Teatr və kino

“Eşq-i Nigar”  tamaşasına ictimai baxış keçirildi

9 Noyabr 2017 08:07

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və  Bakı Yunis Əmrə İnstitutu birgə  türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanının motivləri əsasında “Eşq-i Nigar” adlı tamaşa hazırlayır. Olaylar.az bildirir ki, artıq “Eşq-i Nigar” tamaşasına ictimai baxış keçirilib. Tamaşada teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış ediblər.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında 

8 Noyabr 2017 21:25

Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  noyabrın 10-da saat 15:00-da gənclər üçün bəşəriyyətin bəlasına çevrilmiş narkomaniya əleyhinə “Ağ ölüm” (V.Siqarev) , 11 noyabrda saat 19:00-da dahi M.Füzulinin nakam eşq dastanı olan “Leyli və Məcnun” , 12 noyabr saat 19:00-da xalqımızın yaddaşında qanlı 20 Yanvar hadisəsi kimi yazılmış, azadlıq uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsinə yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşalarını nümayiş etdirəcəkdir.

“Hacı Qara”- da yeniliklər olacaq

8 Noyabr 2017 15:30

 Noyabrın 9 – da Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası olacaq. Teatrın Mətbuat xidmətindən Olaylar.az – a bildirilib ki, dahi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyası nümayiş olunacaq. Meydan üslubunda hazırlanan və bir sıra yeniliklərlə zəngin olan tamaşanın quruluşçu rejissoru Əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur.

Gənc Tamaşaçılarda “Hörümçək adam”

7 Noyabr 2017 17:58

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır. Olaylar.az bildirir ki, kollektiv 2018-ci ilin tətil günlərində kiçik yaşlı tamaşaçılar üçün Sten Linin “Hörümçək adam “ tamaşasını hazırlayır.  “ İnanıram ki, digər tamaşalarımız kimi bu tamaşa da bizim kiçik yaşlı tamaşaçılarımızda böyük maraqğa səbəb olacaq. Onlar hər il olduğu kimi bayram ovqatlarına xüsusi rəng qatan ADGTT-dan yüksək əhval ruhiyyə ilə gedəcəklər. Hesab edirəm ki, tamaşa həm uşaqlar həm də böyüklərə gözəl bayram hədiyyəsi olaraq onların sevincinə sevinc qatacaq”- deyə, teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib.

50-dən çox sənədli filmin ssenarisi təqdim edilib - MÜSABİQƏ

7 Noyabr 2017 16:11

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlər üçün elan etdiyi ssenari müsabiqəsi başa çatıb. Kinematoqrafçılar İttifaqından Olaylar.az - a verilən məlumata görə, müsabiqəyə 50-dən yuxarı sənədli filmin ssenarisi təqdim edilib. Müsabiqə şərtlərinə uyğun ssenarilər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Əvvəlcədən adları məxfi saxlanılan münsiflər bütün ssenariləri qiymətləndirdikdən sonra qaliblərin adlarını açıqlayacaq.

Park Cinemada Tünzalə Ağayeva ilə ulduzlu nümayiş

7 Noyabr 2017 16:06

Park Cinema kinoteatrlar şəbəkəsi və ADDIM Gənclər Təşkilatı  Cinemaya Addımla layihəsinə yenidən start verdi. Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən “ParkCinemaya ADDIM-la” adlı layihəsinin yeni sezonda ilk qonağı əməkdar artist Tünzalə Ağayeva olub. Olaylar.az bildirir ki, layihə çərçivəsində müğənni gənclərlə bərabər rejissor Kennet Branın məhşur dedektiv yazar Aqata Kristinin eyni adlı əsərinin motivləri əsasında çəkdiyi " Şərq ekspresində qətl" filminə baxıblar. Nümayişdə media nümayəndələri, Addım Gənclər təşkilatının üzvləri və Tünzalənin fan klubunun fəal üzvləri iştirak ediblər.

Ən yaxşı tələbə filmi - “Od və su”

7 Noyabr 2017 09:19

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan ailəsi 2017” IX film festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə öncə “Həyatdan şəklə” adlı foto müsabiqəyə təqdim olunan fotolar nümayiş olunub. Mədəniyyət və İncəsənət Universitetinin Fotoqrafiya üzrə Kino və televiziya fakültəsinin tələbəsi Fahir İmamquliyev, məzunu Elşən Şirbağırov və Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Arzu Mürvətova iştirak ediblər.

1937-ci ilin repressiya hadisələri Dram Teatrın səhnəsində

6 Noyabr 2017 13:08

Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən Olaylar.az – a verilən məlumata görə, Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Baş ssenarist kino sənətinin inkişafından danışdı

6 Noyabr 2017 12:22

Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Xəzər TV-nin “Qələm ssenarist qrupu”nun baş ssenaristi Valeh Əhmədovla görüş keçirilib. Olaylar.az bildirir ki, görüşün aparıcısı Kamran İsrafilov  yaradıcı və istedadlı gənclərə dəstək məqsədilə belə layihələrin mütamadi keçirildiyini qeyd edib. Görüş qarışlıqlı müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.

Oskara namizəd olan filmimiz Los Ancelesdə nümayiş olundu

31 Oktyabr 2017 10:23

Los Ancelesdə keçirilən Asiya Dünya Film Festivalı çərçivəsində Azərbaycanın Oskar Mükafatına təqdim etdiyi “Nar bağı” filmi nümayiş etdirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Olaylar.az – a bildirilib ki, konsulluğun  dəstəyilə keçirilən filmin təqdimatından öncə çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycan kinematoqrafiyasının 1898-ci ildən başlayan tarixi, mövcud ənənələri haqqında məlumat verib və Azərbaycanın bu sahədə fəaliyyət göstərən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb. “Nar bağı” filmi haqqında danışan N.Ağayev ailə faciəsindən bəhs edən bu filmin gözəl sənət əsəri olduğunu bildirib.

İngilis dramaturqun əsəri Akademik Milli Dram Teatrında

30 Oktyabr 2017 11:39

 Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən Olaylar – a verilən məlumata görə, ingilis dramaturqu Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanan iki hissəli komediyanın tərcüməçisi və quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Amerikalı kamança ifaçısı Cefri Verbok ADMİU-da

27 Oktyabr 2017 22:52

Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı, kamança ifaçısı Cefri Verbok olub. Universitetin “Vernisaj” salonunda musiqiçi ilə təşkil olunan görüşdə Musiqi sənəti fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib. Cefri Verboku Azərbaycanın dostu, Azərbaycan musiqisinin dünyada böyük təəssübkeşi adlandıran Musiqi sənəti fakültəsinin dekanı professor Ceyran Mahmudova qonağı salamlayıb. Tələbələrin ifasından ibarət konsert şəklində keçən görüşdə konsertmeyster Gülnar Axundovanın müşayiəti ilə II kurs tələbələri Şərif Şərifov (tar), Səbinə Məmmədli (qanun) H.Rzayevin “Çahargah rapsodiyası”, konsertmeyster Rəbiyə İmamquliyevanın müşayiəti ilə III kurs tələbəsi Afaq İsmiyeva P.Axundovanın “Qəlbimin səsi”, konsertmeyster Şəlalə Kərimovanın müşayiəti ilə Xalq çalğı alətləri ifaçılığı kafedrasının müəllimi Pərviz Quliyev F.Bədəlbəylinin “Pərvərdigara” əsərlərini ifa ediblər. I kurs magistr tələbəsi Səxavət Məmmədov Zabul-segah muğamını, III kurs tələbəsi Rafael İslamov “Gül dəstəsi” xalq rəqsini, I kurs magistr tələbələri Məmməd Nəcəfov (xanəndə), Mirhüseyn Əsədullayev (tar), II kurs tələbəsi Fərrux Haşımlı (kamança) “Dəli ceyran” xalq mahnısını və tələbələrdən ibarət qanun ansamblı F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın şənliyi”ni səsləndirilib.

Noyabr ayında Yuğ Dövlət Teatrında

27 Oktyabr 2017 22:47

Yuğ Dövlət Teatrı 2017 – ci il noyabr ayı üçün repertuarını açıqlayıb. Olaylar teatrın noyabr repertuarını təqdim edir. 1 noyabr, çərşənbə V.Klim “Medeya Sekvensiya - 01” 19:00 2 noyabr, cümə axşamı Mərcan Dədənin “Sufinin arzuları” musiqili kompozisiyası əsasında “Rindü Şeyda” 19:00

Həftəsonu premyera -  Gənc Tamaşaçılar Teatrında

27 Oktyabr 2017 22:42

Oktyabrın 28-də  saat 10:00, 12:00, 14:00-da Gənc Tamaşaçılar Teatrında  R.Hovardın “Qrinç” (Yaşıl adam) tamaşasının premyerası keçirəcək.

“Qulliver Cırtdanlar ölkəsində” təqdim edildi

27 Oktyabr 2017 20:41

Oktyabrın 27-də  Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası keçirilib. Olaylar bildirir ki, teatr Azərbaycan teatr tarixində ilk dəfə satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsərinə müraciət edərək tamaşanı fərqli yozumda təqdim edib. Səhnə əsərində kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla həll olunaraq balaca tamaşaçılara təqdim edilib.