Teatr və kino
Akademik Milli Dram Teatrında dekabr ayı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dekabr repertuarı açıqlanıb. Teatrın mətbuat xidmətindən Olaylar.az -a verilən məlumata görə, növbəti ay üçün nəzərdə tutulan repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan maraqlı tamaşalar yer alıb. 1 dekabr – “Cəhənnəm sakinləri” (Elçin) - 19:00 3 dekabr “Almaz” (C. Cabbarlı) - 19:00
“Nar bağı” filmi “Young Cinema Award” nominasiyasında qalib oldu
Avstraliyanın Brisben şəhərində Asiya və Sakit Okean hövzəsi ölkələri Kino Akademiyasının “Asia Pacific Screen Award” mükafatlarının təqdimetmə mərasimi olub. Kino akademiyasının üzvü olan azərbaycanlı rejissor İlqar Nəcəf yarışmaya quruluş verdiyi “Nar bağı” filmi ilə qatılıb və mərasimdə iştirak edib.
Yeni monotamaşa - “İstədiyim kimi yaşayıram”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni monotamaşa hazırlanır. Olaylar.az bildirir ki, Amerika yazıçısı V.Lyusun “Zelda” əsəri əsasında hazırlanan tamaşa “İstədiyim kimi yaşayıram” adı ilə tamaşaçılara təqdim olunacaq. Artıq yeni tamaşanın məşqlərinə başlanılıb.
Baladadaşın çəkildiyi film yayımlanacaq
Musiqili Teatrının gənc aktyoru Əmrah Dadaşovun İran İslam Respublikasında çəkildiyi bədii film 2018-ci ildə tamaşaçılara təqdim olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Olaylar.az –a verilən məlumata görə, “Sərhəd” (“Arpa çayı – ayrılıq nəğməsi”) adlanan tammmetrajlı bədii filmin üzərində son tamamlanma işləri gedir. İranın “Günəşfilm” Studiyasında istehsal olunan ekran işində Ə. Dadaşov baş rolu – Aydın obrazını canlandırır.
"Əli və Nino" filmi - Litvada
Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə paytaxt Vilnüs şəhərində “Əli və Nino” filminin təqdimatı keçirilib. Litva Milli Kitabxanasının kino zalında təşkil olunmuş mərasimdə ölkə Parlamentinin üzvləri, xarici işlər nazirliyinin əməkdaşları, səfirlər, diplomatik korpusunun nümayəndələri, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və Litvada təhsil alan tələbələrimiz iştirak ediblər.
Gənc Tamaşaçılarda Yeni il tamaşası
Gənc Tamaşaçılar Teatrı öz azyaşlı tamaşaçılarını əyləncəli, surprizlərlə dolu maraqlı yeni il tamaşası ilə qarşılayacaq. Olaylar.az bildirir ki, kollektiv hər il olduğu kimi ,bu il də ənənəsinə sadiq qalaraq yeni - 2018-ci ilin tətil günlərində kiçik yaşlı tamaşaçılara maraqlı istirahət təşkil edəcək. Bu dəfə teatr sevimli uşaqların görüşünə Sten Linin “Hörümçək adam “ tamaşası ilə gələcək. Hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qızdan maraqlı yeni il hədiyyəsi, bol əyləncəli oyunlar da gözləyir.
Ceyhun Hacıbəylinin həyatı teatr səhnəsində
Musiqili Teatrında yeni tamaşa hazırlanır. Teatrın Mətbuat xidmətindən Olaylar.az –a verilən məlumata görə yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” əsərinin məşqləri uğurla davam edir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. “Pyesin müəllifi Əli Əmirlinin janrını musiqili yuxu-kollaj kimi təyin etdiyi iki hissəli “Nuri-didə Ceyhun” əsəri Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edir. Pyes Azərbaycanın müstəqil ölkə və dövlət olaraq tanıtımı üçün Paris Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyətinə ithaf olunub.”, - deyə M. Ələkbərzadə bildirib.
Gənc Tamaşaçılarda həftəsonu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu öz tamaşaçıları və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib edib. Kollektiv noyabın 24-də saat 15:00-da ölməz M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” əsərini, axşam saat 1900-da teatrın kiçik səhnəsində istedadlı yazıçı-dramaturq T.Vəliyevanın “Cəza” adlı təkadamlıq psixoloji oyun dramını nümayiş etdirəcəkdir. Həftənin şənbə günü 25 noyabr tarixində axşam saat 19:00-da Y.Abramov. L.Bəyimin “Yarımçıq qalmış” , noyabrın 26-sı saat 19:00-da isə Ə.Əmirlinin “ Hasarın o üzü” tamaşaları təqdim ediləcəkdir.
Bu həftə Musiqili Teatrda – AFİŞA
“Qafqazlı qardaşqızı” yenidən səhnədə
Noyabrın 24 –də Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası növbəti dəfə nümayiş olunacaq. Musiqili Teatrının mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, bu dəfəki nümayişin özəlliyi xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamalın tamaşada iştirakı ilə bağlıdır. Belə ki, məşhur səhnə əsərində İlham Namiq Kamal baş rolu – Bəbirli obrazını canlandıracaq.
İran rəsmilərindən Nurgül Yeşilçaya ETİRAZ
Türkiyə və İranın birgə istehsalı olan “Gözəl cin” filmində rol alan türkiyəli aktrisa Nurgül Yeşilçaya İran Mədəniyyət Nazirliyindən qadağa qoyulub. Olaylar.az bildirir ki, filmdə öncədən türk aktrisasının rola alacağı İran Kino təşkilatına bildirilsə də, sonda rəsmi qurumlar aktrisanın çəkildiyi filmdən çıxarılmasını tələb edirlər.
“Ən yaxşı film” nominasiyasında qalib - “Nar bağı”
Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi 7-ci Malatya Beynəlxalq Film Festivalının beynəlxalq uzunmetrajlı filmlər müsabiqə proqramında “Ən yaxşı film” mükafatına layiq görülüb. Festivalın simvolu olan “Kristal ərik” və 15 min avro pul mükafatı verilib. Mükafat festivalda iştirak edən baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənovaya təqdim edilib. Bu mükafat “Nar bağı” filminə strukturuna, poetik dilinə, dərin insanpərvərliyinə, xüsusilə də illərlə yaddaşlardan silinməyəcək son səhnəsi və digər yaddaqalan obrazlarına görə verilib.
“Zaman və Məkan”nın qalibləri məlum oldu
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında növbəti iclas keçirilib. İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qaliblərinin müəyyən edilməsi ilə bağlı keçirilən iclasda İttifaqın sədri, professor Şəfiqə Məmmədova, qurumun birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissor xalq artisti Oqtay Mirqasım, kinorejissor əməkdar incəsənət xadimi Rafael Qəmbərov, əməkdar incəsənət xadimi Yavər Rzayev iştirak ediblər.
Türk Filmləri Həftəsinin açılış mərasimi keçirildi
Bakıda Türk Filmləri Həftəsinin açılış mərasimi keçirilib. Nizami Kino Mərkəzində baş tutan tədbirin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu və bir sıra incəsənət xadimləri iştirak ediblər.
“Nar bağı”nın Almaniya uğuru
Almaniyanın Kottbus şəhərində keçirilən 27-ci Beynəlxalq Film Festivalı başa çatıb. Olaylar.az bildirir ki, festivalın əsas müsabiqə proqramında azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi nümayiş olunub. Film tamaşaçılar və kinematoqrafçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Kottbus Beynəlxalq Film Festivalında 42 ölkədən 200-ə qədər film nümayiş olunub. Festivala 600-ə qədər beynəlxalq kino mütəxəssisi və 21 mindən çox tamaşaçı qatılıb.




.jpg)
.jpg)


_().jpg)
.jpg)




