Teatr və kino

Xalq artisti: “O bir səhvi arvadıma bağışlamadım...” 

22 Oktyabr 2017 11:04

O, “Səndən artist olmayacaq” deyən müəllimi, ustadı ilə eyni vaxtda xalq artisti adına layiq görülüb. Sevdiyi sənətin arxasınca getdiyi üçün on il atasından küsülü qalıb. Əlacsız qaldığına görə tələbəlik illərini ən yaxın dostunun evində yaşayıb. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan teatrının ilk aktyorlarından olub. “Azərbaycanfilm”dən başqa “Türkmənfilm”, “Tacikfilm”, “Özbəkfilm”, ““Mosfilm”, Almaniyanın “Defa” studiyalarının filmlərinə çəkilib. Ağstafada ev tikib, orda məskunlaşmağa qərar verən aktyor Xalq Teatrında yeni tamaşaya quruluş vermək ərəfəsindədir. “Danışan fotolar”da bu dəfə Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Tariyel Qasımovla həmsöhbət olduq.

Ukrayna mətbuatı Gənc Tamaşaçılar Teatrından yazıb

21 Oktyabr 2017 18:16

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ukraynanın paytaxtı Kiyevdə “Mariya” Beynəlxalq Monotamaşalar Festivalında təmsil olunub. Olaylar bildirir ki, sənət ocağının aktyoru, Əməkdar Artist Şövqi Hüseynov P.Züskindin “Kontrabas” tamaşası ilə festival iştirakçılarının qarşısına çıxıb.Tamaşanın nümayişindən sonra iştirakçı dövlətlərin teatr xadimləri səhnə əsəri haqqında müsbət rəy bildiriblər. Ukraynanın ən çox oxunan “Gün” qəzetində tanınmış yazıçı, teatr tənqidçisi Dmitriy Drozdovskinin festivalda təqdim olunan ən yaxşı tamaşalara həsr olunmuş “Sənət mədəniyyətin müxtəlifliyində” adlı məqaləsi dərc edilib. Məqalədə ilk olaraq “Kontrabas” tamaşası haqqında söz açılır.

Leyla Əliyeva Musiqili Teatrda olub

20 Oktyabr 2017 12:13

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və Baş redaktoru Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrında olub. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, xüsusilə gənclərin yaradıcılıq fəaliyyəti ilə maraqlanan L. Əliyeva və onunla birlikdə olan qonaqlar Antuan de Sent-Ekzuperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” musiqili tamaşasının məşqini izləyiblər. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonaqlara tamaşanın yaradıcı heyətinin əsasən gənclərdən ibarət olması haqqında məlumat verib. O, qeyd edib ki, Musiqili Teatrda hər zaman gənclərə xüsusi diqqətlə yanaşılır, onlara etimad göstərilir.

Bakı Beynəlxalq Film Festivalına hazırlıq

20 Oktyabr 2017 10:34

C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında “Bakı Beynəlxalq Film Festivalı”nın təşəbbüs qrupunun iclası keçirilib. Olaylar bildirir ki, Kinostudiyanın direktoru Müşfiq Hətəmovun sədrliyi ilə keçirilən iclasda Kinematoqrafçılar İttifaqının birinci katibi, rejissor Cəmil Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov, prodüser və hüquqşünas Fikrin Bektaşi, kinoşünas Ayaz Salayev, rejissor Elçin Musaoğlu, Bakı Film İnstitutunun rəhbəri Fehruz Şamıyev iştirak edib. M. Hətəmov qeyd edib ki, festivalın nizamnaməsinin hazırlanması üçün iş aparılır, maliyyə, təşkilati və informasiya dəstəyi verən qurumlarla danışıqlara başlanılıb: “Bu gün Azərbaycan filmləri artıq beynəlxalq festivallarda uğurla nümayiş olunur, mükafatlar qazanırlar. Bakı Beynəlxalq Film Festivalı Azərbaycan kinosunun dünya kino mühitinə daha ciddi inteqrasiya olunmasında vacib addımdır”.

"Nar bağı"ndan növbəti uğur

20 Oktyabr 2017 09:08

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi Asiya-Sakit Okean Kino Akademiyasının tarixində ikinci dəfə təqdim edilən “Young Cinema Award” mükafatına layiq görülüb. “Young Cinema Award” mükafatı ilk və ya ikinci debüt filmlərin müəlliflərinə verilir.  Bu il mükafata təqdim edilən 298 ekran işindən 142-si debüt film olub. Azərbaycanlı rejissorun ekran işi debüt filmlər arasından qalib seçilib.

“Geostorm”  təqdim olundu

19 Oktyabr 2017 12:54

Park Cinema kinoteatrının Azercell IMAX zalında “Geostorm” filminin eksklüziv nümayişi baş tutdu. Olaylar bildirir ki, filmdə baş rolları Cerard Batler, Cim Störcess, Ebbi Korniş və Aleksandra Mariya Lara canlandırıblar. Filmin çəkilişlərinin son mərhələlərində prodüsser qismində Cerri Brukhaymer cəlb olunduqdan sonra filmin bir çox səhnələri yenidən çəkilib. Bəzi səhnələr isə hətta Luziana ştatında, Yeni Orleanda NASA-nın mərkəzində lentə alınıb.

Həftəsonu Gənc Tamaşaçılarda

18 Oktyabr 2017 21:11

Həmişə olduğu kimi bu həftə də ADGTT-da uşaqlar və böyüklər üçün maraqlı repertuar tərtib edilmişdir. Məktəb yaşlı tamaşaçılar oktyabrın 20, 21, 22 “Əlincə qalası”, “Tıq-tıq xanım”, “Çirkin ördək balası” tamaşalarını izləyə biləcəklər. Tamaşalar hər gün saat 12:00 və 14:00-da nümayiş olunacaq. Böyüklər üçün isə oktyabrın 21-də Ə.B. Haqverdiyevin “Pəri Cadu”, 22-də Ə.Əmirlinin “Mən səni sevirəm” tamaşaları təqdim ediləcək.

Müstəqillik Günü Musiqili Teatrda qeyd olunub

18 Oktyabr 2017 20:41

Azərbaycan Dövlət Musiqili Teatrında 18 Oktyabr Müstəqillik Günü qeyd olunub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Olaylara - a  bildirib ki, bu müansibətlə teatrda “Heydər Əliyev dərsləri” mövzusunda növbəti tədbir keçirilib. Tədbiri açıq elan edən Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevin təklifi ilə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Ə. Lalayev çıxışında dövlətimizin şərəfli müstəqillik tarixindən bəhs edib, 18 Oktyabr Müstəqillik Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu söyləyib. 

Gənc Tamaşaçılarda Müstəqillik Günü

18 Oktyabr 2017 16:23

18 oktyabr Dövlət Müstəqilliyi Günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qeyd olunub. Olaylar bildirir ki, Dövlət Himni səsləndikdən sonra tədbiri açıq elan edən teatrın direktoru, Respublikanın Əməkdar Artisti Mübariz Həmidov Müstəqillik Günü münasibəti ilə kollektiv üzvlərini təbrik edərək qeyd etdi ki, hər bir xalq zaman-zaman öz müstəqilliyini əldə etmək, öz taleyinə sahib çıxmaq arzusunda olub.

Yuğ Teatrında tədbir

18 Oktyabr 2017 15:05

Azərbaycan Dövlət YUĞ Teatrında 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirəcək. Olaylar bildirir ki, bu gün Yuğ Teatrı üçün ikiqat bayramdır. Belə ki, Yuğ teatrının və onun yaradıcısı ustad rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Bu gün teatrın kollektivi V.İbrahimoğlunun məzarını ziyarət edib.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” - Filmi Londonda

18 Oktyabr 2017 11:53

Londonda Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmin nümayişi keçirilib. Filmin nümayişi Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzis tərəfindən, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib. Qeyd edək ki, Londondakı tədbirdən əvvəl bu ilin may ayında Parisdə “Musée de l’Armée” Ordu Muzeyində filmin Avropa premyerası keçirilib. Rəqəmsal qaydada bərpa olunan və rənglədilmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə Sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların igidliyi barədə bəhs edilir. Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır.

Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq”  sənədli filminin təqdimat mərasimi olub

18 Oktyabr 2017 09:07

Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib. Oktyabrın 17-də Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib. Çəkilişləri Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilən filmin nümayişindən əvvəl Leyla Əliyeva, ekran əsərinin ssenari müəllifi və rejissoru Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Vüsalə Kərimova səhnəyə çıxdılar.

Litvalı rejissorun “Buzlaqlarda  qadın” filmi nümayiş olundu

18 Oktyabr 2017 09:05

Kinematoqrafçılar İttifaqı və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə  “CinemaPlus Azerbaijan” kinoteatrında litvalı rejissor Andruis Stonysla görüş keçirilib. A.Stonys görüşdə tamaşaçılara rejissorluq fəaliyyətindən və yeni nümayiş olunacaq filmi haqqında məlumat verib. Sənədli filmin Qazaxıstanda çəkildiyini bildirən rejissor deyib: “Filmin tarixi çox sadədir. Dostum mənə Mərkəzi Asiyada Qazaxıstan, Qırğızıstan və Çinin sərhədləri arasında yerləşən Tyanşan dağında sadiq iti və pişiyi ilə 30 ildir tənha yaşayan litvalı qadın alim Ausra Revutaite haqqında danışdı.

Camal Saqinejad “999-cu gecə”- də

17 Oktyabr 2017 15:22

Oktyabrın 21 – 22 – də Musiqili Teatrda SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası nümayiş olunacaq. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, səhnə əsərinin budəfəki nümayişlərinin xüsusi özəlliyi Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadla bağlıdır. Beləki, Camal Saqinejad növbəti dəfə məhz bu tamaşada Musiqili Teatrın səhnəsinə çıxacaq. O, tamaşada Şah obrazını canlandıracaq. Buna qədər isə C. Saqinejad Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasında tamaşaçıların qarşısına çıxıb. Novruz bayramı günlərində tamaşaçılara təqdim olunan həmin səhnə əsəri yerli izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də böyük çoşqu və alqışlarla qarşılanıb.

Məşhur rejissor Kinematoqrafçılar İttifaqında

16 Oktyabr 2017 14:44

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbərliyi və tanınmış jejissorla görüş keçirilib. Olaylar bildirir ki, görüşdə İttifaqın sədri, xalq artisti, professor Şəfiqə Məmmədova, icra katibi əməkdar incəsənət xadimi Cəmil Quliyev, xalq artisti, İttifaqın katibi Oqtay Mirqasım, Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən isə qrumun rəhbəri Menderes Dəmir və məşhur rejissor və prodüser Gülşan Şaru iştirak ediblər.