Daxili siyasət

Şahin Camalov: “"Meydan" TV Azərbaycan əleyhinə fəaliyyət göstərən pozucu qurumlardandır”

6 İyul 2018 12:14

“Biz vətəndaş cəmiyyəti olaraq sözügedən şəxslər arasında bu cür qırğının başlayacağını çoxdan gözləyirdik”. Bunu İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov deyib.

Təhmasib Novruzov: “Bu şəxslər bir-birinə rəqabətdədirlər ”

6 İyul 2018 12:13

“E.Hüseynovun "Meydan" TV rəhbəri E.Millini, L.Yunusu, X.İsmayılı maliyyə vəsaitlərini mənimsəməkdə, satqınlıqda və xəyanətkarlıqda günahlandırmaqda bir məqsəd ola bilər” . Bunu "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.

İlham Quliyev: “Siyasiləşmiş QHT-lərin hamısının maliyyə mənbələri eynidir”

6 İyul 2018 12:12

“Əslində, burda qeyri-adi bir şey yoxdur”. Bunu "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Dərs kimi müşavirə

5 İyul 2018 15:51

“Prezident haqlı iradlar bildirdi” - Fəzail İbrahimli

5 İyul 2018 15:24

“Düşünürəm ki, prezident dünən keçirdiyi müşavirədə hamının ürəyindən keçən fikirləri səsləndirdi, haqlı iradlar bildirdi. Güman edirəm ki, ciddi nəticələri yaxın zamanda görəcəyik və xalqımız bir daha belə halla qarşılaşmayacaq”. Bu sözləri millət vəkili Fəzail İbrahimli deyib.

“Prezident xalqın mənafeyinin hər şeydən üstün olduğunu ortaya qoydu”

5 İyul 2018 15:22

“Cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədə başını aşağı salan bəzi məmurlar dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq. Cənab Prezident xalqın həmin məmurlara demək istədiklərinin hamısını ciddi narazılıq və sərt xəbərdarlıqla söylədi”. Bu fikirləri millət vəkili Qənirə Paşayeva bildirib.

Azay Quliyev: “Günahkarların cəzalanacağına heç kimin şübhəsi olmasın”

5 İyul 2018 15:05

“Mingəçevirdəki qəza nəticəsində baş vermiş enerji böhranını aradan qaldırmaq üçün cənab Prezident lazımi tədbirlər görüb və proses tam nəzarətdədir”.

Siyavuş Novruzov: “Prezident bütün məsələlərə operativ və dərhal reaksiya verib”

5 İyul 2018 14:48

“Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev ölkə rəhbəri olduğu dövrdən indiyədək bütün məsələlərə operativ və dərhal reaksiya verib”. Bunu Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov Mingəçevir İES-də baş verən qəza ilə bağlı ötən gün Prezident İlham Əliyevin yanında keçirilən müşavirəyə münasibət bildirərkən deyib.