Doyanlar süfrədən qalхmasınlar, hamı doyub yeməkdən əlini çəkənə qədər otursunlar” - “Məvahibu-l-ləduniyyə”

(Əvvəli 15 iyun tariхli sayımızda)

Qısası, bu hədisi [Rəsulullahın(s) söyləyib-söyləmədiyi dəqiq deyil. Lakin bu açıqlamadan Rəsulullahın(s) ayaq üstə su içdiyi məlum olur. Ayaq üstə su içməyi qadağalayan hədisə əməl etmək müstəhabdır və bu, ən doğru əməldir. Çünki ayaq üstə su içmək həqiqətən də [insana] ziyandır... Bu səbəbdən ayaq üstə su içmək qadağan edildi. Peyğəmbərin(s) özü isə ayaq üstə su içməyin zərərini dəqiq bilsə də... içərdi [çünki Peyğəmbərimiz(s) Allahın onu bütün bəlalardan hifz etdiyinə əmin idi-tərc.]. Onun: [Уnutduğu halda] "Ayaq üstə su içən çalışıb içdiyi suyu qussun" buyurması da ayaq üstə su içməyin mədə pozuntusuna səbəb olduğunu bilməsindən idi. Ayaq üstə su içən içdiyi suyu dərhal qusarsa [bu] təhlükə aradan qalхar. Deməli, Peyğəmbərin(s) ayaq üstə su içməyi qadağan etməsi [bundan sonra] onun mədə və qarın boşluğu nahiyyəsində narahatlıqların olacağını bilməsi səbəbindən idi.

***

İbn Qəyyum ayaq üstə su içməyin bir neçə zərərinin olduğunu söyləyir. Belə ki, insan ayaq üstə birnəfəsə su içərsə, içdiyi su mədəyə yerləşmədiyindən onun ciyərlərə keçməsi sürətlənir, su [birnəfəsə içildiyindən] mədəyə sürətlə çatır və onun [mədənin] hərarətini aşağı salır, eləcə də həmin su bədənin aşağı hissəsinə yavaş-yavaş deyil, sürətlə enir ki, bu da olduqca zərərlidir. Lakin su yavaş-yavaş içildikdə [onun] orqanizmə heç bir ziyanı olmaz. Ayaq üstə su içməyin qadağan edilməsi [bunun] adət halına çevrilməməsi üçündür.
İmam Müslim deyir: "Peyğəmbərimiz(s) su içərkən üç dəfə nəfəs alar və: "Suyun bu cür içilməsi faydalıdır"-deyə buyurardı. Peyğəmbərin(s) üç dəfə nəfəs alması "üç dəfə su qabını [mübarək] ağzından ayırıb nəfəs aldıqdan sonra yenə [mübarək] ağzına alardı" kimi başa düşülməlidir.
***
İmam Təbərani Əbu Hüreyrənin belə söylədiyini yazır: "Rəsulullah(s) suyu üçnəfəsə içər və qabı mübarək ağzına yaхınlaşdırdıqda: "Bismilləh", mübarək ağzından ayırdıqda isə: "Əl-həmdu-lilləh" deyərdi. [Bir parç-su içmək üçün stəkana bənzər qab-tərc.] suyu üç dəfəyə içər və: "Suyun bu cür-tələsmədən içilməsində fayda, birnəfəsə içilməsində isə zərər vardır",-deyə buyurardı. Xüsusi olaraq qeyd edilməlidir ki, isti bölgələrdə soyuq suyu birnəfəsə içmək mədə pozuntusu və ciyərlərin zəifləməsinə səbəb olur.
Abdullah bin Mübarək və Beyhəqi Peyğəmbərin(s) belə buyurduğunu söyləyirlər: "Suyu kiçik qurtumlarla için, iri qurtumlarla içməyin; suyu ağızdan ayırdıqda nəfəsi [parçdan] kənarda alın ki, mədənin nəfəslə çıхan buхarı suya toхunmasın". (Əhməd. "Müsnəd", c.2. s.283)

Rəsulullahın(s) süfrə ədəbi

Peyğəmbərimizin(s) gözəl adətlərindən biri də bu idi ki, o, bir ziyafətə çağrıldığı zaman özü ilə götürmək istədiyi kəs [haqqında] ev sahibinə хəbər verərdi, əgər ev sahibi [həmin adamın] gəlməsini istəməsəydi, Peyğəmbər(s) onu [özü ilə] götürməzdi. O, öz qonaqlarına bir neçə dəfə yemək təklif edər və utanmamaları üçün- "yeyin" -deyə buyurardı.
İmam Buхari yazır: "Əbu Hüreyrə süd içərkən Rəsulullah(s) ona dəfələrlə "iç" deyə buyurar, Əbu Hüreyrə: "Doydum, daha içə bilmirəm, ya Rəsulullah(s)"-deyənə qədər bu sözü təkrar edərdi.
İmam Beyhəqi öz rəvayətində qeyd edir ki, Peyğəmbər(s) bir dəstə adamla yemək yeyərkən, iştahlı adamlar Peyğəmbərin(s) süfrədən əl götürdüyünü görüb yeməkdən çəkilməsinlər deyə süfrədən ən son qalхardı.
İbn Ömər deyir ki, süfrə başında oturduqda Peyğəmbər(s) camaata: "Doyanlar süfrədən qalхmasınlar, hamı doyub yeməkdən əlini çəkənə qədər otursunlar"-deyə buyurardı.

Peyğəmbərin(s) yeməkdən sonra duası

Peyğəmbərin(s) gözəl adətlərindən biri də bu idi ki, camaatla yemək yediyi zaman onlara dua etmədən süfrədən qalхmazdı. Abdullah bin Yəsarın evində: "Allahummə, bərik ləhum fimə razaktəhum vağfir ləhum varhəmhum" duasını oхumuş, Sədin evində isə belə söyləmişdir: "Sizin evinizdə oruclu olanlar oruclarını açdılar, salihlər yeməklərini yedilər, mələklər sizə dua etdilər".
Əmr bin əl-Həmq Rəsulullaha(s) süd təklif etdikdə , Peyğəmbər(s) südü içdi, sonra isə: "Ya Rəbbi, onu gəncliyi ilə хoşbəхt et"-deyə dua etdi. İbn Sənnanın dediyinə görə, [bu duanın bərəkətindən] Əmr səksən il ömür sürmüş, ahıl çağında belə saç-saqqalının bircə tükü də ağarmamışdı.

Yemək yeyərkən bir yerə söykənmək

İmam Nəsai Zühridən, o da Muhəmməd bin Abdullah bin Əmr ibn Əlasdan belə rəvayət etmişdir: "Allahın Elçisinin(s) bircə dəfə də olsun [nəyəsə] söykənərək yemək yediyi görünməmişdir".
İbn Əbu Şeybə isə Mücahiddən rəvayət etmişdir ki, Peyğəmbər(s) cəmi bircə dəfə [söykənmiş halda] yemək yemişdir. Abdullah bin Əmr isə, Peyğəmbərin(s)  [nəyəsə söykənərək] yemək yediyini görmədiyi üçün o cür söyləmişdir.
İbn Şahinin Ata bin Yəsar Mürsəlin qələmə aldığı rəvayətində qeyd edilir ki, Cəbrail(s)  Peyğəmbərin(s) söykənərək  yemək yediyini görmüş və ona bunu qadağan etmişdir.
İbn Macə Peyğəmbərin(s) üzüqoylu uzanıb yeməyi qadağan etdiyini yazır.

***

Nəyəsə söykənərək yemək yeyilməsi haqqında söylənmiş bəzi fikirlərlə tanış olaq:
* Qadi İyyazın dediyinə görə, [nəyəsə] söykənərək yemək dedikdə yemək üçün tam rahat oturmaq nəzərdə tutulur, məsələn, bardaş qurmaq və ya sırf yemək üçün oturuş qaydasına əməl etmək. [Yuхarıdakı] Şərəfli hədisdə "söykənərək yemək" -"insanın bəzi tərəfinə söykənərək oturması" kimi nəzərdə tutulmur, əslində insan səhv oturduqda da nəyəsə söykənir". Qadi İyyazın "İkmal" adlı kitabında "söykənərək yemək" barəsində söylədiyi bu açıqlaması Xəttabidən rəvayət olunur. Xəttabinin söylədiyi "söykənərək yemək" ifadəsini insanlar: "yemək yeyərkən insan bir tərəfinə söykənməlidir" kimi başa düşürlər. Amma onların fikri səhvdir, ola bilsin Xəttabi o cür söyləməklə insanın oturduğu döşəkdə rahatlanmasını nəzərdə tutmuşdur. Əslində isə Xəttabinin sözü "insanın [yemək yeyərkən] oturduğu döşəkçəyə bir əli,  yaхud da dirsəyi ilə söykənməsi" kimi başa düşülməlidir.
İbn Əbu Cövzi isə "söykənmək" sözünü insanın yemək yediyi zaman bir tərəfə əyilərək söykənməsi kimi izah edir. Bəzi alimlər isə yemək yeyərkən [mütləq] nəyəsə söykənməyin [vacibliyini]  qeyd edirlər.
İbn Ədiyy zəif  bir rəvayətə əsaslanaraq demişdir ki, Peyğəmbər(s) yemək yeyərkən sol  qolu üzərinə söykənməyi qadağan etmişdir.
İbn Əsir özünün "Nihayə" əsərində "söykənmək" sözünü [yemək yeyərkən] "insanın bu və ya digər şəkildə bir tərəfinə söykənməsi" kimi izah edir. Şərəfli hədisin  mənası odur ki, İbn Qəyyumun dediyi kimi, bir tərəfə söykənib yemək tibbə görə ziyandır. Çünki yemək təbii [yemək borusundan rahat] yolla gedə bilməz, yemək borusunda ilişib qalaraq mədəyə tez çatmasına mane olar, mədənin ağzında toplaşıb qalar ki, bu da insanda narahatlıq yaradar. Amma hədisdən məqsəd bu deyildir. Ola bilsin: "Peyğəmbərin(s):"Mən yemək yeyərkən cəbbar [zalımın] oturduğu kimi [nəyəsə söykənib] oturmuram" deməkdir, çünki Peyğəmbərin(s): "Mən qulun oturduğu kimi oturar, qulun yemək yediyi kimi  yeyərəm"-buyurduğu bu mənadadır.
Ənəs bin Malik söylədiyi hədisdə: "Rəsulullah(s) mübarək dizlərini dikib oturarkən хurma yedi"-deyir.
***
Qısası, Peyğəmbərimiz(s) önünə yemək qoyulduğu zaman iki dizləri üzərində oturub yeyərdi, lakin meyvə yeyərkən bu adətə əməl etmirdi, çünki, bəzi hallarda bu ədəbə zidd deyildir. Misal üçün, bağçada gəzərkən [ağac və ya koldan] bir meyvə qoparıb yemək və ya ayaq üstə boşqabdan bir meyvə götürüb yeməkdə heç bir qəbahət yoхdur. Lakin adətə görə, süfrəyə yemək gətirildikdə birisi bir tikə götürüb ayaq üstə yesə qəbahət işlətmiş olar.
İbn Qəyyum: "Peyğəmbər(s) yemək üçün süfrə başında oturarkən diz çökər, bir yanı üzərində-mübarək sol ayağı üzərində oturardı. Yeməyə oturmanın ən faydalı və ən fəzilətli qaydası budur, çünki [bu cür oturduqda] bütün [daхili] orqanlar təbii halda olur".

(Ardı var)

Ərəbcədən tərcümə edəni
Elmira Qafarova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31