Sosial

Nazir: Ali məktəblərə ildən-ilə daha hazırlıqlı tələbələr qəbul olur

6 Oktyabr 2017 14:06

Azərbaycanda ali məktəblərə ildən-ilə daha hazırlıqlı tələbələr qəbul olur. Məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib. Onun sözlərinə görə, 2017/2018-ci tədris ilində ölkənin ali məktəblərinə rekord sayda - 37 500-ə yaxın abituriyent qəbul olub: “Xüsusi olaraq vurğulamaq istərdim ki, bu orta qəbul balının artması ilə bərabər baş verib.

Lənkərana təyinat almış müəllim dərs demək üçün 6-7 saat yol gedir

6 Oktyabr 2017 13:44

Onun musiqili və əyləncəli tarix dərslərinə aid videoları sosial şəbəkələrdə adətən alqışlanır. 26 yaşlı Həbib Əlizadə Lənkəran dağlıq Gəgiran kənd məktəbində tarix dərsi keçir.

Nazir: Qəbul imtahanların keçirilmə qaydasının dəyişdirilməsi sadələşməyə yönəlib

6 Oktyabr 2017 13:41

Qəbul imtahanların keçirilməsinin qaydasının dəyişdirilməsi yalnız format olaraq sadələşdirilməyə yönəlib. Məlumata görə, təhsil naziri Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması üçün qaydalar hazırlanır

6 Oktyabr 2017 13:38

Hazırda ali məktəblərdə hazırlıq siniflərinin yaradılması üçün yeni qaydalar hazırlanır. Məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib. Onun sözlərinə görə, həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək: "Prezidentin müvafiq sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir. Hazırda yeni qaydalar hazırlanır və bunlar tam hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanılacaq".

Sabah 22 dərəcə isti olacaq

6 Oktyabr 2017 13:35

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 11-13, gündüz 17-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Suraxanıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

6 Oktyabr 2017 13:30

Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın 7-ci mərtəbəsində ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin hamam otağının, mətbəxinin lambirindən ibarət tavanı 7 m2 sahədə, və 1 otağın yanar konstruksiyaları 3 m2 sahədə yanıb. Yüksək temperaturdan mənzilin 3 ədəd plastik qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qəbələdə yeni məhkəmə binasının açılışı olub

6 Oktyabr 2017 13:28

Oktyabrın 5-də Qəbələ rayonunda müasir tələblərə uyğun inşa olunmuş yeni məhkəmə binasının açılışı olub. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Parlamentin Regional Məsələlər Komitəsinin sədr müavini Fəttah Heydərov, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Ölkəyə qızıl-zinət əşyalarının qanunsuz gətirilməsinin qarşısı alınıb

6 Oktyabr 2017 13:22

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətinə bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar"a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın çantasına təkrar yoxlama keçirilib.

Dövlət Komitəsi: Kərə yağının orta statistik idxal qiyməti 5,20 dollar olub

6 Oktyabr 2017 13:21

Azərbaycan Respublikasına idxal olunan yağ məhsullarının qiymətləri ilə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən xarici ticarətin statistikasına və mal nomenklaturasına uyğun olaraq 9 ay ərzində ümumiləşdirilərək yağ məhsullarının bütün çeşidlərinin, eləcə də idxal olunan ölkələr (Almaniya, Yeni Zelandiya və daha yaxın məsafədə yerləşən qonşu ölkələr-Rusiya Federasiyası, Ukrayna, Belarus və s.) nəzərə alınaraq orta statistik qiyməti və digər məlumatlar verilmişdir.

Toponomiya komissiyası gələn həftə yığışacaq

6 Oktyabr 2017 13:20

"Toponomiya komissiyasının iclasları yerli icra hakimiyyəti orqanlarından və bələdiyyələrdən məktublar daxil olduqda keçirilir. Həmin məktublara əsasən, yeni yaradılan yaşayış məntəqələrinə adlar verilir. Həmçinin, təklifdə göstərilən mövcud adların dəyişdirilməsi məsələsinə baxılır”.

Müxalifət gəncləri xaosa səsləyir

6 Oktyabr 2017 13:11

Milli Şura növbəti aksiyaya hazırlaşır. 23 sentyabr uğursuzluğundan nəticə çıxarmayan, aöalarından aldıqları pulun müqabilində ortaya qüvvə çıxara bilməyən radikallar oktyabrın 7-nə daha bir mitinq təyin ediblər. Bakı meriyası da öz növbəsində radikalların aksiyasına icazə verib.

Həbs yerlərində saxlanılan şəxslərin hansı hüquq və azadlıqları var?

6 Oktyabr 2017 13:04

Hüquqşünas Alim Hüseynli bildirib ki, tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqi vəziyyəti qanunvericiliklə tənzimlənir. Belə ki, tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun və digər qanunlar ilə müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir və vəzifələr daşıyırlar.

Vətəndaş cəmiyyəti Aprel qəhrəmanlarının təbliğində fəal rol oynayır

6 Oktyabr 2017 12:52

Yaşadığımız zaman kəsiyində gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması ən vacib istiqamətərdən biridir. Bu hər bir dövlətin diqqət yetirməli olduğu məqamdır: Danılmaz faktdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi hər bir dövlət üçün başlıca prioritetdir. Çünki bu günün gəncləri sabahın dövlət idarəçiləri hesab edilir. Sevindirici hal ondan ibarətdir ki, bu işlə təkcə dövlət deyil, eyni zamanda qeyri-dövlət təşkilatları da məşğul olurlar.

Yaşadığı evdə özünü asdı

6 Oktyabr 2017 12:44

Qubada intihar qeydə alınıb. Məlumata görə, rayonun Digah kəndinin sakini, 1940-cı il təvəllüdlü Nazir İdris oğlu Əsədov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Komitə sədri: Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur

6 Oktyabr 2017 12:42

“Azərbaycanda son 20 ildə aparılmış iqtisadi islahatlar uğurlu olub.” “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye Komitəsinin sədri Ziyad Səmədzadə deyib.