Teatr və kino
Gənc Tamaşaçılar Teatrı noyabr ayı üçün olan repertuarını təqdim edir
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı noyabrda maraqlı tamaşalarla çıxış edəcək. Olaylar teatrın noyabr repertuarını təqdim edir: 4 noyabr - Azərbaycan xalq nağılı “Göyçək Fatma”, Ə.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları” 5 noyabr - S.S.Axundov, A.Şaiq “Qaraca qız”, Ə.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları” 10 noyabr - V.Siqarev “Ağ ölüm”
Noyabr ayında Milli Dram Teatrında
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının noyabr repertuarı açıqlanıb. Teatrın mətbuat xidmətindən Olaylar - a bildirilib ki, növbəti ay üçün nəzərdə tutulan repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan maraqlı tamaşalar yer alıb.
Teatrda imtahan
Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluğu” fakültəsində qiyabi təhsil alan 3-cü kurs tələbələri ixtisas fənnindən imtahan verərək Musiqili Teatrda çıxış ediblər. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, imtahan prosesi Musiqili Teatrın kiçik səhnəsində - Gənclərin Yaradıcılıq Studiyasında baş tutub. İmtahan işi kimi Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası nümayiş olunub. Tamaşada rolları Şəbnur Allahverdili, Rəşid Soltanov, Vüsal Qasımov, Ləman Məmmədli, Gülər Kazımova və Aysel İbrahimova ifa ediblər.
“Xənnas” danışma və eşitmə qüsuru olan insanlara işarət dilində təqdim olunacaq
Oktyabrın 29-da Nizami Kino Mərkəzi Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla işarət dilinə tərcümə edilmiş milli “Xənnas” filmini təqdim edəcək. Mərkəzdən “Olaylar” – a bildirilib ki, rejissor Elvin Abdullanın çəkdiyi Azərbaycanın ilk qorxu filmi olan “Xənnas” vahimə və mistika janrındadır.
“Köçkünlərin həsrəti” təqdim olundu
Oktyabrın 25-də Dillər Universitetində universitetin Alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə görkəmli rejissor Ziya Şıxlinskinin çəkdiyi, almanların Qafqaza köçürülməsinin 200 illiyinə həsr olunmuş “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla qonaqları və iştirakçıları salamlayaraq tədbirin Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında imzaladığı Sərəncama əsasən keçirildiyini deyib.
Eldəniz Zeynalov xatırlanacaq
Oktyabrın 27 – də Xalaq artisti Eldəniz Zeynalovun 80 illik yubiliyi qeyd olunacaq. Olaylar bildirir ki, tədbir Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında həyata keçiriləcək.
“Nar bağı” daha bir festivala dəvət aldı
Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi “Cottbus” Film Festivalına dəvət alıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Olaylar -a verilən məlumata görə, film festivalın əsas mükafatı olan “Lubina” uğrunda mübarizəyə qatılacaq. Qeyd edək ki, “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.
Əliqismət Lalayev Beynəlxalq mükafata layiq görüldü
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev daha bir Beynəlxalq mükafata layiq görülüb. Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Olaylar – a bildirirb ki, Ə. Lalayev Təbriz Teatrının Xatirə medalı ilə təltif olunub. Mükafat SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” Beynəlxalq layihəsinin təbrizli aktyor Camal Saqinejadın iştirakı ilə nümayişindən sonra təqdim olunub.
“Zəng”in Adana uğuru
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Türkiyənin Adana şəhərində baş tutan IV Şəhər Teatrları Görüşü Festivalında iştirak edib. Olaylar bildirir ki, Kukla Teatrı beynəlxalq festivalda “Zəng” adlı mono-tamaşa ilə çıxış edib. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.
Yeni tamaşa hazırlanır
Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır. Olaylar bildirir ki, H.X Andersenin “Qar kraliçası” əsəri əsasında hazırlanan eyni adlı tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.
“Matilda” Azərbaycanda
Aleksey Uçitelin "Matilda” filmi Park Cinema kinoteatrında nümayiş olunacaq. Olaylar bildirir ki, film balerina Matilda Kseşinskinin Rusiyanın sonuncu imperatoru II Nikolayla münasibətlərindən bəhs edir. Rusiya Dövlət Dumasının deputatlarından biri və Rusiya Provaslav kilsəsinin nümayəndələri filmi Rusiya və din əleyhinə olmaqda, tarixi təhrif etməkdə ittiham edib.
Ağasadıq Gəraybəyli - 120
Oktyabrın 27 - də Teatr Muzeyində Xalq Artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Olaylar bildirir ki, gecə Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı, Dövlət Teatr Muzeyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə keçiriləcək. Ağasadıq Gəraybəyli ilk dəfə 1924-cü ildə “Qız qalası” filmində həkim roluna çəkilib.1928-ci ildə isə “Hacı Qara” filmində Əsgər bəy, 1929-cu ildə “Sevil”də Sevil rollarında çıxış edib.
Azərbaycan, Ukrayna və Belarus opera ulduzları "Riqoletto" - da
Noyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan klassik operasının ən dəyərli nümunələrindən biri olan C.Verdinin “Riqoletto”operasının tamaşası nümayiş olunacaq. Olaylar bildirir ki, tamaşada Riqoletto partiyasını milli vokal sənətimizin istedadlı nümayəndəsi - Azərbaycanın Xalq artisti, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin laureatı Əvəz Abdullayev ifa edəcək. Hazırda Almaniyanın Manheym Milli Opera Teatrında kontraktla çalışan Əvəz vaxtaşırı Bakıya gəlir və Azərbaycan Opera və Balet Teatrının səhnəsində tamaşaçılar qarşısında çıxış edir.
Musiqili Teatrda “999-cu gecə”
Musiqili Teatrında dünya şöhrətli bəstəkar Fikrət Əmirovun əbədiyaşar musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” Beynəlxalq layihəsi nümayiş olunub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadın iştirakı ilə təqdim olunan tamaşa uğurla keçib. Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Musiqili Teatrla İran İslam Respublikası, xüsusilə də, Təbriz Teatrı arasındakı qarşılıqlı mədəni əlaqələrdən, müştərək layihələrdən bəhs edib.
İtaliyalı rejissorla görüş - Bakıda
Oktyabrın 21-də Bakıda İtaliyanın tanınmış rejissor-ssenaristi Fransesko Buruni ilə görüş keçirilib.“İtaliyan dili həftəsi” çərçivəsində reallaşan görüşdə “Müasir dövrdə kino sənətinin inkişafı və onun ərsəyə gəlməsi” mövzusu müzakirə olunub. Ölkəsində kino sənətinin inkişafından söz açan qonaq deyib ki, azərbaycanlı rejissorlarla bu yöndə əməkdaşlıq etməyə hazırdır. Azərbaycanda kino çəkilişləri üçün əlverişli şəraitin olduğuna toxunan F.Buruni burada olduğu müddətdə yaranacaq yeni imkanlardan istifadə edəcəyini qeyd edib.


.jpg)




.jpg)





.jpg)
