Sosial

Naziri səfir Kim Çanq-gyu qəbul edib

6 İyun 2017 10:11

Səhiyyə naziri Oqtay Şirəliyev Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu qəbul edib. Nazirlikdən "Olaylar" - a bildirlib ki, qəbulda son illər ərzində ölkəmizdə səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər haqda səfirə qısaca məlumat verildi.

Doyunca tut yeyin, özünüzü xəstəliklərdən sığortalayın!

5 İyun 2017 20:31

Mövsümündə bolluca tut yeməklə orqanizmi bir çox xəstəliklərdən sığortalamaq olar. Tutun orqanizm üçün faydalarını, sağlamlıq üçün xeyrini saymaqla qurtarmaq olmaz. Əvvəlcə tutun tərkibinin nələrdən ibarət olduğuna nəzər yetirək. Tutun tərkibi zülal, karbohidratlar, C, E, K, B qrup vitaminlərlə, kalium, kalsium, maqnezium, mis, sink, fosfor kimi mikroelementlərlə zəngindir.

Bunu bilirdiniz?,- Kişmiş qara ciyəri təmizləyir, qəbizliyi aradan qaldırır

5 İyun 2017 20:20

Kişmiş qara ciyər üçün çox faydalıdır. Kişmiş qara ciyəri təmizləyir, onun fəaliyyətini yaxşılaşdırır, durğunluq proseslərini azaldır.

Bu bitki orqanizmi təmizləyir və arıqladır

5 İyun 2017 20:10

Yulaf faydalı maddələrin zəngin mənbəyidir. Yulafda vitaminlər (A, B qrupu, E, K), makro- və mikroelementlər (sink, fosfor, dəmir, ftor, yod), əvəzsiz aminturşular, yağlar, zülallar, karbohidratlar var. Məhz bu səbəbdən yulaf yarmasından hazırlanan istənilən qida - sıyıq, kisel, peçenye - insanın sağlamlığı üçün çox faydalıdır.

Böyrəklərinizi sağlam saxlamaq üçün bu yazını mütləq oxuyun!

5 İyun 2017 20:03

Böyrəkləri sağlam saxlamaq üçün insan ilk növbədə düzgün və sağlam qidalanmalıdır. Acı, duzlu, qızarmış, çox yağlı, hisə verilmiş qidalar böyrəklər üçün ziyanlıdır.

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ

5 İyun 2017 19:45

İnsan bədəni yalnız xarici proseslərə deyil, həm də daxili amillərə qarşı həssas reaksiya verən ən mürəkkəb mexanizmdir. Amerikalı psixoloq Syuzen Babbel depressiyanın insan bədəninə ötürdüyü maraqlı siqnallar haqqında nəzəriyyə irəli sürüb.

Bu 5 vərdiş dəriyə zərərdir – Xanımlara gözəllik tövsiyəsi

5 İyun 2017 19:40

Bir çox qadın güzgüyə baxdıqda dərisinin istədiyi kimi görünmədiyini düşünür. Onlar dərilərinin sağlam görünməsi üçün bir çox üsullara əl atırlar, amma uğurlu nəticə əldə edə bilmirlər. Çünki üz dərisinin sağlam görünməsinə mane olan bəzi səbəblər var. Onları təqdim edir.

Uşaqların təhlükəsinə çevrilən smartfonlar: çıxış yolu nədir?

5 İyun 2017 19:35

Smartfon telefonların artıq həyatımızın bir hissəsinə çevrilməsi danılmazdır. Hər keçən gün daha da təkmilləşən telefonlar bizə artıq təkcə rabitə vasitəsi kimi deyil, kamera, internet, sosial şəbəkələrdən istifadə etmək, müxtəlif oyunlar oynamaq üçün lazım olur. 

Yayda qida zəhərlənmələri –  Nələrə diqqət etməli?

5 İyun 2017 19:30

Qarın ağrısı, ürək bulanma, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsinin xəbərçisidir. Bu əlamətlərin sırasına qızdırma da daxil olarsa, mütləq həkimə getmək lazımdır.

Baş məsləhətçi: "Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı çoxalıb"

5 İyun 2017 18:40

“Bu gün ən çox yayılan zorakılıq formaları fiziki və mənəvi-psixoloji zorakılıqdır. Lakin bu o demək deyil ki, iqtisadi məhdudiyyətlərin tətbiqi, eləcə də cinsi zorakılıq halları baş vermir”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə deyib.

Azərbaycanın Çində ticarət nümayəndəsi təyin olundu

5 İyun 2017 18:31

Teymur Nadiroğlu Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib. Bu, artıq Azərbaycanın xarici ölkədə təyin olunan 2-ci ticarət nümayəndəsidir.

“Qarabağı tanı” kitabının təqdimat mərasimi keçiriləcək

5 İyun 2017 18:07

İyunun 6-da  “Park İnn” mehmanxanasının “Dan ulduzu” zalında “İşğal altında: Şuşa. Qisas” kompyuter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, tədbirdə nazir Azad Rəhimov və digər Dövlət qurumlarının rəhbərləri, rəsmilər iştirak edəcək.  “İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır. Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənib və inkişaf etdirilib.