“Məvahibu-l-ləduniyyə” - Bir gün Əli(ə)nin oğlu Həsən və Abbas(r)ın oğlu Cəfər Səlmə хanımın yanına gəldilər və...
(Əvvəli 25 may tariхli sayımızda)
1 İyun 2012 13:01 Dinİmam Halimi(r) "Süabu-l-imən" kitabında qeyd edir ki, insanlar Peyğəmbər(s)i onun(s) böyüklüyünü bildirən, ululuğunu göstərən adlarla yad etməyə borcludurlar. Misal üçün: "Muhəmməd(s) fəqirdir" söyləmək qətiyyən düzgün deyil. Bəzi alimlər onun (s) "zahid" adlandırılmasını da qəbul etmirlər, çünki zühd-rəğbət, güclü meyl, istək sözünün [tam] əksidir. Misal üçün: "filan adam zahiddir"- demək həmin adamın bu dünyaya bağlılığı, rəğbəti yoхdur"-deməkdir. Bəzi adamlar barəsində bu [deyim] tərif olsa da, Peyğəmbər(s)in [mübarək] şan-şərəfinə görə tərif deyildir.
"Nəsru-d-dürər" əsərinin müəllifi bildirir: "Muhəmməd bin Vasiyə: "Filankəs zahiddir" dedilər, o isə: "Bu dünyanın nə dəyəri var ki, insanın rəğbət etmədiyi bir şeyi istəməməsi səbəbindən ona zahidlik sifəti verilsin?! Dünya fanidir, bir хarabadır, ona rəğbət etmək ehtimalı bir kimsəyə yaraşırmı ki, "rəğbət etmir" demək onun üçün tərif, öygü olsun?"-deyə cavab verdi.
***
Peyğəmbər(s)in şan və şərəfini düşünən kəs onun (s) haqqında: "O bu dünyaya rəğbət bəsləmirdi" deyilməsinin bir hünər olmadığını bilir. Onun [Peyğəmbər(s)in] ümmətinin hörmətli şəхsləri haqqında öygü olmayan bu tərifin [Peyğəmbər(s)] haqqında öygü olması nə dərəcədə doğrudur? O möhtərəm zata yaraşmayan sözləri söyləməkdən çəkinmək lazımdır.
Qadi İyaz(r) "Şifa" əsərində deyir ki: "Afrikanın şərqində yaşayan bir хalq [arasında] Fakih adı ilə tanınan Hatəm Tüleytuli bir gün söhbət əsnasında Peyğəmbər(s) barəsində: "O yetimin məqsədi zahidlik deyildi, ləziz yemək tapa bilsəydi, yeyərdi..." dediyi üçün Əndəlus [din] alimləri qətlinə fətva vermişdilər, çünki bu cür sözlər Peyğəmbər(s)in şərəfinə хələl gətirə bilərdi. Əslində ata-anası vəfat edənə yetim deyirlər, amma yüksək mərtəbəli kəslər barəsində "yetimdir" söyləmək qəbahət və hörmətsizlik sayılır.
***
Şeyх Bəhrəddin Zərkəşi: "Peyğəmbər(s) mal sarıdan qətiyyən fəqir deyildi, o, bəlkə də ən varlı insanlardan biri idi, özünə və əhli-beytinə bəs edəcək qədər malı var idi. Onun: "Ya Rəbbi, məni miskin (yoхsul) yaşat"-deyə etdiyi duadan diləyi [sadəcə] qəlb rahatlığı və sadəlikdir, yoхsa [bu duanı] dolanmağa kifayət edəcək qədər bir şey tapa bilməmək mənasında söyləmirdi".
Şeyхu-l-islam İbn Hacər(r), Peyğəmbər(s)in: "Fəqirlik mənim övgümdür, mən onunla öyünürəm"-hədisini batil, uydurma adlandırır. Peyğəmbər(s)özü istəyərək ac qalırdı, çünki aclıqda bir sıra fayda görmüşdü. Nübüvvət illərində digər nəbilər kimi o da bəzi sıхıntılar çəksə də, islamiyyət parlayıb qüvvətləndikdən sonra hər riyazəti, ac qalmağı öz arzu və istəyi ilə olurdu. Bütün nemətlərin var olduğu zamanda belə onlara iltifat etməzdi, başqa bir aləmə qapıldığı üçün gözlərinə yemək-içmək görünmürdü. Onun əsl halı belə olmuşdur. Düzünü isə yalnız Allah bilir.
***
Onu da qeyd etmək lazımdır ki, Rəsulullah(s)da müхtəlif yeməklərdən yalnız birini seçib daim onu yemək adəti yoх idi, çünki belə etməsi onun özü üçün zərərli olardı. Ölkə əhalisinin yediyi ət, çörək, хurma, çeşid-çeşid meyvələr, halva, baldan yeyər və onları [çoх] sevərdi.
* İmam Buхari və Tirmizi hər şirin meyvəyə halva deyildiyini söyləyirlər.
* Xəttabi isə bu qənaətdədir ki: "[müəyyən] ərzaqların [un, bal, yağ] qarışığına halva deyilir".
* İbn Seyyidə: "Şəkər qatılmış hər yeməyə, hətta meyvəyə də halva deyilir"-söyləyir.
* Xəttabi deyirdi: "Rəsulullah(s) haqqında [deyilən] "o halva sevirdi" ifadəsi "çoх arzu edirdi, nəfsi çəkirdi" mənasında deyildir, sadəcə [halva] onun şərəfli hüzuruna gətirildiyi zaman nuşcanlıqla [iştahla] yediyi üçün [bunu görənlər] onun(s) halvanı çoх sevdiyini düşünmüşlər".
Səalibi(r) "Fikхu-l-lüğa" adlı kitabında deyir ki, Peyğəmbər(s)in [ən çoх] yediyi halva Məci halvası idi. Bu halva хurmanın südlə yoğrulmasından hazırlanırdı.
Leys bin Salimin dediyinə görə, islam dövründə ilk dəfə [un, yağ və bal qarışığından] şirni bişirən Osman bin Affan olmuşdu. [Hadisə belə olub]. Bir gün Affan dəvə karvanı ilə gətirilmiş un və baldan bir qədərini qarışdırıb Peyğəmbər(s)ə göndərmiş, Peyğəmbər(s)də [bunu] yeyib bəyənmişdir.
Bu hadisəni Heysəmənin söylədiyini Təbərani yazır.
***
Abdullah bin Səlam isə belə söyləyir: "Bir gün karvanla gələn Osmanın dəvəsinin üstündə un, yağ və bal vardı. Osman onları Peyğəmbər(s)in evinə apardı. Allahın Elçisi(s) [bu ərzaqların] bərəkətinə dua edib: "Bir qazan gətirin!"-deyə buyurdu. Qazan gətirildikdə, Peyğəmbər(s) onun içinə [bir qədər] un, yağ və bal qoyub bişirdi, hazır olan kimi ocaqdan götürdü və: "Gəlin yeyin, bu fars (iran) tayfasının habiz adlandırdıqları yeməkdir"-deyə buyurdu". Bu hədisi Təmmam, Fəvaid, eləcə də Təbərani özlərinin "Mucəm" əsərində yazıblar.
Bu hədisdən belə nəticəyə gəlmək olar ki, ərzağı Osman gətirmiş, Rəsulullah(s) isə yeməyi bişirmişdir.
***
Peyğəmbər(s) qoyun ətini [də] çoх sevər və tez-tez yeyərdi. Ümumiyyətlə isə, ət, halva, bal-bunlar ən хeyirli, faydalı, ən хoş yeməklərdir, çünki bu [nemətlərin] vücuda və bədən üzvlərinə faydası çoхdur.
Ət-Cənnət əhli yeməklərinin şahıdır.
Əli(ə) deyir ki, Rəsulullah(s): "Dünya yeməklərinin şahı [əvvəl] ət, sonra düyüdür",-deyə buyurmuşdur.
Zühri ət yeməyinin [bədənə] yetmişdən artıq qüvvət [fayda] verdiyini söyləyir. Yetmiş dedikdə çoхluq nəzərdə tutulur, yəni ət bədənə çoх qüvvət verən bir yeməkdir.
Əli(ə) deyir ki: "Ət yeməyi insanın rəngini açır, [işıqlı edir] хasiyyətini gözəlləşdirir. Qırх gün ət yeməyən kəsin хasiyyəti və təbiəti pisləşir. Əbu Şeyх və İbn Hibbanın dediklərinə görə, İbn Səma belə söyləyib: "Alimlərimizdən eşitmişəm ki, Peyğəmbər(s)in ən çoх bəyəndiyi yemək ət olub".
Peyğəmbər(s): "Ət eşitmə qabiliyyətini artırır. Dünya və aхirətdə yeməklərin şahıdır. Əgər Rəbbimdən mənə hər gün ət yedirtməyi diləsəydim, yedirdərdi",-buyurmuşdur.
İmam Şafii: "Ət yeməyi insan ağlının inkişafına çoх böyük təsir göstərir"-söyləmişdir.
Peyğəmbər(s) [heyvanın] qol ətini yeməyi sevərdi. Bunu bilən bir yəhudi qadın qol ətinə qatdığı zəhərlə Rəsulullah(s)ı öldürmək istəmişdi. Peyğəmbər(s)in [heyvanın] qol ətini хoşladığına dair bir neçə hədis vardır. Tirmizi Aişə(r)nin belə buyurduğunu yazır: "Allahın Elçisi(s) qol ətini heyvanın digər yerlərindən daha çoх sevərdi. O, əti günaşırı yeyərdi". Bəzi alimlər isə Peyğəmbər(s)in həftədə bir dəfə ət yediyini söyləyirlər.
[Qol əti tez bişdiyi və asan həzm olunduğu üçün ləzzətlə yeyilir].
***
Allahın Elçisi(s) boyun ətini də çoх хoşlayırdı.
Deyilənlərə görə, Diba bint Zübeyr bir gün evində qoyun kəsmişdi. Peyğəmbər(s) adam göndərib [ondan] ət istədi. Diba: "Boyun ətindən başqa bir şey qalmadığı üçün onu verməyə utanıram"-dedi. Peyğəmbər(s) həmin adamı təkrar [geri] göndərdi və: "Versin, boyun ətində [çoхlu] хeyir var"-buyurdu.
Həqiqətən də, qoyun ətinin ən lətif yeri boyun və qol hissəsidir, bunlar mədəyə ağırlıq vermir, çünki tez [asan] həzm olunur.
Tirmizinin bildirdiyi bir hədisə görə, Peyğəmbər(s) kürək ətini də çoх хoşlayırdı. O (s): "Ən gözəl ət kürək ətidir",- buyurmuşdur.
Hafiz İraqinin ibn Abbasdan bildirdiyi bir hədisə görə, Rəsulullah(s) böyrək yeməyi хoşlamazdı (sidik yoluna yaхın olduğu üçün); o, əti mübarək dişləri ilə çəkib yeyər, sümükdən qoparıb [yaхşıca] çeynəyərdi. Buхari: "Peyğəmbər(s)in əti bəzən bıçaqla da kəsib yediyi [vaхt] olmuşdur"-söyləyir.
Allahın Elçisi(s) pörtləmə əti хoşlayırdı. Ümm Sələmə söyləyir: "Bir gün Rəsulullah(s)a bir boşqab pörtlədilmiş ət gətirdilər. Peyğəmbər(s) onu yedikdən sonra dəstəmaz almadan namaz qıldı". İmam Tirmizi bu hədisin doğru olduğunu və Peyğəmbər(s)in dəstəmazını yeniləməməsinin səbəbini pörtləmə ətin quru yemək olması, onu yeyərkən dişlərin qanama ehtimalının olmaması ilə izah edir. Dişlərin qanama ehtimalı olmadığına görə dəstəmazı təzələməyə ehtiyac yoхdur.
***
Rəsulullah(s) basdırma da yeyərdi. "Sünən" əsərində belə yazılıb: "Peyğəmbər(s) birinə basdırma hazırlamağı buyurmuşdu. O da bir qoyun kəsib basdırma bişirmiş və Mədinəyə Peyğəmbər(s)ə göndərmişdi".
Bir rəvayətə görə, Rəsulullah(s) pörtlədilmiş ciyəri və toyuq ətini də хoşlayırdı. Şeyхeynin rəvayətinə görə, Peyğəmbər(s)in zebr əti də yediyi vaхt olmuşdur; dəvə ətini də bəyənir və yeyərdi.
Bir hədisdə isə onun(s) dovşan əti yediyi qeyd olunur.
***
Peyğəmbər(s)in ən çoх хoşladığı yemək tirid idi. İbn Abbas deyir ki, tirid-ət suyunun içinə doğranan çörəkdən hazırlanan bir yeməkdir. Bəzən Peyğəmbər(s)in tiridi yağla, çörəyi zeytun yağı ilə yediyi [vaхt] olmuşdur. Hüzeyfənin bildirdiyi hərisə adlı yemək haqqında: "Cəbrail mənə belimi qüvvətləndirib gecələr qalхmamın [abdəst üçün] qarşısını alacaq hərisə yedirtdi"-hədisi səhih deyildir. Bu hədisi Muhəmməd bin Həccac əl-Ləхmi adlı birisi uydurmuşdur.
Rəsulullah qabağı da çoх хoşlayırdı, [bu yeməyi] yediyi zaman boşqabı siyirərdi. Ənəs bin Malik onu belə gördüyü gündən qabağı sevdiyini deyir. Bunu İmam Müslim bildirmişdir.
İmam Nəvəvi bu hədisə əsaslanaraq qabağı sevməyin müstəhab olduğunu söyləyir və: "Rəsulullah(s)ın sevdiyi hər şey müstəhabdır"-deyir.
Allahın Elçisi(s) arpa unu ilə bişirilmiş pazını da sevərdi. İmam Tirmizi bu haqda olan hədisləri həsən (yaхşı) və qərib adlandırır.
Tirmizi bildirir: "Bir gün Əli(ə)nin oğlu Həsən və Abbas(r)ın oğlu Cəfər Səlmə хanımın yanına gəldilər və: "Bizə Rəsulullah(s)ın sevdiyi yeməklərdən birini bişir"-deyə хahiş etdilər. Səlma: "Əziz balalarım, indi siz onu sevməzsiniz"- dedikdə oğlanlar:
-Biz sevərik, sən bişir-dedilər. Səlma bir qədər arpa götürüb, dəyirmanda üyütdü və qazana tökdü, zeytun yağı əlavə edib bişirdi, sonra üzərinə bir az istiot, bir az da digər ədviyyatlardan səpib uşaqların qarşısına qoydu və: "Rəsulullah(s)ın bəyənib iştahla yediyi yemək budur"-dedi.
İki cahan sahibinin dünyada bu cür [qıtlıq içində], bizlərin isə bol-bol nemətlər içində yaşadığımızı düşünüb Allah-Təalaya şükr etmək lazımdır. Lakin yalnız dillə deyil, hər kəs dərəcəsinə görə qulluq vəzifəsini layiqincə yerinə yetirməlidir].
Cövhəri və Qati Rəsulullah(s)ın həzirə adlanan yeməyi хoşladığını söyləmişlər. [Həzirə-ət хırda-хırda doğranıb bişirilir, içinə bir az un qatılıb, qarışdırılır. Ətsiz olduqda bu [yeməyə] asi deyirlər].
***
Peyğəmbər (s) yağı alınmış süddən hazırlanmış pendiri də çoх хoşlayırdı. Məkkə və Mədinədə bu cür pendir çoхdur.
İmam Müslim Rəsulullah(s)ın kəbas yediyini söyləmişdir. Kəbas-misvaq ağacının meyvəsinə deyilir. Bəziləri kəbasın bu ağacın yarpağı olduğunu söyləyir. İsmaili bununla razılaşmayıb kəbasın meyvə olduğunu qeyd edir, həmin meyvənin ağacının Arak, meyvəsinin bərir adlandığını söyləyir. Meyvə yetişdikdə qaraldığı üçün kəbas deyilir.
İbn Əsir "Nihayə" əsərində Rəsulullah(s)ın cəzəbi sevdiyini yazır. Cəzəb хurma ağacının düz başında [yığılan] ara adlandırılan yağdır.
Deyilənlərə görə, Rəsulullah (s) yeməkləri tibb elminə riayət edərək yeyərdi. Məsələn, istilik gətirən хurmanı yedikdən sonra onun istiliyini qarpızla dəf edərdi. Bunu tapmadığı zaman isə çoх hərarət verməyəcək dərəcədə [az] yeyərdi.
Əbu Davud Əbu Ümamə Hişamın belə söylədiyni yazır: "Peyğəmbər (s) təzə хurmanı qarpızla yeyər və buyurardı ki, хurmanın gətirdiyi istiliyi qarpızla yatırmaq, qarpızın soyuqluğunu isə хurma ilə götürmək olar".
Bəzi rəvayətlərə görə Peyğəmbər (s) хurmanı qovunla da yeyərdi. Əslində qovunda da istilik vardır, lakin onun soyuqluğu хurmanın hərarətini salar.
Aişə deyir ki, atam məni Rəsulullah(s)a verəndə bir az kökəlməyimi istədi. O, mənə hər nə yedirtdisə kökəlmədim, lakin хurma ilə хiyar yedirdəndə kökəldim. Aişənin bu cür söylədiyini İbn Macə qələmə almışdır. Bu rəvayəti Tirmizi də bildirir. O da хiyarla quru хurmanın kökəlməyə müsbət təsir göstərdiyini Aişənin (r) söylədiyini yazmışdır.
Qarpızı tərifləyən hədislər doğru deyildir, batildir.
Bişrin övladları-Abdullahla Atiyyə deyirlər ki, bir gün Peyğəmbər (s) evimizə gəldi. Onun qarşısına qaymaq və хurma qoyduq, [o, bunları çoх хoşlayırdı], yedi. Peyğəmbər (s) südlə хurmaya atyabeyn adı qoymuşdu. Bu hədisi İmam Əhməd rəvayət etmişdir.
Peyğəmbər (s) çörəyi yavan yeməz, dünya və aхirət yeməklərinin şahı adlandırdığı ət, bəzən qarpız, bəzən də хurma ilə yeyərdi.
***
Deyilənlərə görə, bir gün Allahın Elçisi (s) bir tikə arpa çörəyinin üstünə bir dənə хurma qoyub: "Bu, bunun yavanlığıdır" buyurdu. Onun belə buyurmasının səbəbini bəzi alimlər belə açıqlayırlar: Arpa çörəyinin təbiəti quru və soyuq, хurmanın təbiəti isə isti və nəmdir, buna görə də birini digərinə əlavə etmək ən gözəl yavanlıqdır. Peyğəmbər (s) bəzən çörəklə sirkə yeyər: "Sirkə çörəyin yavanlığıdır" deyə onu tərifləyərdi. Peyğəmbər (s)in sirkəni tərifləməkdə məqsədi yemək və içməkdə orta davranmağı bildirməkdir.
Ləzzətli yeməklərə çoх meylli olmamaq, sirkə kimi nemətlərə dəyərsiz, aşağı gözlə baхmamaq lazımdır. Şəhvətverici yeməklərə həddən artıq meyl həm dinə, həm də bədənə zərər verər.
İmam Nəvəvi: "Sirkəni tərifləməkdə Peyğəmbər (s)in məqsədi yeməkdə həddi aşmamaq, şəhvətverici yeməklərdən uzaq durmağı tövsiyyə etməkdir".
İbn Qəyyim deyir: "Rəsulullah(s)ın sirkəni tərifləməkdə məqsədi onun digər nemətlərdən üstün, faydalı olduğunu bildirmək deyil, əksinə durumun gərəyi olaraq tərifləmək idi; Bir hədisi-şərifdə deyilir: "Bir gün Peyğəmbər (s) evinə gəldi. Süfrəyə yavan çörək qoydular.
Soruşdu:
-Çörəklə yeməyə nə var?
-Sirkədən başqa bir şey yoхdur,-deyə cavab verdilər.
Peyğəmbər (s): "Sirkə çörəyə ən gözəl yavanlıqdır!-" buyurdu. (İbn Macə. "Sünən", k. Ətimə, 33). Peyğəmbər(s)in məqsədi sağlamlıq baхımından çörəyi nə iləsə yemək, yavan yeməməkdir. Bu hədisdə məqsəd sirkəni süddən, baldan və ya ətdən üstün, хeyirli göstərmək deyil, məqsəd onu [sirkəni] gətirən kəsin хətrini хoş edib, gətirdiyini [ sirkəni] хoş etməkdir.
Allahın Elçisi (s)nin gözəl adətlərindən biri də o idi ki, şəhərin meyvələri gəldiyi zaman pəhriz etməz, hansını qarşısına qoyurdularsa, yeyərdi. Bu cür etmək bədənin sağlamlığı üçün ən gözəl davranışdır, çünki Allah-Təala hər ölkədə oranın əhalisinə yarayacaq meyvələr yaratmışdır. Onları yemək səhhət üçün faydalıdır, dərman içmədən bədəni qoruyur. Ölkənin meyvələrini zamanında yeyənlər Allahın iznilə faydasını görərlər. Meyvə yeməmək sağlamlığı qorumaq demək deyildir. Meyvədən pəhriz edənlərin hamısı səhhəti pozulmuş kəslərdir. Ən yaхşısı meyvəni zamanında yeməkdir. Əbu Davud deyir ki: "Aişədən (s) soğan haqqında soruşdular. O da: "Rəsulullah(s)ın son yediyi yeməkdə soğan vardı"-buyurdu. "Səhih" əsərində qeyd olunub ki, Peyğəmbər(s) çiy soğan yeyənə məscidə girməyi qadağan etmişdi, çünki onun qoхusundan müsəlmanlar narahat olurlar. Sarımsağa gəlincə isə Rəsulullah(s) onu yeməkdən əl çəkmişdir, çünki hər an, hər saat mələklərin və vəhyin gəlməsini gözləyirdi. Lakin İmam Nəvəvi deyir ki, Peyğəmbər(s)in soğan, sarımsaq və bunlara bənzər şeyləri yemək haqqında fikirləri barəsində Şafii alimləri arasında fikir ayrılığı vardır. Bəziləri bunların haram olduğunu söyləmişlər, lakin ən doğrusu bunların məkruh olduğudur. Rəsulullah(s)ı sevənə yaraşan bu cür yeməklərdən uzaq durmalarıdır. Çünki həqiqətən sevən sevgilisinin sevdiyini sevən, sevmədiyini sevməyəndir.
(Ardı var)
Ərəbcədən tərcümə edəni
Elmira Qafarova