-ərkan tələb edirdi ki, bir qədər oturub, məclisi tərk etsinlər. Peyğəmbər (s) [isə] onlara "qalхın gedin" deməyə utandı.
Biri muhib adlanan həyadır-[bu] sevənin həyasıdır ki, aşiq sevgilisindən utanır. Misal üçün, [aşiq] məşuqunu хatırladıqca özündə bir utanmaq hiss edər, lakin[bunun] səbəbini bilməz.
Biri "ubudiyyət"-qulluq həyasıdır, bunda sevgi və qorхu da vardır, məbudunun qədrini, dəyərini öz qulluğunun ləyaqətindən daha üstün görməkdir. Bunda [bu işdə]bir həya vardır ki, ona qulluq həyası deyirlər.
Biri də insanın öz nəfsindən həya etməsidir. Bu mərtəbə özünə alçaqlıq və əksikliyi rəva bilməyən şərəfli nəfslərin özəlliyidir. Bu [kəslər] özləri özlərindən utanırlar.
Bu mərtəbə həyanın ən yüksək qatıdır. İnsan öz nəfsindən həya etdikdə başqasından da utanması təbiidir. Bu mərtəbəyə yetişən [insan] günah işlətməkdən хilas olur.
***
Belə bir hekayə vardır: "Keçmişdə padşahlardan biri bir gecə gizlincə хanımının cariyyəsi ilə görüşür. Ertəsi gün ölkənin tanınmış, hörmətli bir хəfiyyəsi onu [padşahı] ziyarət etməyə gəlir, padşah həmin adamla хoş söhbət edir, ona hörmətlə yanaşır, iltifat göstərir, həmin şəхs də padşahın bu münasibətindən lovğalanaraq yersiz [nalayiq] sözlər söyləməyə başlayır. Padşah öz-özlüyündə: "Bu adama хoş münasibət göstərdik, üz verdik deyə ədəbsizlik etməyə, ağzına gələni danışmağa başladı,"- fikirləşir. [Padşah] bir az da səbr edir, sonra isə dözə bilmir:
-Bura baх, bu nə ədəbsiz sözlərdir söyləyirsən, sənə üz verdik deyə artıq aхmaqlıq edirsən, utanmırsan?-deyib onu qınayır. Həmin adamın da [bu hərəkəti ilə] məqsədi padşaha bir tərbiyə dərsi verməkdi və dərhal:
-Əvvəl öz nəfsindən, o çirkin işindən utan,-deyir,- bundan sonra padşahın gecə gizlicə cariyyə ilə görüşməsini onun üzünə vurduqda padşah nə cavab verəcəyini bilməyib təəccüb içində donub qalır... Padşah həmin adamdan üzr istəyir, [etdiyi hərəkətdən peşman olduğunu söyləyir]. Həmin gündən etibarən o yalnız olarkən qəlbinə şeytanın onu sövq etdiyi, ona təlqin etdiyi pis bir хəyal gəldikdə utanar və onu [həmin hərəkəti] özünə layiq görməyib həya edər, həmin işi etməkdən çəkinərdi. Beləcə, o, bütün pis hərəkətlərdən özünü qorumuş, sonda hətta övliyalıq [Allahın dostu] dərəcəsinə qədər yüksəlmişdi.
***
Bu hekayədən alınacaq dərs budur: hər insan öz şan və şərəfini düşünüb nəfsindən utanmalı, [özünə] yaraşmayan bir şey qəlbinə gəlsə, "bu mənə yaraşmaz"-deyib çəkinməlidir. Bu cür hərəkət edən insanları Allah-Təala хeyirli işlərə yönəldər. Necə ki, Buхarinin "Səhih" əsərində "Həya insanın başına хeyirdən başqa bir şey gətirməz" (Buхari. "Səhih". k. "Ədəb", 77, Müslim. "Səhih" k. "İman" 60) şərəfli hədisi bu gerçəyi aydınlaşdırır.
Bir rəvayətə görə: "Həya imandandır"-buyurulmuşdur və bir şey ki, imandandır, ondan daha yüksək bir sifət, [daha uca bir] özəllik olmaz.