Sosial
Daha 161 dövlət əmlakı hərraca çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 07 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə ayın ilk hərracı keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda 161 dövlət əmlakı satışa çıxarrılacaq.
SOCAR mütəxəssisləri EMERSON şirkətində treninq keçiblər
SOCAR Midstream Operations MMC-nin Texniki və Əməliyyat Qrupunun mütəxəssisləri EMERSON Process Management Aberdeen Solution Center tərəfindən təşkil edilən treninqdə iştirak ediblər. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, təlim kursu EMERSON Şirkətinin ölçmə və idarəetmə sistemləri üzrə 35 illik təcrübəyə malik mütəxəssisi Jim Reekie tərəfindən aparılıb.
XVI əsrə aid Divanın surəti əldə edildi
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından yaradıcılığında Nəsiminin güclü təsiri olan, XVI əsrdə yaşamış osmanlı şairi Heyrətinin Divanının surətini əldə edib. Olaylar bildirir ki, divanda 100-dən artıq qəzəl, bir tərcibənd var. Divandakı “Gəlür”, “İmiş”, “Bu gün”, “Kibi”,“Yok”, “Ancaq”, “Gərək” və s. rədifli qəzəllərdə, şairin işlətdiyi obraz və məcazlarda Nəsimi təsiri aydın görünür.
Səyyar ASAN xidmət beş yeni məntəqədə
Səyyar ASAN xidmət 9 – 18 oktyabr Samux şəhərində, 9 – 23 oktyabr Şabran, Ağdaş, Qobustan, Göytəpə şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar bildirir ki, 2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər təqdim olunacaq. Bundan başqa səyyar avtobuslar 25 sentyabr – 24 oktyabr Şirvan vəXırdalanda, 29 sentyabr – 18 oktyabr Ucarda, 2 – 16oktyabr Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi vəƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Azərbaaycan bayrağı Kolumbiyada dalğalandı
Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Kolumbiyada keçirilən“Həmrəy Gənc Dünya” Sammitinin açılış mərasimində Azərbaycanın bayrağını dalğalandırıb. Bubarədə məlumat “OLAYLAR”-a Milli Şuranın mətbuat xidmətindən daxil olub. Bildirilib ki, GənclərTəşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova “Gənclərin Sağlamlıq Proqramı” fondutərəfindən təqaüd qazanaraq, Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən “Həmrəy GəncDünya” (One Young World Summit 2017) Sammitində iştirak edib.
Oktyabrın bu günlərində çölə çıxmayın - Xəbərdarlıq
Ailələr daha çox qadın boşanmaq istəyirsə dağılır - Günel Natiq yazır...
Azərbaycanda İİV-ə daha çox inyeksion narkotik istifadəsi nəticəsində yoluxurlar
Azərbaycanda İİV infeksiyasına yoluxma daha çox inyeksion narkotik istifadəsi nəticəsində olur. Bunu Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.
Baş prokurorun müavini: "Azərbaycanda korrupsiyaya, kibercinayətkarlığa qarşı ciddi mübarizə aparılır"
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kibercinayətkarlıq mövzusunda regional konfrans başlayıb. Regional konfrans Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP), Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vəAvropa Şurası tərəfindən təşkil edilib.
Azərbaycanlı çoban “O səs Türkiyə”də - VİDEO
“Sağlam Həyata Dəvət” İctimai Birliyindən növbəti seminar
“Sağlam Həyata Dəvət” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Biz, Gənc Ekoloqlar - SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək!” adlı layihə çərçivəsində həmin mövzu üzrə Bakı şəhərinin bir sıra orta məktəblərinin şagirdləri üçün silsilə şəklində təşkil olunan növbəti maarifləndirmə tədbiri seminar təşkil olunub. Tədbirlərdə Bakı şəhərinin bir sıra orta məktəbləri, o cümlədən BSU MLK, 21, 217 saylı orta məktəblərin şagirdləri iştirak ediblər. Olaylar bildirir ki, layihənin əsas məqsədi son illərdə dünyanın bir çox nöqtələrində, o cümlədən Azərbaycanda baş verən hərbi münaqişələr və ölkəmizin 20% torpaqlarının işğalı nəticəsində törədilən ekoloji terrorun,ekoloji tarazlığın pozulması, ekoloji genosid (ekosid) halları haqqında məlumatların yayılması, hərbi münaqişələrin təbiətə və planetimizin sakinlərinə vurduğu ziyanı barədə məlumatlandırılması.
Azərbaycanda 1 yaşadək körpələrin ölüm səbəbləri
Azərbaycanda bütün səbəblərdən 1 yaşadək ölən körpələrin sayı açıqlanıb. İl ərzində 1 yaşadək ölən körpələrin sayı 1666 nəfər olub. Onlardan 37 nəfəri bəzi infeksion və parazitar xəstəliklərdən ölən azyaşlılardır. Tənəffüs sistemi xəstəliklərindən ölənlərin sayı 173 nəfərdir. Perinetal dövrdə meydana çıxan bəzi hallardan 1090 nəfər 1 yaşına qədər körpə dünyasını dəyişib.
Qalmaqallı kitabın müəllifi: Ağıllarına gələni yazırlar
Xəbər verdiyimiz kimi, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub və ora Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib. Kitabın müəlliflərindən biri Kamran Əsədov “Qafqazinfo”ya açıqlamasında dərsliklərdəki rus və Azərbaycan bölməsi üzrə gedən xəritələrə baxsaq, bunun məqsədli deyil, texniki səhv olduğunun şahidi ola biləcəyimizi bildirib.













.jpg)
.jpg)