SON DƏQİQƏ: Azərbaycanda zəlzələ – İnsanlar təlaş içində evlərini tərk edirlər
7 Sentyabr 2017 07:11 Sosial
Bır sıra evlərə ziyan dəyib, mebellər aşıb və əşyalar qırılıb.
Dünən saat 21:30 radələrində Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib.Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, zəlzələnin azı 4 bal gücündə olduğu güman edilir.
Zəlzələ Şəki, Qax və Zaqatala rayonlarında güclü hiss olunub.Zəlzələ zamanı dağıtılar və tələfat qeydə alınmayıb. Bır sıra evlərə ziyan dəyib, evlərdəki mebellər aşıb və əşyalar qırılıb. Əhali təlaş içində yaşadıqları evləri tərk ediblər.
Hazırda camaat təkrar təkanların olacağını ehtimal etdiyindən evə girməyə tələsmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00