Sosial

Bilik Fondu maarifləndirici tədbirlərini davam etdirir

6 Oktyabr 2017 16:59

Bilik Fondunun maarifləndirmə tədbirlərinə uyğun olaraq, Bakı Humanitar Kollecində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dil siyasəti” mövzusunda mühazirə keçirilib. Mühazirəçi AMEA Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Dövlət dili haqqında” Qanunun və "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Paytaxt məktəbliləri Cocuq Mərcanlıda

6 Oktyabr 2017 16:56

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssislərinin bir qrup müəllim və şagirdi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. “OLAYLAR”-a daxil olan məlumata görə, səfərdə məqsəd paytaxt məktəblilərini erməni işğalından azad olunmuş və hazırda quruculuq-abadlıq işlərinin aparıldığı Cocuq Mərcanlı kəndi ilə tanış etmək, həmçinin, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və şagirdlər arasında dostluq münasibətləri yaratmaqdan ibarətdir.

Odlar Yurdu Universitetində Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

6 Oktyabr 2017 16:50

06 oktyabr 2017-ci il tarixində “Azadlıq Hərəkatçıları” İctimai Birliyi Odlar Yurdu Universiteti ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA-nın Dilçilik İnstitunun təşkilati dəstəyi ilə Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktik konfrans keçirmişdir.

Yerli özünüidarə orqanlarının sərbəst fəaliyyəti siyasi plüralizmin nümunəsidir

6 Oktyabr 2017 16:34

Müasir idarəetmə sistemində dünya dövlətlərinin böyük əksətiyyətində yerli əhəmiyyətli məsələlər yerli özünüidarəetmə orqanları vasitəsilə həllni tapır. Bu baxımdan dövlət həyatının mühüm tərkib hissəsi hesab olunan yerli özünüidarə orqnları vacib idarəetmə sisteminə çevrilib. Beynəlxalq idarəetmə sisteminə görə, yerli özünüidarəetmə hər bir demokratik quruluşun əsas institutlarından biridir.

BDU XI Azərbaycan beynəlxalq təhsil sərgisində

6 Oktyabr 2017 15:57

Oktyabrın 6 – da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers ” şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisinin  açılışı olub. Olaylar bildirir ki, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan beynəlxalq təhsil sərgisinin artıq ənənə halı aldığını bildirib. CEO-nun direktoru Edvard Stron sərginin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur.

Hicran Hüseynova AŞ-ın ölkəmizdəki Ofisinin rəhbəri ilə görüşüb

6 Oktyabr 2017 15:55

6 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyer ilə görüşü keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, Komitənni fəaliyyəti barədə məlumat verən H.Hüseyova bildirib ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəib ki.ş vidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır. Dövlət Komitəsinin sədri, eyni zamanda, Ermənistanın Azərbaycana 25 ildən artıq müddətdə hərbi təcavüzünün davam etməsini, cəbhə bölgəsində və təmas xəttində baş verən hadisələr, həmin ərazilərdə məskunlaşan azərbaycanlıların, o cümlədən uşaqların və qadınların öldürülməsi və ağır yaralanmasını diqqətə çatdırıb və Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan əhalisinin atəşə tutulması faktının beynəlxalq sənədlərə zidd olmasını qeyd edib.

Aşura günü qan verən bəzi şəxslərdə HİV, hepatit və sifilis aşkarlanıb

6 Oktyabr 2017 15:33

Azərbaycanda Aşura günü qan verən 3827 nəfərdən 122-nin qanında infeksiyalar aşkarlanıb.  Bu barədə Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O bildirib ki, 3 nəfərdə HİV, 81 nəfərdə hepatit, 38 nəfərdə isə sifilis infeksiyaları aşkar olunub. Direktor qeyd edib ki, təhlükəli infeksiyaların aşkarlandığı qan yandırılacaq.

Azərbaycan əmək bazarının səmərəliliyi üzrə 17-ci yeri tutub

6 Oktyabr 2017 15:25

Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin getdikcə əhəmiyyətli şəkildə artmasına imkan verib. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir.

Vaşinqtonda Azərbaycanın Coğrafi İnformasiya Sisteminin təqdimatı keçiriləcək

6 Oktyabr 2017 15:24

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadənin rəhbərliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti oktyabrın 10-dan 15-dək Vaşinqtonda keçiriləcək Dünya Bankı/Beynəlxalq Valyuta Fondunun 2017-ci il üçün İllik Toplantısında iştirak edəcək.

Pensiya tədbirlərinə yekun vurulub

6 Oktyabr 2017 15:15

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya qanunvericiliyindəki son dəyişikliklərin tətbiqi ilə bağlı yerli şöbələrin əməkdaşları üçün respublikamızın bölgələrində keçirdiyi izahat-məlumatlandırma tədbirləri Şəki şəhərində təşkil olunan seminar-müşavirə ilə yekunlaşıb.

Nazirlik ARAŞDIRDI

6 Oktyabr 2017 14:56

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəvilə kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Olaylar bildirir ki, əraziyə keçirilən baxış zamanı Lənkəran rayonu Separadi-Tükəvilə avtomobil yolunun sağ tərəfində, tarlaqoruyucu zolaqda yaşköküstə 20-44 sm diametrliyində 30 ağacın (ağcaqayın və küknar) kəsildiyi məlum olub. Araşdırma zamanı sözügedən ərazinin Separadi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğu və təbiətə 8100 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun qaydada akt tərtib olunub.

Səfir: “Ərdoğan yaxın vaxtlarda Azərbaycana gələcək”

6 Oktyabr 2017 14:39

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı hələlik məlum deyil. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, prezidentin yaxın zamanda səfər etməsi gözlənilir: “Bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Azərbaycana səfərin tarixi tam müəyyənləşməsə də, səfərin yaxın zamanlarda olacağı bəllidir”.

Azər Xəlilov ATV-dəki kütləvi ixtisarlardan DANIŞDI

6 Oktyabr 2017 14:23

“ATV-də kütləvi ixtisarların olması ilə bağlı məlumatların əsası yoxdur”. Bunu ATV-nin prezidenti Azər Xəlilov deyib. O qeyd edib ki, bunlar şaiyədir. A.Xəlilov bildirib ki, televiziyanın saytı fəaliyyətini bərpa edib: “Hər bir televiziyanın saytı olmalıdır. ATV-nin də belə bir saytı var”.