“Prezident haqlı iradlar bildirdi” - Fəzail İbrahimli

“Düşünürəm ki, prezident dünən keçirdiyi müşavirədə hamının ürəyindən keçən fikirləri səsləndirdi, haqlı iradlar bildirdi. Güman edirəm ki, ciddi nəticələri yaxın zamanda görəcəyik və xalqımız bir daha belə halla qarşılaşmayacaq”. Bu sözləri millət vəkili Fəzail İbrahimli deyib.

"Düşünürəm ki, prezident dünən keçirdiyi müşavirədə hamının ürəyindən keçən fikirləri səsləndirdi, haqlı iradlar bildirdi. Güman edirəm ki, ciddi nəticələri yaxın zamanda görəcəyik və xalqımız bir daha belə halla qarşılaşmayacaq".

Bu sözləri millət vəkili Fəzail İbrahimli deyib. 

F.İbrahimli bildirib ki, prezident qəti tapşırıqlar verib və bu işdə günahı olanlar cəzalarını alacaqlar: "Prezident vətəndaşların anlayışlı davranmasını da unutmadı və xüsusi vurğulayaraq təşəkkür etdi. Ümid edirik ki, xalqımız bir daha belə hadisələrlə üzləşməyəcək".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31