Sosial

Avtobusla traktor toqquşub

6 Oktyabr 2017 12:40

Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub. Məlumata görə, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. “Hyundai” markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla “Combi” markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

Sakinlər yanan binadan təxliyə olunublar

6 Oktyabr 2017 12:39

Sumqayıtda yaşayış binasında yanğın olub.“Olaylar”ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, şəhərdə çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 m² sahədə və ev əşyaları 5 m² sahədə yanıb.

Arif Əsgərovun oğlu: "Xalamdan 500 min dollar, daha sonra 200 min dollar alıb ona vermişəm"

6 Oktyabr 2017 12:38

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində sabiq nazir müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov ifadə verib.

MTRŞ televiziya və radiolarda ədəbi dillə bağlı əsas problemləri açıqlayıb

6 Oktyabr 2017 12:35

"2003-cü ildə MTRŞ telekanallarımızı monitorinq edərkən Ana dilinin proqramlarda ümumi çəkisinin 50 faizdən az olduğunu üzə çıxardı". Məlumata görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.  

Ədəbi dil normalarının pozulmasına görə cərimə tətbiq olunması təklif edilib

6 Oktyabr 2017 12:28

Mətbuat Şurası Azərbaycan ədəbi dil normalarının pozulmasına görə böyük cərimələrin tətbiq olunmasını təklif edir. Bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.  

Bakıda 30-a yaxın məktəbə yeni direktor təyin olunub

6 Oktyabr 2017 12:24

Yeni tədris ilində Bakı məktəblərinə yeni təyin olunan direktorların sayı açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, direktorların fəaliyyəti yoxlanılır və layiq olmayanlar vəzifədən kənarlaşdırılır. O deyib ki, bundan sonra da məktəblərin idarəçiliyi idarənin diqqət mərkəzində olacaq: "Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır.

QHT TV “Mənim Uğur yolum” layihəsinin rəsmi media tərəfdaşı seçildi

6 Oktyabr 2017 12:01

Bu gün “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi”   İctimai Birliyi ilə QHT TV arasında media tərəfdaşlığı ilə bağlı Anlaşma memorandumu imzalanıb. “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi”   İctimai Birliyinin  Azərbaycan Respublikasının Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mənim Uğur Yolum” layihəsinin rəsmi media tərəfdaşı QHT TV seçilib.

Maarif xadimi Qayıtmaz Abasovun 95 illik yubileyi keçirilib

6 Oktyabr 2017 11:59

Oktyabrın 5-də "Müəllimlər günü" kimi əlamətdar bir gündə Rayon Təhsil Şöbəsinin təşəbbüsü və təşkilatçılığı və ziyalıların dəstəyi ilə Rayonun Bozayran kəndindən olan məşhur maarif xadimi Qayıtmaz Abasovun 95 illik yubileyinə həsr edilmiz xatirə gecəsi Yardımlı şəhərində keçirildi.

Məhəbbət Vəliyeva: "Qafar Hüseynov xəstəliyə görə işə çıxmır"

6 Oktyabr 2017 11:46

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva 200 və 43 saylı Məktəb-lisey kompleksinin direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.  M.Vəliyeva jurnalistlərə bildirib ki, məktəb-liseyin direktoru hazırda sağlamlıq vəziyyətinə görə işə çıxmır.

Yaponiyada yaşayış evində yanğın: 5 uşaq və ana ölüb

6 Oktyabr 2017 11:10

Yaponiyada yaşayış evində baş verən yanğın təcisəndə 5 uşaq və ana ölüblər.  Bu haqda yerli TBS telekanalı xəbər verib. Məlumata görə, 40 yaşlı kişi polisə təslim olaraq, yanğın törətdiyi etiraf edib. həlak olmuş atası özünü göstərib və etiraf edib ki, o, yanğınlar törədib. 

Körpələrin ana südü ilə qidalanması 30%-dən 65%-ə qədər artıb

6 Oktyabr 2017 11:08

Azərbaycanda ölkə üzrə ana südü ilə qidalandırma 30%-dən təxminən 65%-ə qədər artıb. Məlumata görə, ana südü ilə qidalandırma layihəsi çərçivəsində aparılan araşdırmalar bunu göstərib. Bununla bağlı ötən gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirin məqsədi Səhiyyə Nazirliyi və UNİCEF-in təşəbbüsü ilə keçirilən ana südü ilə qidalandırma həftəsi ilə bağlı məlumat vermək, əhali arasında bu mövzuda maarifləndirməni gücləndirməkdən ibarətdir.