Teatr və kino

Gənc rejissorların beynəlxalq uğuru

15 Noyabr 2017 17:22

Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu IV kurs tələbəsi Samir Hüseynovun sənədli filmi Tbilisi Beynəlxalq Film Festivalında iştirak haqqı qazanıb. Olaylar.az bildirir ki, dekabr ayı ərzində keçirilməsi nəzərdə tutulan festivalda “Happy Death” filmi “Tələbə filmləri” bölməsi üzrə nümayiş olunacaq.

SABAH qrupu “Səda” Tədris Teatrında

15 Noyabr 2017 17:06

 “Səda” Tədris Teatrında Mədəniyyət və İncəsənət Universiteti SABAH qrupu IV kurs tələbələrinin ifasında M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” pyesi əsasında hazırladıqları bir hissəli tamaşa növbəti dəfə təqdim olunub. Olaylar.az bildirir ki, universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tamaşanın rejissoru, kurs rəhbər Əməkdar artist Nofəl Vəliyevdi.

"Art"  Sankt-Peterburq  Dövlət  Musiqili  Teatrı BAKIDA 

15 Noyabr 2017 14:12

Noyabrın 15 – 16 –da Azərbaycan  Teatr  Xadimləri  İttifaqında  “Art"  Sankt-Peterburq  Dövlət  Musiqili  Teatrının iki tamaşası nümayiş olunacaq. Olaylar.az bildirir ki, tamaşalar  "Rossotrudniçestvo"- nun   Azərbaycan  Nümayəndəliyinin , Azərbaycan  Teatr  Xadimləri  İttifaqının və  "Art"  Sankt-Peterburq  Dövlət  Musiqili  Teatrının   təşkilatçılığı ilə nümayiş olunacaq. Təqdim olunacaq tamaşalar “Peterburq mənzillıri” və “Əlvida, konferansyel!” adlanır.

“Müsyö Jordan və dərviş Məstəli şah” Muğam Mərkəzində təqdim edildi

14 Noyabr 2017 16:31

Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrı 144- cü mövsümündə Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah”  tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, tamaşanın quruluşcu rejissoru, Şuşa Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Loğman Kərimovdur. Tamaşanın səhnəyə qoyulmasında məqsəd, gənc nəslə yeni formatda M.F. Axundov yaradıcılığını müasir dövrə uyğun çatdırılmasıdı.

Məşhur gürcü rejissorunun tamaşası Musiqili Teatrda

14 Noyabr 2017 13:34

Noyabrın 14 – 15 tarixlərində Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşası dünya şöhrətli, məşhur gürcü rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın quruluşunda Musiqili Teatrında nümayiş olunacaq. Qurumun Mətbuat xidmətindən Olaylar.az – a verilən məlumata görə, tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri çərçivəsində baş tutacaq.

Aprel şəhidi Nicat İsgəndərov haqqında film çəkildi 

11 Noyabr 2017 16:43

Şəhid Nicat İsgəndərov haqda film çəkilib.  2016-cı ilin aprelində cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini erməni işğalçılarından azad etməsi üçün həyata keçirdiyi uğurlu döyüş əməliyyatları zamanı şəhid olan Nicat Bəhruz oğlu İsgəndərov haqda sənədli film işıq üzü görüb. “Şəhidliyə aparan arzu” adlanan filmdə Nicat İsgəndərovun doğmalarının, müəllimlərinin və silahdaşlarının qəhrəman hərbiçi haqda fikirləri, həmçinin həlak olmamışdan əvvəl yaxınlarına və dostlarına göndərdiyi səsli mesajlar yer alır. Sənədli film Ağdam rayonunda yeni yaradılmış “T.Z Media” qrupu tərəfindən hazırlanıb. Layihənin rəhbəri jurnaslist Teymur Zahidoğlu, müəllifi, “Cümhuriyət” qəzetinin Qarabağ üzrə əməkdaşı Elgün Gəncimsoy, operatorları Ziya İsmayıloğlu, Səxavət Əsədov və Ziyəddin Tağızadə, montajçı isə Nuranə Vəliyevadır. Filmdə Azərbaycan Aşıq havalarından “Ruhani” və Türk dünyasının sevimlisi olan Əhmət Şəfəqin “Məmləkət məsələsi” mahnılarından istifadə olunub. Filmin informasiya dəstəyi Sahil TV internet televiziyasıdır.

Cəfər Namiq Kamaldan "Qonaqlıq"

11 Noyabr 2017 16:22

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti Cəfər Namiq Kamalın quruluş verdiyi tamaşanın premyerası olub. Olaylar.az bildirir ki, “Qonaqlıq” adlanan musiqili komediyanın müəllifi Əhməd Orucoğludur. Tamaşada Cəfər Namiq Kamal, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova müxtəlif həyat tərzi yaşayan insanları canlandırıblar.

"Aldığım təqaüd müalicələrə gedir, gündə bir dəfə yemək yeyirəm..." -  3 xəstəlikdən əziyyət çəkən Xalq artisti

11 Noyabr 2017 12:49

Dərmana pul catdıra bilməyən Rasim Balayev: “Allaha yalvarıram ki…” Xalq artisti, sevilən aktyor Rasim Balayevin  müsahibəsini təqdim edirik: – Çoxdandır görünmürsünüz, haralardasınız? – Əvvəllər insanlar kasıb yaşayırdı, amma bir-birini görməyə trramvayla gedirdi. İndi hər şey var, evdən bayıra çıxmaq istəmirik. Bu texnika, internet inkişaf etdikcə insanlar zombiləşir, bir-birinə qarşı səmimiyyəti, hörməti yox olub gedir.

Azərbaycanlı “Stalin” Rusiyanı təəccübləndirdi 

10 Noyabr 2017 20:18

Rusiyanın ОРТ telekanalında gedən 8 serialı “Trotski” bədii filmi böyük ajiotaja səbəb olub. Sevindirici haldır ki, reytinqlərdə ən yüksək yerlərdə qərarlaşan filmin qəhrəmanlardan birini əslən azərbaycanlı olan aktyor Orxan Xanlaroğlu Abulov oynayır.

Tətil günləri Gənc Tamaşaçılarda Gənc Tamaşaçılarda

10 Noyabr 2017 20:03

Məktəblilərin payız tətili günlərində, Gənc Tamaşaçılar Teatrında “Tamaşaların paradı” təşkil ediləcək.  Olaylar.az bildirir ki, noyabr ayının 15-dən 20-dək təşkil ediləcək layihə çərçivəsində teatr daimi tamaşaçılarına müxtəlif janrlı, rəngarəng və maraqlı mövzuları əhatə edən həm xarici həm də yerli rejissorların quruluş verdiyi tamaşaları təqdim edəcək.

İranlı rejissorun “Tayson”u

9 Noyabr 2017 16:57

İranlı rejissor Babək Şirinsifət  Azərbaycanda yeni filminin çəkilişlərini bitirmək üzrədi.  Bu haqda Olaylar.az – a filmin əsas qəhrəmanlarından biri olan Kamran Ağabalayev məlumat verib. Onun sözlərinə əsasən,  komediya janrında olan “Tayson” filminin çəkilişləri artıq  tamamlanmaq üzrədi. Filmin quruluşçu operatoru İranda yaşayan həmyerlimiz  Mehdi Pərizad, prodüsseri  İlham Qasımovdu.

Burak və Fəxriyyə Özçevitlər BAKIYA GƏLİR

9 Noyabr 2017 14:27

Noyabrın 30 - da Park Cinema Flame Towers kinoteatrında "Kardeşim Benim 2" filminin qala gecəsi olacaq. Olaylar.az bildirir ki, qala gecədə Türkiyənin tanınmış aktyorları Burak Özçevit və xanımı Fəxriyyə Özçevit iştirak edəcəklər. Filmin premyerası AZERCELL IMAX zalı, həmçinin Park Cinema Flame Towers kinoteatrının digər zallarında da nümayiş olunacaq. Gecənin qonaqlarını seans öncəsi  cocktail-party və aktyorlar Burak Özçevit və Fəxriyyə Özçevitlə birgə film izləmək imkanı əldə edəcəklər.

Ağasadıq Gəraybəylinin 120 illik yubileyi qeyd olundu

9 Noyabr 2017 11:53

Olaylar.az bildirir ki, Akademik Milli Dram Teatrında Xalq Artisti, görkəmli teatr və kino xadimi Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr edilən yubiley gecəsi keçirilib. Mərasim Prezident İlham Əliyevin Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib. Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə iştirakçılar əvvəlcə teatrın foyesində sənətkarın ömür yolu və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

İranda Azərbaycan dilində yeni film çəkiləcək

9 Noyabr 2017 08:15

İranda Azərbaycan dilində “Ögey gəlin” adlı yeni film çəkiləcək. Təbrizli rejissor Əsgər Yüsifinejad filmin İranın kinoteatrlarında nümayiş etdiriləcəyini bildirib. Hazırda filmin ssenarisi üzərində işlədiyini deyən Ə. Yusifinejad yaxın günlərdə ssenarini tamamlayacağını və çəkilişlərə başlayacağını bildirib. Çəkilişlər Təbriz və Tehran şəhərlərində aparılacaq.