“Prezident xalqın mənafeyinin hər şeydən üstün olduğunu ortaya qoydu”

“Cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədə başını aşağı salan bəzi məmurlar dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq. Cənab Prezident xalqın həmin məmurlara demək istədiklərinin hamısını ciddi narazılıq və sərt xəbərdarlıqla söylədi”. Bu fikirləri millət vəkili Qənirə Paşayeva bildirib.

"Cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədə başını aşağı salan bəzi məmurlar dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq. Cənab Prezident xalqın həmin məmurlara demək istədiklərinin hamısını ciddi narazılıq və sərt xəbərdarlıqla söylədi".

Bu fikirləri millət vəkili Qənirə Paşayeva bildirib. 

Millət vəkili qeyd edib ki, prezident hər zaman söylədiyi "biz hamımız, məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik" yanaşmasını bu müşavirədə də ortaya qoydu: "Görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək, ölkənin enerji sistemində yaranan problemin səbəbkarları qanun qarşısında cavab verəcəklər. Cənab Prezident bunu çox ciddi məsələ kimi qeyd etdi və irəli sürülən səbəbləri əsaslı hesab etmədiyini açıq şəkildə bildirdi. "Azərenerji" prezidentinin qəzanın səbəbləri ilə bağlı açıqlamasına isə ən gözəl cavabı da elə məhz Prezident verdi. Utanmalısınız dedi. Utanmalısınız xalq və ölkə qarşısında. Xalqa nə qədər əziyyət verdiyinizdən utanmalısınız dedi. Cənab Prezident vətəndaşlara təşəkkürü xüsusi vurğuladı. Kritik zamanda öz işinin öhdəsindən peşəkarlıqla gələn qurumları da vurğuladı".

Q.Paşayeva onu da deyib ki, prezidentin çıxışında çox ciddi mesajlar vardı: "Bu müşavirə əslində bütün qurumlara bir xəbərdarlıq idi. Cənab prezidentin insanlarımızın qəza ilə bağlı üzləşdiyi problemlərin qısa zamanda həlli tapşırıqlarını bəzi qurumların tezliklə həll etməsi lazımdır. Özəlliklə isti yay günlərində bəzi yerlərdə su təchizatı və elektrik enerjisi ilə bağlı yaranmış problemlər tez bir zamanda öz həllini tapmalıdır. Təşəkkürlər, cənab Prezident. Hər zaman olduğu kimi, bu müşavirədə də xalqın mənafeyinin hər şeydən üstün olduğunu ortaya qoydunuz".

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31