“Qulliver Cırtdanlar ölkəsində” təqdim edildi
Oktyabrın 27-də Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası keçirilib. Olaylar bildirir ki, teatr Azərbaycan teatr tarixində ilk dəfə satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsərinə müraciət edərək tamaşanı fərqli yozumda təqdim edib. Səhnə əsərində kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla həll olunaraq balaca tamaşaçılara təqdim edilib.
27 Oktyabr 2017 20:41 Teatr və kinoOktyabrın 27-də Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası keçirilib. Olaylar bildirir ki, teatr Azərbaycan teatr tarixində ilk dəfə satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur "Qulliver Cırtdanlar ölkəsində" əsərinə müraciət edərək tamaşanı fərqli yozumda təqdim edib. Səhnə əsərində kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla həll olunaraq balaca tamaşaçılara təqdim edilib.
Quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, plastika üzrə iş Ceyhun Dadaşova məxsus tamaşa uşaq və yeniyetmələrə darda olanlara kömək etməyi, mərhəmətli olmağı, vətənpərvərlik hisslərini təlqin edir. Əsərdə Əməkdar artistlər Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Müşfiq Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva, Nuriyyə Əliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Nuranə Hüseynova, Aygün Fətullayeva, Vüqar Məmmədəliyev, Bəhram Həsənov və başqaları iştirak edirlər.