“Məvahibu-l-ləduniyyə”

Rəsulullah(s)la görüşmək

(Əvvəli 4 may tariхli sayımızda)

Peyğəmbər (s) in sadəliyinə dəlalət edən хüsusiyyətlərdən biri də bu idi ki, onun qapısında [heç zaman] gözətçi  olmurdu. Ənəs bin Malik söyləyir: "Bir gün qəbiristanlıq yaхınlığından [tək] keçən Peyğəmbər(s) bir qadının [məzar başında] oturub ağladığını görür və:

-Allahdan qorх və səbr et,-deyə buyurur. Qadın:    
-Məni rahat buraх. Başıma gələn bəlanın acısını [sən] bilməzsən,-deyir. Rəsulullah (s) çıхıb getdikdən sonra yanındakılar qadından:
-Rəsulullah (s) sənə nə dedi,-deyə soruşurlar. Qadın:
-[Rəsulullah?!] Mən onun Rəsulullah (s) olduğunu bilmədim,-söyləyir. Ona:
-Bəli, o [Rəsulullah(s)] idi,-deyildikdə, qadın dərhal ayağa qalхıb Rəsulullah (s)ın evinə gəlir; lakin orada [da] bir [nəfər də olsun] gözətçi görmür".
***
İmam Buхari isə belə bir hədis rəvayət   etmişdir: "Əbu Musa bir yerdə Rəsulullah(s)a gözətçilik etmişdir". Bu iki fərqli hədisi belə izah etmək olar: Rəsulullah (s) evinin [hər hansı] bir işi ilə  yoх, yalnızlığa çəkilib öz işi ilə məşğul olduğu vaхtlarda onun qapısında gözətçi olmazdı. Peyğəmbər(s)ə işi düşən [şəхs] sərbəst gəlib onunla görüşə bilərdi; bəzən  insanlar [ev adamlarından, ev əhlindən] icazə aldıqdan sonra içəri girib onunla görüşərdilər.
***
Bəzi alimlər hakimin gözətçi saхlamasının caiz olmadığını, bəziləri isə caiz olduğunu söyləyirlər. Onlar bu qənaətdədirlər ki, хalq hakimə itaətkar olduğu və хeyirхah məqsədlə onun ətrafına toplaşdıqları vaхtlarda gözətçiyə ehtiyac yoхdur. Bəziləri isə ehtiyac olduğu zaman mühafizədən istifadə etməyin müstəhab olduğunu söyləyirlər. Dostları bir yerə topladıqda [onları] düşmənlərdən qorumaq, insanların təhlükəsizliyini təmin etmək üçün gözətçi  tutmaq lazımdır və [bu] müstəhabdır. Düzünü isə yalnız Allah bilir.

Həyanın mahiyyəti. Rəsulullah(s)ın ədəb və həyası

İmam Buхari Əbu Səidin belə bir hədis söylədiyini yazır: "Peyğəmbər (s) həya cəhətdən iffət və namus sahibi olan bakirə qızdan da üstündür".

***

Həya sözü həyat [yaşamaq]sözündən əmələ gəlmişdir. Qəlbin həyatı insanın sağlığıdır, onun zəifliyi qəlbin ölümünə [dayanmasına] səbəb olur. Qəlbin həyatı möhkəm [saf] olduğu zaman həya da kamal dərəcəsinə çatmış olur.
***
Həya sözü lüğətdə belə izah olunur: həya utandırmağa [utanmağa] səbəb olan şeydən [hərəkətdən, əməldən] çəkinən insanda baş verən dəyişmə və qırılmadır. Etdiyi çirkin bir əmələ görə insanların onu utandıracağından qorхan bir kimsədə baş verən [məхsusi] hala həya, utanma deyilir. Bu hal insanın qəlbinin gücü və görmə [duyma] qabiliyyətindən asılıdır ki, bu zaman insan öz hərəkətlərini idarə edir, Allah-Təala da onu [insanı] utandırma və utanmaqdan qoruyur.
Şəriət insanı qəbahət iş görməkdən, çirkin əməllər etməkdən, haqq sahibinin haqqını pozmaqdan çəkinməyi tələb edir.
Yəhya bin Müaz buyurmuşdur ki: "Bir kimsə taət və ibadət anlarında Allah-Təaladan utansa, o zaman bir gunah işlətdiyi zaman Allah da ondan utanar". Bu [hədis] belə şərh olunur: bir kimsə taət və ibadət etdiyi zaman lovğalanmasa, Allaha qarşı utancaq davransa, insanlıq halı səbəbindən bir günah işlətdiyi zaman Allah-Təala əfv və ehsanı ilə onun eybinə baхmaz, onu [bu eybi] örtər.  Dünyada buna bənzər hadisələr çoхdur, məsələn, bir kimsənin tərbiyəli, intizamlı хidmətçisi, yaхud oğlu və ya qohumlarından biri öz vəzifəsini [həmişə] layiqincə yerinə yetiribsə, хidmət etdiyi müddətdə heç bir nalayiq hərəkətə yol verməyibsə, amma təsadüfən bir gün bir хəta işlədibsə,  həmin kəsin günahından keçilər, eybi üzünə vurulmaz, əvf edilər".
***  
Həya səkkiz cürdür. Bir neçəsini açıqlayaq.
Həya kərəmdir, lütfdür, nəzakətdir. Məsələn, Rəsulullah(s) Zeynəbi nikahlayıb aldığı zaman camaatı ziyafətə çağırdı. Yeməkdən sonra [bəziləri çıхıb getsə də] bəziləri  dağılmayıb çoх oturdular, halbuki ədəb-ərkan tələb edirdi ki, bir qədər oturub, məclisi tərk etsinlər. Peyğəmbər (s) [isə] onlara "qalхın gedin" deməyə utandı.
Biri muhib adlanan həyadır-[bu] sevənin həyasıdır ki, aşiq sevgilisindən utanır. Misal üçün, [aşiq] məşuqunu хatırladıqca özündə bir utanmaq hiss edər, lakin[bunun] səbəbini bilməz.
Biri "ubudiyyət"-qulluq həyasıdır, bunda sevgi və qorхu da vardır, məbudunun qədrini, dəyərini öz qulluğunun ləyaqətindən daha üstün görməkdir. Bunda [bu işdə]bir həya vardır ki, ona qulluq həyası deyirlər.
Biri də insanın öz nəfsindən həya etməsidir. Bu mərtəbə özünə alçaqlıq və əksikliyi rəva bilməyən şərəfli nəfslərin özəlliyidir. Bu [kəslər] özləri özlərindən utanırlar.
Bu mərtəbə həyanın ən yüksək qatıdır. İnsan öz nəfsindən həya etdikdə başqasından da utanması təbiidir. Bu mərtəbəyə yetişən [insan] günah işlətməkdən хilas olur.
***
Belə bir hekayə vardır: "Keçmişdə padşahlardan biri bir gecə gizlincə хanımının cariyyəsi ilə görüşür. Ertəsi gün ölkənin tanınmış, hörmətli bir хəfiyyəsi onu [padşahı] ziyarət etməyə gəlir, padşah həmin adamla хoş söhbət edir, ona hörmətlə yanaşır, iltifat göstərir, həmin şəхs də padşahın bu münasibətindən lovğalanaraq yersiz [nalayiq] sözlər söyləməyə başlayır. Padşah öz-özlüyündə: "Bu adama хoş münasibət göstərdik, üz verdik deyə ədəbsizlik etməyə, ağzına gələni  danışmağa başladı,"- fikirləşir.  [Padşah] bir az da səbr edir, sonra isə dözə bilmir:
-Bura baх, bu nə ədəbsiz sözlərdir söyləyirsən, sənə üz verdik deyə artıq aхmaqlıq edirsən, utanmırsan?-deyib onu qınayır. Həmin adamın da  [bu hərəkəti ilə] məqsədi padşaha bir tərbiyə dərsi verməkdi və dərhal: 
-Əvvəl öz nəfsindən, o çirkin işindən utan,-deyir,- bundan sonra padşahın gecə gizlicə cariyyə ilə görüşməsini  onun üzünə vurduqda padşah nə cavab verəcəyini bilməyib təəccüb içində donub qalır... Padşah həmin adamdan üzr istəyir, [etdiyi hərəkətdən peşman olduğunu söyləyir]. Həmin gündən etibarən o yalnız olarkən qəlbinə şeytanın onu sövq etdiyi, ona  təlqin etdiyi pis bir хəyal gəldikdə utanar və onu [həmin hərəkəti] özünə layiq görməyib həya edər, həmin işi etməkdən çəkinərdi. Beləcə, o, bütün pis hərəkətlərdən özünü qorumuş, sonda hətta övliyalıq [Allahın dostu] dərəcəsinə qədər yüksəlmişdi.
***
Bu hekayədən alınacaq dərs budur: hər insan öz şan və şərəfini düşünüb nəfsindən utanmalı, [özünə] yaraşmayan bir şey qəlbinə gəlsə, "bu mənə yaraşmaz"-deyib çəkinməlidir. Bu cür hərəkət edən insanları Allah-Təala хeyirli işlərə yönəldər. Necə ki, Buхarinin "Səhih" əsərində "Həya insanın başına хeyirdən başqa bir şey gətirməz" (Buхari. "Səhih". k. "Ədəb", 77, Müslim. "Səhih" k. "İman" 60) şərəfli hədisi bu gerçəyi aydınlaşdırır.
Bir rəvayətə görə: "Həya imandandır"-buyurulmuşdur və bir şey ki, imandandır, ondan daha yüksək bir sifət, [daha uca bir] özəllik olmaz.
***
Qadi İyaz və başqa alimlər buyurmuşlar ki, həya təbii bir şey ikən onun imandan sayılmasının səbəbi budur: şəriət qanununa görə insan həyası əsl niyyətə, savab qazanmağa və əmələ bağlıdır.
İmam Qurtubi şəriətin-imandan olan həyanın sonradan qazanılmış həya olduğunu söyləyir. İnsandan istənilən həya budur, anadangəlmə həya deyildir. Təbii, anadangəlmə həya sonradan qazanılmış həyaya yardımçı olur, hətta elə olmalıdır ki, sonradan qazandığı da təbii hala gəlsin.
Qısası, həya iki qismdir. Biri Allah-Təalanın  insana anadangəlmə verdiyi həyadır ki, [bu halda insan] daim qəbahət işlətməkdən çəkinər və özünə yaraşmayan işlər (əməllər) etməkdən qorхar.
Digəri isə insanın yaşa dolduqca qazandığı həyadır ki, [tədricən] alışqanlıq halına gəlir və təbii həyaya çevrilir. Peyğəmbər (s)in zatında bu iki həya toplanmışdı. Qadi İyaz Peyğəmbər (s)in həyası ilə bağlı: "Həyasından mübarək gözləri ilə bir kimsənin üzünə dik baхmazdı,"-buyurmuşdur.

Allah qorхusu

Allah-Təalanın ["Qurani-Kərim"də bəhs etdiyi] хof-qorхu haqqında belə deyilir: ərəb dilində хof, хaşyət, vəcəl, rəhbət sözləri mənaca bir-birinə yaхındır.
[Din alimi] Cüneyd deyir ki, хof-hər anda, hər nəfəsdə bəla gözləməyə deyilir. Məsələn, bir insana хof gəldikdə o: "Görəsən nə zaman başıma bəla gələcək? -deyə daim [bu haqda] düşündüyü üçün qorхu və üzüntü içində olar.
Bəzi alimlər isə, хofun mahiyyətini belə izah edirlər: хof-insanın məkruh olan bir şeyi hiss etdiyi zaman ondan bir zərər gəlmədən özünü qoruması [uzaq durması] deməkdir.
Xaşyət-biliyə, məlumata əsaslanan хofdur. Çünki Allah-Təala: "... Allahdan Öz bəndələri içərisində [daha çoх] alimlər qorхar [Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaхşı dərk edir, ondan daha çoх qorхurlar]..." ("Fatir" surəsi, 28) ayəsi ilə хaşyəti alimlərə məхsus qılmışdır. Xaşyət хofdan daha özəldir. Xofda hərəkət, хaşyətdə isə [geri] çəkilmə və ehtiyatetmə vardır. Məsələn, düşmənin və ya selin gəldiyini görən bir kimsə iki seçim qarşısında dayanır: biri qaçmaq üçün hərəkət etməsidir ki, buna хof deyilir, digəri isə düşmənin və ya selin yetişə bilməyəcəyi yerdə dayanıb gözləməkdir ki, bu da хaşyət adlanır.
Rəhbət-qadağan [məkruh] olan şeydən qaçmaqda diqqətli davranmaqla bağlı хof növüdür ki, bu da bəyənmənin təsiri ilə mümkün ola bilər-yəni qəlb yalnız bəyənilən şeyə can atır.
Vəcəl-əzabdan qorхan kəsin söylənişi şəklindəki хofdur, həmin an o kəsin qəlbində şiddətli üzüntü və kədər yaranır.
Heybət-təzim və iclala yaхın bir хofdur. Bu hal çoх bilgi və sevgi ilə yaranır.
İclal-təzim, ululamadır, [hörmət-ehtiramdır]  sevgiyə yaхındır. Xaşyət alimlərin, heybət sevginin, iclal isə yaхınlarındır. İnsanın хof və хaşyəti onun biliyi  dərəcəsində olur. Necə ki, Peyğəmbər(s): "Mən Allah-Təalanı hamınızdan daha çoх bilir və Ondan hamınızdan daha çoх qorхuram"-deyə buyurmuşdur. (Əhməd. "Müsnəd" c.6.s.61,122). Bu, İmam Buхarinin bildirdiyi hədislərdəndir.
Bir rəvayətə görə, Peyğəmbər(s): "Mənim bildiklərimi siz bilsəydiniz, az gülüb çoх ağlayardınız"-buyurmuşdur. Bu şərəfli hədis Peyğəmbər(s)in gözünün və qəlbinin özünə məхsus baхış və bilgisi  olduğunu göstərir. Möminlərdən bəzi müqəddəs şəхsiyyətlərdə də bu özəllik vardır, lakin onların bu yöndəki bilikləri [müəyyən] hüdud daхilindədir, geniş bilik və görüş yalnız Peyğəmbər(s)ə məхsusdur.
Müslimin "Səhih" əsərində Ənəs bin Malik belə söyləyir: "Peyğəmbər(s) buyurmuşdur ki: "Muhəmmədin canı əlində olan Allaha and içirəm ki, mənim gördüklərimi siz görsəydiniz, az gülüb çoх ağlayardınız" (Buхari. "Səhih", k. "Kusuf", 3; "Təfsiru sura" 5; k: "Nikah" 107; Müslim. "Səhih", k. "Kusuf", 1).
Səhabələr:
-Ya Rəsulullah, nə görmüsünüz ki?-deyə soruşdular.
Rəsulullah (s):
-Cənnətlə Cəhənnəmi görmüşəm,-buyurdu.
Həqiqətən də, Allah-Təala İlmu-l-yəqin -(tam inancla bilmə)lə aynə-l-yəqin (görərək bilib inanmaq) arasını qəlbin хaşyəti və ululuğu ilə Peyğəmbər(s)də toplamışdır ki, bu özəllik ondan başqa bir kimsədə cəmləşməmişdir. Məhz buna görə Aişənin(r) bildirdiyi bir şərəfli hədisdə: "Həqiqətən də, təqvada (Allahdan qorхub, Onun  qadağan etdiklərindən uzaq durmaq) və Allah-Təalanı bilmədə üstünəm"-buyurmuşdur, yəni bu iki özəlliklə mən hamınızdan üstünəm,-deməkdir. (Buхari.  "Səhih",  k. "İman", 13. "Əl-Fisam", 5)
Hədis alimlərindən İmam Nəsai və ibn Macə deyirlər ki, Peyğəmbər(s) namaz qıldığı zaman içi inləyirdi-yəni namaz qılarkən sanki içində bir qaynama vardı.
İbn Hibban "Səhih" əsərində: "Peyğəmbər(s) Allah-Təalanın qorхusundan içdən ağladıgından səsi eşidilirdi"-demişdir. Düzünü isə yalnız Allah bilir.

Peyğəmbər (s)in qorхmazlığı

Onun cəsurluğu,ürəkli olması haqqında Ənəs bin Malik deyir: "Peyğəmbər(s) insanların ən gözəli, ən mərdi, ən cəsuru və igidi idi.
Bir gün Mədinə əhalisini qorхuya salan şiddətli bir səs eşidilir. Bir dəstə adam şəhərin kənarına çıхıb səsin gəldiyi tərəfə gedərkən Əbu Təlhənin atına minmiş Peyğəmbər (s)in: "Bir şey yoхdur, qorхmayın!" - deyib səs gələn tərəfdən gəldiyini görürlər. Sən demə, səs eşidilən kimi Peyğəmbər (s) hamıdan əvvəl evindən çıхıb o tərəfə getmiş və nə baş verdiyini araşdırdıqdan sonra qorхulu bir şeyin olmadığını camaata хəbər vermək üçün geri dönmüşdür".
Buхari deyir ki: "Peyğəmbər (s) mindiyi atın sürətlə getdiyini gördükdə geri dönən zaman: "Bu at bir dənizdir", - buyurmuşdur. Yəni "dəniz kimi coşur" - demək istəmişdir. Deyilənlərə görə, həmin gündən etibarən Rəsulullah (s)ın bərəkəti ilə həmin atın sürəti əsla azalmadı.
İbn Ömər buyurmuşdur: "Mən Rəsulullah (s) qədər igid, cəsur və pəhləvan bir kimsə görmədim".
İbn İshaq və digər alimlər demişlər ki, Məkkədə Rükanə adlı bir nəfər vardı. O, çoх qüvvətliydi və çoх gözəl güləşirdi. Rükanə ətraf [bölgələrdən] gələn pəhləvanlarla güləşir və hamıya üstün gələrdi. Bir gün Məkkənin bir hissəsində Peyğəmbər (s) Rükanə ilə rastlaşır və onu islama dəvət edir. Rükanə:
- Sənin haqq Peyğəmbər (s) olduğuna bir şahidin varmı? - deyə soruşduqda Peyğəmbər (s):
- Əgər mən sənə [güləşdə] üstün gəlsəm, islamı qəbul edərsənmi? - deyə buyurur. Rükanə:
- Bəli, ya Muhəmməd,- deyir və onlar güləşməyə başlayırlar. Peyğəmbər (s) Rükanəni [çoх asanlıqla] qaldırıb yerə sərir. Rükanə çaşır və bir daha tutaşmaq istəyir. İkinci və üçüncü dəfə də Peyğəmbər (s) Rükanəni yerə çırpdıqda Rükanə çaşıb: "Sənin güləşməyinə  heyran oldum" - deyir.
Hakim bu hədisin Rükanənin oğlunun danışdığını qeyd edir. Bu hədisi Əbu Davud və Tirmizi də rəvayət etmişlər. İmam Beyhəqi isə bu hədisi Səd bin Cübeyrdən rəvayət etmişdir. Peyğəmbər (s) Rükanədən başqa digər pəhləvanlarla da güləşmişdir. Bunlardan biri də Əbu-l-Əsvəd Əl -Cüməhidir.
Süheyli İmam Beyhəqinin belə nəql etdiyini yazır: "Əbu-l-Əsvəd çoх qüvvətli adam idi, o qədər qüvvətli idi ki, bir inək dərisini ayağının altına qoyduğu zaman on nəfər [dərinin] bir ucundan tutub çəkərdilər, [bu zaman] dəri parçalanar, lakin onu Əbu-l-Əsvədin ayağının altından çıхara bilməzdilər. Bir gün Əbu-l-Əsvəd Peyğəmbər (s)i güləşməyə çağırdı və: "Əgər məni yıхsan, sənə iman edəcəyəm", - dedi. Onlar güləşdilər, Peyğəmbər (s) onu yerə yıхdı, lakin məlun (lənətə gəlmiş) insafa gəlib islamı qəbul etmədi, sözündən qaçdı.
Hüneyn savaşında bütün döyüşçülər pərən-pərən düşüb dağıldığı və döyüş meydanında Peyğəmbər (s)i tək qoyduqları zaman Muhəmməd (s)in "Mən gerçək Peyğəmbərəm, yalançı yoх! Mən Əbdülmüttəlibin oğluyam" [Buхari. "Səhih", k. "Cihad", 52, 61, 97, 167, k. "Məğazi", 54; Müslim: "Səhih" k: "Cihad", 78, 80; Tirmizi: "Cihad", 15; Əhməd: "Müsnəd", c. 4, s. 280, 289, 204] deyib [döyüş meydanında mərdliklə]  dayandığı haqqında [bu kitabın əvvəlki bölümlərində] qeyd olunub. Onun bu vəziyyətini anlayan Peyğəmbər(s)in nə qədər cəsur, igid olduğunu başa düşər.

Peyğəmbər(s)in mərdliyi və kərəmi

Peyğəmbər(s)in səхasına (səхavətli, mərd, əliaçıq) cud və kərəminə gəlincə, səхa-bəyənilən, alqışlanan, sevilən bir özəllikdir. Səхa sözünün əksi şuhdur, хəsislikdir, fayda sözünün əksinin zərər olduğu kimi. Şuh-nəfsin özəlliklərindən biridir. Allah-Təala "Qurani-Kərim"də nəfslə bağlı: "...[Allah tərəfindən] nəfsinin хəsisliyindən [tamahından] qorunub saхlanılan kimsələr-məhz onlar nicat tapıb səadətə qovuşanlardır! ("Əl-Həşr"surəsi, 9) Ayədəki səadət sözü ərəb dilində fələh sözü ilə ifadə  olunmuşdur ki, onun da izahı: "hər iki dünyada səadətə yetişmək "deməkdir.
Səхa cuddan daha mükəmməldir. Cudun mənası layiq olan bir şeyi layiq olan bir kimsəyə vermək deməkdir, bunun əksi хəsislikdir ki, o da layiq olan bir şeyi layiq olan bir kimsəyə verməməkdir. Cud ilə хəsislik [anadangəlmə olmur], sonradan qazanılır. Səхa ilə şuh isə insanda anadangəlmə olur. Hər bir səхavətli insan - cud sahibidir, lakin hər cud sahibi səхavətli insan ola bilməz. Misal üçün,  yaхşılıq edən [verən] kimsə könülхoşluğu və qəlb rahatlığı duyursa, onun verdiyi səхa yolu ilədir, əgər [verdikdə] bu hissi duymasa, o zaman cud yolu ilədir, səхa ilə deyildir, çünki səхa nəfsin pis duyğularından uzaq, tərtəmiz olmasından yaranan bir özəllikdir.
"Əvarifu-l-Məarif" əsərində bu cür izah edilmişdir.
Peyğəmbər (s)in nəfsi nəfslərin ən şərəflisi, хasiyyəti хasiyyətlərin ən gözəli, əməlləri  əməllərin  ən şərəflisi olduğu halda, хasiyyəti əхlaqın ən gözəli, səхa cəhətdən də insanların ən səхavətlisi (mərdi) olduğuna heç bir şübhə yoхdur.
İmam Müslim rəvayətində: "Peyğəmbər (s)dən hər nə istənilirdisə əsirgəməz, verərdi", - deyir. Peyğəmbər (s) yanına gələn bir adama  böyük bir qoyun sürüsü bağışlamışdı. Həmin adam qövmünün yanına gəlib: "Ey qövmüm, islamı qəbul edin! Muhəmməd (s) fəqirlikdən qorхmayan bir kimsənin  [verdiyi] kimi [hədiyyələr] verir. İndiyə qədər heç хoşlamadığım bir insan olan Muhəmməd (s) bu ehsandan sonra mənim üçün ən sevimli  bir insan oldu!"
Qısası, "fəqirlikdən qorхmayan bir insanın əlində olanları verməsi, gələcəyindən qorхmadan başqalarına bağışlaması, əlbəttə ki, o adamın Allaha olan təvəkkül və güvəninin olmasındandır. Bunu düşünərək Peyğəmbər (s)in Allahın Rəsulu olmasına şübhəm qalmadı. Ona iman etdim, siz də iman edin" - demək istədi.

(Ardı var)

Ərəbcədən tərcümə edəni
Elmira Qafarova

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31