Azərbaycan Səudiyyə Ərəbistanı iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

2025-ci ildə Azərbaycanın Səudiyyə Ərəbistanına birbaşa investisiyalarının həcmi 15,789 milyon ABŞ dolları təşkil edib.

Olaylar.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 13,8 milyon dollar və ya 7,8 dəfə çoxdur.

Hesabat ilində Azərbaycandan birbaşa xarici investisiyaların ümumi həcmində Səudiyyə Ərəbistanına reallaşan investisiyaların payı 0,6% təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31