Sosial
"Lapşin ümid edir ki, azadlığa çıxacaq"
Bakıda həbsdə olan bloqer Aleksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində vəkili ilə görüşüb. Bu barədə A.Lapşinin vəkili Eduard Çernin məlumat verib. Vəkilin sözlərinə görə, A.Lapşin hazırda tibb məntəqəsində müalicəsini davam etdirir, həkim nəzarətində saxlanılır: "Saxlanma şəraiti və səhhəti normaldır. Səhhətində ağırlaşma yoxdur. Görüş zamanı istintaq materialları barədə danışdıq. O, azadlığa buraxılmasını istəyir. Ümid edir ki, məhkəmə onu azadlığa buraxacaq".
Mübariz Qurbanlı Təyyar Altıkulacı qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyə Dəyanət İşləri Başqanlığının sabiq rəhbəri Təyyar Altıkulacı qəbul edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında din sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Azərbaycan ilə Türkiyə arasında dərin köklərə malik olan ikitərəfli əlaqələrdən məmnunluqla söhbət açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizin xarici siyasətində Türkiyə ilə əməkdaşlığın daha da genişləndirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edib. O, bütün sahələrdə olduğu kimi din sahəsində də münasibətlərin yüksək səviyyədə davam etdiyini vurğulayıb.
Pulsuz aviabilet şousu: sosial şəbəkədə yeni virus yayıldı
İnternetdə istifadəçilərin şəxsi məlumatlarını oğurlayan yeni kompüter virusu yayılıb. Məxfi informasiyanı əldə etmək üçün insanlara pulsuz aviabiletlərin oynanılmasında iştirak təklif edilir.
Sürücülərə XƏBƏRDARLIQ: "Ayaq tərləyir və sürüşür"
Yayda insanların çoxu mövsümə uyğun olaraq, daban hissəsi açıq ayaqqabılar, barmaqarası tərlik ("vyetnamka"), çəkələk geyməyə üstünlük verir. Bəzi sürücülər isə, hətta avtomobili də yay ayaqqabıları geyərək idarə edirlər.
"Facebook"da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir - Xəbərdarlıq
Dövlət İmtahan Mərkəzi "Facebook" istifadəçilərinə müraciət edib. DİM-dən verilən xəbərə görə, aparılan araşdırmalar və qurumun səhifəsinə ünvanlanmış çoxsaylı müraciətlər nəticəndə "Facebook" sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərdiyi müəyyənləşib.
Türkiyəyə aparılan nazirlə bağlı SON XƏBƏR
Səhhətində yaranan ciddi problemlərə görə Türkiyəyə aparılan Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbuldakı “Amerikan Xəstəxanası”na yerləşdirilib. Türkiyə həkimləri nazirin vəziyyətini sabit kimi qiymətləndiriblər. Bildirilib ki, N.Əliyevin müalicəsi intensiv formada davam etdirilir.
Öz ayaqları ilə xəstəxanaya gələn Natiq Əliyevin ürəyi niyə dayandı?
Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhətinin ağırlaşması ilə bağlı maraqlı məqamlar üzə çıxıb. İyunun 3-də ürəyindəki ağrılardan şikayətlənən nazir Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib. Xəstəxananın rəhbərliyinin nəzarəti ilə öz ayaqları ilə xəstəxanaya gələn nazirin müayinə olunmasına başlanılıb və o, palataya yerləşdirilib. Müayinə zamanı Natiq Əliyevin ürək aortasında tıxanma kəskinləşib və ürək fəaliyyətini dayandırıb. Təxminən 3 dəqiqəlik gərgin iş nəticəsində onun ürəyinin fəaliyyəti bərpa edilib və ürək damarlarına 4 stend qoyulub.
Bilik Fondu bölgələrdə ideoloji və sosial maarifləndirmə işi aparır
İyunun 5-də Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Gəncə, Beyləqan, Hacıqabul və Şuşa rayon ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olunub.
Terrorçuluqla bağlı qanunvericiliyə dəyişiklik edilir
İyunun 5-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov iclası açaraq gündəlik barədə məlumat verib.
Təhsil naziri Göyçay şəhərində vətəndaşları qəbul edib
İyunun 5-də təhsil naziri Mikayıl Cabbarov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
“Həmrəylik və insan hüquqları” mövzusunda tədbir keçirilib
Saatlı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin və Saatlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçlığı ilə baş tutub. “İnsan Hüquqları qorunması aylığı” çərçivəsində “Həmrəylik və insan hüquqları” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Mərkəzin direktor əvəzi Telman Ağayev, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının və Rayon Gənclər və İdman idarəsinin əməkdaşları, şagirdlər və müəllimlər iştirak ediblər.
Vüqar Səfərlidən jurnalistlərin evi ilə bağlı mühüm açıqlama
"Mənzilə ehtiyacı olan jurnalistlər üçün dövlət tərəfindən 3-cü bina da tikiləcək”. Bu açıqlama ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Kaspi”qəzetinin redaksiyasında keçirilən iclasda çıxış edib. V.Səfərli redaksiya əməkdaşlarının suallarını cavablandırarkən mühüm bir məsələyə də aydınlıq gətirib. O, 2-ci binadan tikilən 256 mənzilin hamısının jurnalistlərə veriləcəyini söyləyib.
Akkreditasiya qanunvericiliyinin pozulmasına görə cərimələr müəyyənləşib
Azərbaycanda uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib. Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib.
Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib
Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib. Bu barədə Azərbaycan prezidentiİlham Əliyev bu gün sərəncam imzalayıb.
Rusiyalı Botaniklər Botanika İnstitutunda
Rusiya Elmlər Akademiyası Daxili Sular İnstitutunun “Su bitkilərinin sistematikası və coğrafiyası” laboratoriyasının müdiri, b.ü.e.d. Kulikovskiy Maksim Serqeyeviç və böyük elmi işçisi, b.ü.f.d. Malçev Yevgeniy İvanoviç AMEA Botanika İnstitutunda elmi ezamiyyətdə olub.














