Sosial

Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək məqsədinə yönələn yeni Tvinninq layihəsinin təqdimatı olub

9 Oktyabr 2017 13:28

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni Tvinninq layihəsinin təqdimatı olub.

Dünya ictimaiyyəti korrupsiyaya qarşı mübarizədə maraqlı olmalıdır

9 Oktyabr 2017 13:20

Vətəndaşların müəyyən hissəsi rüşvət verməkdə, təklif etməkdə və vasitəçilikdə maraqlı olur, korrupsiya cinayətlərinin iştirakçılarına çevrilirlər. Korrupsiya və rüşvətxorluq müasir cəmiyyətin çox ciddi problemlərindəndir. Bütün dünyada korrupsiya və rüşvətxorluqla aparılan mübarizənin sərtliyinə baxmayaraq coğrafiyası genişlənməkdə davam edir. Lakin aşkar olunan korrupsiya rəqəmləri həqiqəti əks etdirmir. Azərbaycan dövləti korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin edir.

Məhkəmə Xədicə İsmayılın ölkədən çıxışına icazə vermədi

9 Oktyabr 2017 13:15

Jurnalist Xədicə İsmayılın sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı məhkəmənin çıxardığı qərardan verdiyi apelyasiya şikayətinə baxılıb.

Zuğulba prospektində hərəkət məhdudlaşdırılacaq

9 Oktyabr 2017 13:12

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 9 və 10 oktyabr tarixlərində saat 11:00-dan axşam saat 18:00-dək Xəzər rayonu Zuğulba prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitab çap edilib 

9 Oktyabr 2017 13:11

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin onilliyi ərəfəsində qurumun yeni nəşri - «Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabı çapdan çıxıb.

Bakıda faciə-ana və oğlu dəm qazından boğulub

9 Oktyabr 2017 13:09

Bakıda ana və azyaşlı oğlu dəm qazından boğulub. Məlumata görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsindəki həyət evində baş verib.1991-ci il təvəllüdlü Məmmədova Aygün Məhərrəm qızı 5 yaşlı oğlu Turalla hamamda olarkən dəm qazından boğulub. Ana və oğlundan xəbər çıxmadığını görən yaxınları hamama daxil olanda, onların hər ikisinin öldüyünü görüblər. Faktla bağlı araşdırma aparılır.

Millət vəkilləri Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olublar

9 Oktyabr 2017 13:04

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Neftçala Sənaye Məhəlləsində olublar. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə rellaşdırılan səfər zamanı Neftçala Sənaye Məhəlləsinin ofisində görüş olub və sənaye məhəlləsində görülən işlər barədə məlumat verilib, təqdimat keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli Sərəncamına əsasən yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə bu ilin 24 sentyabr tarixində açılışı olub.

Aydın Əliyev Şəkidə qəbul keçirəcək

9 Oktyabr 2017 13:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev oktyabrın 13-də saat 10:30-da Şəki şəhərindəki Olimpiya İdman Kompleksində (Salman Mümtaz küç. 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən “Olaylar”a veriln məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Nazirlik reyd keçirdi

9 Oktyabr 2017 13:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətini yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Olaylar bildirir ki, reyd zamanı Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən küçəsi 10k ünvanında, 43 saylı yanacaq doldurma məntəqəsinin ərazisində yaşköküstə 24-28 sm diametrliyində iki ədəd Eldar şamı ağacının kəsildiyi və təbiətə 1350 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Faktla bağlı ərazinin mülkiyyətçisi Elnur İbrahimov barəsində akt tərtib edilib.

“Xarici dildə ən yaxşı film” nominasiyası uğrunda mübarizə aparacaq – “Nar bağı”

9 Oktyabr 2017 12:59

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Asiya Dünya Film Festivalında nümayiş olunacaq. Olaylar bildirir ki, festival oktyabrın 25 dən - noyabrın 2-dək ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.

Azərbaycanda 215 vəzifəli şəxs barəsində cinayət işi açılıb

9 Oktyabr 2017 12:53

"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".  Bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda idarənin icraatında 118 cinayət işi istintaq olunur.

Toyuna 1 həftə qalmış özünü öldürmək istəyən oğlandan YENİ XƏBƏR

9 Oktyabr 2017 12:44

“Toyuna 1 həftə qalmış sirkə turşusu içərək intihar etmək istəyən Qax rayon Almalı kənd sakini Nofəl Yusifovun vəziyyəti ağır stabildir”. Bu barədə onun müalicə aldığı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. A.Maqsudov bildirib ki, krizisdən çıxsa da, o hələ də, danışa bilmir.

Hava pisləşəcək, leysan, dolu, qar yağacaq - XƏBƏRDARLIQ

9 Oktyabr 2017 12:35

Oktyabrın 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Şimal-qərb küləyi əsəcək. ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 14-17° isti, gündüz  20-25° isti, Bakıda gecə  15-17°, gündüz  23-25° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  gecə 75-85 %, gündüz 50-60 % olacaq.  Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modelin əməliyyat zamanı ölümü ilə bağlı başlanan cinayət işinə xitam verilib

9 Oktyabr 2017 12:33

Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam verilib. Bu barədə məlumat verən vəkil İradə Cavadova bildirib ki, bir müddət əvvəl cinayət işinə xitam verilsə də, onlara bu barədə məlumat verilməyib. İradə Cavadova bununla bağlı şikayət verəcəklərini deyib. Vəkil bildirib ki, L. Oruclunun ölümü ilə bağlı klinikadan bəzi sənədləri tələb edib. Lakin klinika həmin sənədləri ona təqdim etməkdən imtina edib.

Məleykə Abbaszadə: “Son 10 ildə qəbul və buraxılış imtahanlarında gender bərabərliyi dəyişib”

9 Oktyabr 2017 12:28

Son 10 ildə Azərbaycanda keçirilən qəbul və buraxılış imtahanlarında olan gender bərabərliyində dəyişikliklər baş verib. Dövlət İmtahan Mərkəzinin Direktorları Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, qəbul və buraxılış imtahanlarında hər bir fənn üzrə qızların orta statistik nəticələri oğlanlara nisbətən daha çoxdur.