Sosial

Azərbaycanda zəlzələ oldu

6 Sentyabr 2017 23:20

Bu yazı özünü kədərli, dəyərsiz, çarəsiz hiss edənlər üçündür: TƏHLÜKƏDƏSİNİZ

6 Sentyabr 2017 19:18

Sürət əsrinin ən böyük bəlalarından biri depressiyadır. Hazırda əhatə olunduğumuz informasiya, texnologiya və internet ortamlarının da bu problemdə az payı yoxdur. Depressiya insanın əhval-ruhiyyəsinin birdən-birə mənfiyə doğru dəyişməsi halıdır.

Bürclərə görə qadınlar sevgilisinin yanında özlərini necə aparır?

6 Sentyabr 2017 19:13

Əgər sevgiliniz işarələrdən və eyhamlardan anlamırsa, o zaman ona bu yazını göndərin. Ola bilsin ki, bürcünüzün xüsusiyyətləri ilə tanış olduqdan sonra nəhayət ki, sevimlisinin nə istədiyini başa düşəcək.

D vitamini çatışmazlığı artıq çəkini atmağa mane olur

6 Sentyabr 2017 19:03

Bəzi tədqiqatlar D vitamini çatışmazlığı ilə artıq çəki arasında əlaqə olduğunu sübut edib. Bunu dietoloqlar da təsdiq edib. Onlar bildirib ki, D vitaminin ən önəmli xüsusiyyətlərindən biri qarın bölgəsinin yağlanmasına mane olmasıdır. Bu vitamin maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa kömək edir. Tədqiqata görə, orqanizmdə kifayət qədər D vitamini olan insanlar daha tez doyduqlarını hiss edirlər. D vitamini çatışmazlığı zamanı isə doyma siqnalı beyinə gec çatır.

Eldar Mahmudovun “qalxanı” - onu azadlıqda saxlayan ilginc səbəb

6 Sentyabr 2017 17:12

Eldar Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra onun tezliklə həbsə alınacağı gözlənilirdi. 1 ay sonra E.Mahmudovun tutduğu postdan uzaqlaşdırılmasının 2 ili yekunlaşacaq, o isə azadlıqdadır. Ara-sıra sorağı gəlir. Rəsmilər ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində(MTN) başlanan ildırım sürətli yoxlama və həbslərdən sonra verdikləri açıqlamalarda sabiq nazirin də həbsinin gerçəkləşəcəyinə işarələr vururdular. Artıq rəsmilər bu mövzudan danışmır, Eldar Mahmudovun adını belə çəkmirlər.

Xaricdə təhsil alan bəzi məzunlar xüsusi imtahan verəcək

6 Sentyabr 2017 16:56

“Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən yeni nostrifikasiya qaydaları hazırlanıb. Hazırda qaydalar yekun müzakirə mərhələsindədir və yaxın müddətdə təsdiq olunması üçün hökumətə təqdim olunacaq”. Bunu  Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev deyib.  

Nəsimi rayonunda yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib

6 Sentyabr 2017 16:36

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2016/2017-ci tədris ilinin yekunları və yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. “Olaylar” xəbər verir ki, toplantıda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatdığını qeyd edərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb.