Sosial
Kimlərin ölkədən çıxışına qadağa qoyulub?
Daxili İşlər Nazirliyininn saytında ölkədən çıxışına qadağa qoyulmuş və borclu kimi axtarışda olanların siyahısı yerləşdirilib. “Olaylar” xəbər verir ki, mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotu ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi veb-saytında yeni informasiya resursu yaradılıb.
Ombudsman: "Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə var"
Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə var. Bunu Ombudsman Elmira Süleymanova Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü Görüşündə çıxışı zaman deyib.
Zakir Qaralov: "QHT və partiyalar digər ölkələrdə hesablar açmaqla, Azərbaycana qanunsuz maliyyə gətirmək istəyir"
"Uzun illər özünü müxalifət adlandıran, qanunvericiliyə uyğun qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm QHT qanunvericiliyin tələblərini, xüsusən, maliyyə şəffaflığı sahəsində tələbləri pozub". Bunu baş prokuror Zakir Qaralov deyib. Baş prokuror bildirib ki, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT isə Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidir: "Onlar uzun illərdir, bu barədə müvafiq məlumatlar təqdim etmirdi. Biz məcbur olduq ki, bir sıra ciddi tədbirlər görək ki, onları qanuna dəvət edək.
Baş prokuror: "Casus şəbəkəsinin ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür"
"Bu casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür". Bunu bu gün baş prokuror Zakir Qaralov bildirib. Baş prokuror deyib ki, bu cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdədir: "Artıq 6 KİV-əBaş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib.
Bakıda İƏT ölkələrinin prokurorluq və korrupsiyaya qarşı mübarizə qurumlarının görüşü keçirilir
Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların III görüşü başlayıb. Görüşə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbərləri, vəzifəli şəxsləri, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibindən ibarət nümayəndə heyəti, Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Zaqatala rayonunda yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinə və şəhid ailəsinə təqdim olunub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zaqatala rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verilib. Evlərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Zaqatala rayon İcra Hakimiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Natiq Əliyevin vəziyyəti stabilləşib
Ürəyində yaranmış problemlə bağlı Türkiyədə müalicə olunan Azərbaycanın energetika naziri Natiq Əliyevin vəziyyəti sabitdir. Həkimlərin səyi nəticəsində nazirin vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunur.
Dilqəm Əsgərova atasının ölüm xəbəri çatdırıldı
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərova atasının vəfat etməsi ilə bağlı məlumat verilib. Bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. "Babamın vəfat etməsini atama məktubla bildirdik. Atam babamı çox istəyirdi. Həmişə məktublarında onu soruşurdu. Deyirdi ki, "atamdan muğayət olun". Biz isə onun ölüm xəbərini göndərdik. Həmin vaxtdan bəri atamdan heç bir məlumat almamışıq. Artıq bir neçə aydır ki, atama heç kim baş çəkməyib" - deyə K. Əsgərov qeyd edib.
"Neftçilər" stansiyasının vestibülləri təmir edilir
"Neftçilər" stansiyasının vestibüllərində təmir işlərinə başlanılıb. “Bakımetropoliteni” QSC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 1972-ci ildə istismara verilmiş stansiyanın hər iki vestibülündə döşəmə və divar örtüyü uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb.
Qızlar üçün VACİB XƏBƏR: Lak çəkdikdən 10 saat sonra bədəndə nə baş verir?
Hamımız bilirik ki, tez-tez dırnaq lakları istifadə etmək olmaz. Belə dırnaqlar zəifləməyə başlayacaq və tez saralacaqlar. Lakin bu kosmetik vasitə bizim sağlamlığımıza hesab edildiyindən daha çox ziyan vurur.
"Atletlər kəndi" satışa çıxarılır
Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Oyunları zamanı idmançıların qalması üçün ayrılan “Atletlər kəndi”ndəki binaların satışa çıxarılacağı gözlənilirdi. Gənclər və idman naziri Azad Rəhimov hələ İslam Oyunlarından öncəki açıqlamalarının birində bunu istisna etməmişdi. Maraqlıdır, “Atletlər kəndi”ndəki binalarla bağlı hansısa yeniliklər var?
Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...
Məlumdur ki, bu yaxınlarda Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən, dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər dövlət qulluğuna müsabiqədənkənar qəbul ediləcəklər.
Azərbaycan daha bir beynəlxalq təşkilatın rəhbər strukturunda təmsil olunacaq
Serbiyanın Belqrad şəhərində Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) 33-cü Baş Assambleyası keçirilib. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, 36 Avropa ölkəsinin təmsil olunduğu Assambleyada Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını Beynəlxalq əlaqələr departamentinin direktoru Faiq Məmmədov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin II kurs tələbəsi, “Azərbaycan Tələbə Kartı” daşıyıcısı Fərhad Səyidov iştirak ediblər. Budəfəki Assambleya EYCA idarə heyətinin son dönəmi olub və keçirilən konfransda yeni prezident və idarə heyəti seçilib. EYCA-nın 30 illik fəaliyyəti dövründə, ilk dəfə olaraq təşkilatın idarə heyətinə azərbaycanlı gənc seçilib.
Fikrət Məmmədov Lerikdə qəbul keçirəcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyunun 8-də Lerik rayonunda vətəndaşların qəbulu keçiriləcək. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lerik rayonu Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi 22) keçiriləcək qəbulda Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.














