Sosial

ASGA sədri ATƏT-in tədbirində media azadlığından danışacaq

12 Oktyabr 2017 11:58

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov 12-15 oktyabr tarixlərində Avstriyada reallaşacaq "İNTERNET AZADLIĞI KONFRANSI: İNTERNET MEDİANIN ROLU VƏ VƏZİFƏLƏRİ” adlı konfransda iştirak edəcək.

Orta əsrlərə aid iki yaşayış yeri aşkarlandı - AZƏRBAYCANDA

12 Oktyabr 2017 11:55

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan və Goranboy ərazisində arxeoloji tədqiqatları başa çatdırıb. Olaylar bildirir ki, tədqiqatlar nəticəsində Naftalan şəhəri ərazisində dörd kurqan, Goranboy rayonu ərazisində isə 30-dan artıq kurqan və orta əsrlərə aid iki yaşayış yeri qeydə alınıb. 

232 işçidən 170-nin müqavilə ilə, 62-nin isə müqaviləsiz işlədiyi AŞKAR OLUNDU

12 Oktyabr 2017 11:54

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinə başlanılıb. Olaylar bildirir ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 9 səyyar monitorinq həyata keçirilib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 9-u sifarişçi, 7-si podratçı, 14-ü subpodratçı olmaqla cəmi 30 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib.

"Azərbaycanla bağlı qəbul olunmuş qətnamələr AŞPA-da ikili standartların yüksəlişini göstərdi"

12 Oktyabr 2017 11:53

Oktyabrın 11-də Avropa Şurası Parlament Assmbleyasında (AŞPA) Azərbaycanla bağlı qəbul olunmuş 14403 və 14397 saylı Qətnamələr ölkəmizə qarşı növbəti qarayaxma kampaniyası olmaqla, bu qurumda hüququn tənəzzülünü, ikili standartların yüksəlişini göstərmiş oldu.

“Ermənilər Cənubi Qafqazda” kitabının təqdimatı keçirilib

12 Oktyabr 2017 09:05

Azərbaycan Dillər Universitetində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Regionşünaslıq kafedrasının təşəbbüsü ilə Auditoriya + proqramı çərçivəsində Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradovun “Ermənilər Cənubi Qafqazda” adlı kitabının təqdimat mərasimi keçirilib. Olaylar bildirir ki, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva bildirib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın təklifi ilə tələbələrin dünyagörüşünün artırılması məqsədi ilə tövsiyə olunan əlavə oxu ədəbiyyatı siyahısında bu kitab da mütləq ədəbiyyat kimi qeyd olunub. Onun sözlərinə görə, “Ermənilərin mənşəyi haqqında”, “Cənubi Qafqaza erməni köçləri” və “Erməni qriqoryan kilsəsinin mənimsəmə siyasəti” adlanan 3 bölmədən ibarət olan kitab ermənilərin tarix boyu müxtəlif ərazilərə köç edib məskunlaşması və yaranmış situasiyalardan istifadə edib sonralar özlərini həmin ərazilərin yerli əhalisi elan etməsi, başqa xalqların mədəniyyət nümunələrini mənimsəməsi prosesinin hələ də davam etdiyi dövrdə zamanın tam nəbzinə uyğun bir vaxtda yazılıb oxucuların sərəncamına verilib.

Yaşıl çayın təhlükəli yönləri...

11 Oktyabr 2017 18:48

Yaşıl çayın yalnız faydalı yönləri haqqında məlumat eşitməyi adət etmişik. Onun istifadəsi uzunömürlülüyün, cavanlığın və sağlamlığın təminatı kimi qələmə verilir. Lakin çox qəbul edildikdə bu bitkinin sağlamlığa neqativ təsiri haqqında məlumatlar aşkar edilmişdir.

Ayaq dırnağında olan göbələyə əlvida!

11 Oktyabr 2017 18:42

Ayaq dırnağında göbələk əmələ gələndə dırnağın kənarında sarı ləkəvə ya zolaq əmələ gəlir, dırnaq qalınlaşır, boz-sarı rəngə boyanır və ovxalanaraq qırılır. Müalicə prosedurlarından öncə ayaqlarınızı sabunlu suya qoyaraq yumşaldın və daha sonra yaxşıca qurulayın, xüsusilə barmaqlarınızın arasını

Qəhvə içən qadınlar depressiyaya az meyilli olur

11 Oktyabr 2017 18:26

Qəhvə köpüyü + darçın = bir fincan cənnət həzzi. Mütəxəssislər də deyir ki, ləzzətli qəhvənin canına xeyri də var. Bu da bildiyini etmək üçün yaxşı bəhanədir.