Sosial

Gəncə sakini üzərinə benzin töküb özünü yandırdı

20 İyun 2017 20:06

Gəncə şəhərində yerli sakin özünü yandırıb. Şəhər sakini, 1979-cu il təvəllüdlü  Azər Fəxrəddin oğlu Hacıyev üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan A.Hacıyev Xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. 

Bayramlardan sonra artıq çəkidən necə qurtulaq?

20 İyun 2017 19:22

Bayram süfrələrində müxtəlif ləzzətli yeməklər ( salatlar,məzələr,bayram piroqları,tortlar və s.) yeməklə normadan artıq Kalori almış oluruq. Pəhriz həkimləri belə günlərdə böyük bir tort parçası yeyərkən əvvəlcə düşünməmizi məsləhət görürlər.Onların fikrincə əgər qadın belə bir böyük parça tort yemişsə,6 km yol getməsi lazımdır.

Xəbərdarlıq: Oturaq iş ürək-damar və diabet xəstəlikləri yaradır

20 İyun 2017 19:16

Missuri Universiteti alimlərinin qənaətinə görə, oturaq iş hesab edildiyindən daha təhlükəlidir. Oturaq iş, belə vəziyyətdə telefonla danışmaq, televiziyaya baxmaq, oxumaq və s. təkcə çəkini artırmır. Uzun müddət hərəkət etməyən insan və ya heyvan orqanizmində sağlamlıq üçün çox riskli olan metobolik proseslər gedir, nəticədə ürək-damar və diabet xəstəlikləri inkişaf edir.

Kartof nə vaxt zəhərə çevrilir?

20 İyun 2017 19:11

Rasionumuzda tərəvəzin, xüsusən, kartofun əhəmiyyəti böyükdür. Çox az adam kartofu sevmir. Kartof hər gün bizim süfrəmizdədir. Onu haqlı olaraq “ikinci çörək” adlandırırlar.

Peşəkar kadrların hazırlanması keyfiyyətli təhsildən keçir

20 İyun 2017 18:32

Bu günlər Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının (İNMŞ) təşkilatçılığı ilə ATU-da imtahanların gedişatına ictimai baxış keçirilib. İctimai baxış 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmin edilməsinin izlənilməsi məqsədilə İNMŞ-nin iclasının qərarına əsasən təşkil edilib.

Cocuq Mərcanlı məktəbində 44 şagird oxuyacaq - Sakinlərə evlər verildi

20 İyun 2017 17:45

Cocuq Mərcanlının yeni sakinlərinə evlərin orderləri təqdim olunub. Bu barədə Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova bildirib. Onun sözlərinə görə, bu həftədən, ən geci gələn həftədən başlayaraq sakinlər yeni evlərinə yerləşəcəklər.

Azercell-dən məktəblilər üçün pulsuz “Coding Kids – Summer Course” layihəsi

20 İyun 2017 17:42

İnformasiya texnologiyaları sahəsində gənclərin inkişafına dəstək verən Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yeni layihəyə başlayır. Balacalar və yeniyetmələr üçün nəzərdə tutulan “Coding Kids – Summer Course” layihəsi onları oyun və əyləncədən əlavə kompyuter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edəcək. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olacaqlar. Bu layihə uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verəcək.

Bakı sərnişin vağzalında qanvermə aksiyasi keçirilib

20 İyun 2017 17:39

İyunun 20-də 14 iyun Beynəlxalq Donor Günü münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin təşəbbüsü ilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki,  qana ehtiyacı olanlara və talassemiyalı xəstələrə yardım məqsədilə keçirilən aksiyada 100 nəfərə yaxın könüllü, ümumilikdə 25 litr qan verib.

Bakıda Çinin Çendu şəhərinin nümayəndə heyəti ilə görüş keçirilib

20 İyun 2017 17:38

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çendu beynəlxalq dəmir yolu MMC-nin baş direktor müavini Zhahg Jingin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə,  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (“Orta Dəhliz”), Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib. C. Qurbanov bildirib ki, Azərbaycan üzərindən yüklərin daşınmasının effektivliyini və rəqabətqabiliyyətliliyini artırmaq üçün bütün imkanlar səfərbər olunub. Cəmiyyət sədri Azərbaycanın Çin tərəfinə yüklərin Azərbaycan üzərindən daşınmasına hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib. Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində qarşıda duran işlər müzakirə olunub.

“Darvin bankası”ndakı 500 saylı özül əsaslı təmir edilib

20 İyun 2017 17:32

SOCAR-ın “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir.

Su polisi əməliyyat keçirdi

20 İyun 2017 17:05

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Mingəçevir şəhəri ərazisində bir nəfərin narkotik vasitəni satacağı barədə məlumat daxil olub.

Ərdoğanın müşaviri GAMOH fəallarını qəbul edib

20 İyun 2017 16:59

GAMOH İdarə Heyətinin üzvləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Yalçın Topçu ilə görüşüb. Bu barədə GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlı məlumata verib.

“Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat

20 İyun 2017 16:57

 İyunun 20 – də  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tədbir iştirakçılarını salamlayaraq, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanın imzalanması və bu fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı görülmüş işlər barədə məlumat verib.

İyunun 17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

20 İyun 2017 16:47

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan  9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. DİM-dən verilən xəbərə görə, imtahanın nəticələri iyunun 20-də saat 16:45-dən etibarən DİM-in internet saytında yerləşdirilib. 

"Jurnalistlərin dostu" mükafatı təqdim ediləcək

20 İyun 2017 16:22

Azərbaycan Mətbuat Şurası və "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyi 2017-ci ildə "Jurnalistlərin dostu" mükafatının təqdimatı üçün iyunun 20-dən iyulun 15-ə kimi kütləvi informasiya vasitələri arasında sorğu elan edir. Bu məqsədlə MŞ tərəfindən müvafiq işçi qrupu yaradılıb.