Fransada 2 nəfər “İrma” qasırğasının qurbanı olub
7 Sentyabr 2017 05:21 SiyasətKarib dənizində, Fransaya məxsus Sen-Bartelemi və Sen-Martin dənizaşırı əraziləridə "Irma" qasırğası nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, "İrma" son 10 ildə Atlantik okeanda yaranan ən güclü qasırğadır.
Ən yüksək - beşinci dərəcə gücü verilmiş "İrma" qasırğası Texasda dağıntı və daşqınlara səbəb olan "Harvi"dən daha güclü hesab edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31