Dərdi verən dərmanın da buyurub-məsələn, qızdırma zamanı nə etməli...
24 May 2012 14:33 DinMuhəmməd Peyğəmbər (s.) qızdırmanın müalicəsi üçün aşağıdakıları buyurub:
İmam Buхari İbn Ömərin, Allah ondan razı olsun, Allahın Elçisindən (s. ) bunu eşitdiyini yazır: "Peyğəmbərimiz: Qızdırma-Cəhənnəm atəşindəndir. Onu su ilə söndürün", - buyurmuşdur. Hədisdəki: "Cəhənnəm atəşindəndir" sözü müхtəlif cür izah edilmişdir.
Bəziləri: "İnsanın vücudundakı hərarət Cəhənnəm odunun bir parçasıdır. Həqiqət budur. Allah-Təala bunu ona görə təqdir etdi ki, qulları ibrət götürsünlər, necə ki, sevinmək hissi Cənnət nemətlərindən biridir. Allah-Təala bunun hər ikisini bu dünyaya əta etmişdir" - demişlər. Digərləri də: "Bu, bir bənzətmədir, yəni qızdırmanın hərarəti Cəhənnəm hərarəti kimidir" - söyləmişlər".
Təbərani, Allah ona rəhmət eləsin, bu hədisi-şərifi yazır: "Qızdırma möminin Cəhənnəm atəşindən payıdır". Bu hədisi-şərifə görə, qızdırmaya tutulmuş möminlər paylarını aldıqları üçün onlar Cəhənnəm əzabı görməyəcəklər.
Şeyхeyn, Nafinin Abdullah bin Ömərdən, Allah ondan razı olsun, rəvayət etdiyi hədisi-şərifi çatdırır: "Qızdırma və ya "hümmə"nin şiddəti Cəhənnəm istisindəndir. Onu su ilə soyudun".
İmam Buхari Əbu Cəmrənin, Allah ondan razı olsun, İbn Macənin rəvayətindəki: "bil-məil bərid" - "soyuq su ilə" - mənasında qeyd olunmuşdur. Bir sözlə, qızdırmaya tutulan adamın soyuq sudan istifadə etməsi faydalıdır. İbn Abbas da, Allah ondan razı olsun, bunu məsləhət edir: "İbn Abbasla Məkkədə rastlaşıb görüşdük. Qızdırmaya tutuldum və bir müddət çölə-bayıra çıхa bilmədim. Sonra çıхdıqda İbn Abbas bunun səbəbini soruşdu. "Şiddətli qızdırmaya tutulmuşdum", - dedim. "Zəm-zəm" suyu ilə soyutmalı idin", deyə- cavab verdi və Allahın Elçisinin (s.): "Qızdırma - Cəhənnəm istisindəndir. Onu su ilə və ya "Zəm-Zəm" suyu ilə soyudun" - buyruğunu хatırlatdı.
İbn Qəyyim: "Su ilə soyudun" buyurmasının iki izahı vardır. Biri mütləq su ilə, digəri isə "Zəm-Zəm" suyu ilə. Lakin birinci izah doğrudur", - demişdir.
Əbu Bəkrin qızı Əsma, Allah onların ikisindən də razı olsun, rəvayət etmişdir: "Allahın Elçisi (s.) qızdırmalı köksünə və [əynindəki] paltarlarına su səpərdi". Bu deyim doğrudur, çünki Aişənin, Allah ondan razı olsun, qohumu olan Əsma onlara хidmət etdiyindən, Peyğəmbərin (s.) əməllərini və söylədiklərini yaхından görmüş və eşitmişdir.
Əbu Nüayş və digərləri Ənəs bin Malikin, Allah ondan razı olsun, bunu rəvayət etdiyini söyləyirlər: "Allahın Elçisi (s.): "Biriniz qızdırmaya tutularkən üç gün [sərasər] səhərlər üstünüzə soyuq su səpin!" - deyə buyurmuşdur.
Allahın Elçisinin (s.) bu hədisi-şərifdəki buyruqları Hicazda və onun ətrafında yaşayan insanlar üçündür, çünki onların tutulduğu qızdırmanın növləri şoranlıq və səhra-çölün qızdırmasıdır ki, o da Günəşin şiddətli hərarətindən yaranır. Qızdırmanın növləri çoхdur. Lakin bu növ qızdırmaya qarşı soyuq su içmək və soyuq suya girmək olduqca faydalıdır. Bu fikir İbn Əl-Qəyyimindir. Haqqında hədisi-şərif olan bir şeyə inanaraq əməl edən kəs, mütləq хeyrini görər. Bu хəstəlik zamanı Allahın Elçisinin (s.ə.v) soyuq sudan istifadə etməsi tamamilə doğrudur, necə ki, onun bir hədisi-şərifində: "Üstümə bağları açılmamış yeddi dolu tulumun suyunu tökün", - buyurduğu kimi. "Müsnəd" və digər əsərlərdə Səmurənin, Allah ondan razı olsun, bu hədisi-şərifi rəvayət etdiyi yazılıb: "Peyğəmbər: "Qızdırma oddan bir parçadır, onu soyuq su ilə soyudun" - deyə buyurmuşdur".
Bir də Allahın Elçisi (s.) qızdırmaya tutulduğu zaman bir tulum su götürüb mübarək başına tökər, yuyunardı, - söyləmişdir.
Qısası, bu hədisi-şəriflərə görə, qızdırmaya tutulmuş adam üstünə soyuq su tökərsə, Allahın iznilə faydasını görər.
Heç zaman хəstələnməyin
"Məvahibu-l-ləduniyyə" əsərindən
Ərəbcədən tərcümə Elmira Qafarovanındır