Kartof nə vaxt zəhərə çevrilir?

Rasionumuzda tərəvəzin, xüsusən, kartofun əhəmiyyəti böyükdür. Çox az adam kartofu sevmir. Kartof hər gün bizim süfrəmizdədir. Onu haqlı olaraq “ikinci çörək” adlandırırlar.

Rasionumuzda tərəvəzin, xüsusən, kartofun əhəmiyyəti böyükdür. Çox az adam kartofu sevmir. Kartof hər gün bizim süfrəmizdədir. Onu haqlı olaraq "ikinci çörək" adlandırırlar.

Göyərmiş kartof isə ayrı məsələdir. Kartof uzun müddət işıqlı yerdə saxlananda göyərir. Bu isə o deməkdir ki, onun ətli yerində qlikoaloidin, yəni solaninin miqdarı artır. Solanin zəhərlidir. Orqanizmə düşəndə ağızda acı dad, dilin yanması, mədədə ağırlıq, ürək bulanması və s. fəsadlar əmələ gətirir.

Kartofdan zəhərlənməmək üçün ilk növbədə onu düzgün, yəni 1-3 dərəcə temperaturda qaranlıqda saxlamaq lazımdır. Baharda isə kartofun zədələnmiş və göyərmiş yerləri təmizlənməli, qabıqsız bişirilməlidir. Göyərmiş kartofdan istifadə etmək, əslində, məsləhət deyil. İşdir, heyfiniz gəlsə, mütləq göyərmiş yerlərini yaxşıca təmizləyin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31