Sosial
Nəsli kəsilməkdə olan quşlar süni şəraitdə çoxaldılır
Olaylar bildirir ki, AMEA Zoologiya İnstitutunda nadir və nəsli kəsilməkdə olan növlər süni şəraitdə çoxaldılır. Tətbiqi Zoologiya Mərkəzində institutun elmi-tədqiqat planına uyğun olaraq “Azərbaycanda bəzi nadir quşların (adi qırqovul, yaşıl qırqovul, qırmızı kəklik) süni şəraitdə çoxaldılma üsullarının hazırlanması” mövzusunda araşdırmalar aparılır.
Yük avtomobilində ölən şəxs icra başçısının müavininin oğlu çıxdı – TƏFƏRRÜAT
Ötən gün Bakının Yasamal rayonunda, Tbilisi prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı təfərrüatlar üzə çıxıb. Məlumata görə, qəza nəticəsində faciəvi şəkildə həlak olan sürücü, 1982-ci il təvəllüdlü, İmişli rayon sakini Haqverdiyev Xalid Əlirza oğlu uzun illərdən bəri narkotik vasitələrin alüdəçisi olub.
Əmək Nazirliyi peşə hazırlığı və əlavə təhsil kursları, peşəyönümü tədbirləri təşkil edib
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 70,6 min nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına, peşəyönümü tədbirlərinə cəlb edilib.
Boşanmadan ən çox əziyyət çəkənlər
Ölkədə boşanma hallarının sayında artım müşahidə olunur. Araşdırma zamanı bəlli olub ki, boşanmalar ən müxtəlif səbələrdən baş verir ki, onlar sırasında xarakter uyğunsuzluğu və sosial məslələr ön sırada durur. Maraqlı məqalmlardan biri ondan ibarətdir ki, boşananlar arasında uşaqlı ailələrin sayı üstünlük təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, Azərbaycanda ər-arvad boşandıqdan sonra əsas problemlər uşaqlı ailələrdə yaranır.
Vəkil büroları və fərdi vəkillərin sayı artacaq
Son illər Azərbaycanda bütün sahələr üzrə müşahidə edilən inkişaf tendensiyası həmin sahələrdə zaman-zaman yeni-yeni yanaşmaları zərurətə çevirir. Bu istiqamətdə mövcud olan qanunvericlik bazası zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilir, ona əlavə və dəyişikliklər edilir. Bununla da bu və digər sahənin daha da inkişafı üçün yeni-yeni imkanlar yaranır. Eyni fikirləri hüquq sahəsinə də şamil etmək olar. Onu da xüsusi qeyd etmək yerinə düşər ki, hüquqi sahədə mövcud qanunların, normativ aktların məcəllələrin daha tez-tez təkmilləşdirilməsi, hüquqi, demokratik dünyaya uyğunlaşdırılması qaçılmaz xarakter alır.
Azərbaycanlı aktrisanı əri başqa kişi ilə yaxaladı - VİDEO
Xəzər dənizi sahilində nəzarət tədbirləri görülür
Xaçmaz rayonun Xəzər dənizi sahilində yerləşən hissəsinin istifadəsində qanunvericilik tələblərinin qorunması ilə bağlı nəzarət tədbirləri görülür. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə bu gün Xaçmazda Torpaq fondunun elmi əsaslarla istifadəsinin təşkili və inzibatçılığı ilə bağlı keçirilən İşgüzar Forumda bildirilib.
Yağ məhsullarının istehsalı ilə bağlı şübhələrə son
Müasir dövrün tələblərinə uyğun olaraq ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar, həyata keçirilən məqsədyönlü siyasət öz müsbət nəticələrini verir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinə ən böyük təkan verən amil 2004-cü ildən mərhələli şəkildə icra edilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı oldu. Məhz sözügedən proqramın uğurla icrası və görülən tədbirlər nəticəsində əyalətlərdə bir çox sənaye və istehsal müəssisələri yaradıldı, zavod və fabriklər fəaliyyətə başladı.
“Ana, çöldən atamın ətri gəlir...”
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşləri zamanı şəhid olmuş Rusif İbrahim oğlu Ağayevin ailəsini ziyarət edib.
Buludlu, küləkli, yağmurlu hava
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Təhsil haqqını ödəyə bilməyən tələbələrə şad xəbər: Qanun dəyişdirilir
Kosmosdan qayıdan Qaqarin Azərbaycan dilində... - İLK DƏFƏ ÜZƏ ÇIXAN NADİR KADRLAR - VİDEO
Sosial şəbəkələrdə kosmosa ilk uçan insan kimi tarixə keçən SSRİ kosmonavtı Yuri Qaqarinin Azərbaycan dilində qarşılanma mərasimini əks etdirən video yayılıb.
Samirə Yusifqızı: Şouda səsləri Murad Dadaşov tənzimləyir - VİDEO
"Vasmoy bazarı"nda inanılmaz FIRILDAQÇILIQ - Qadın yaxınlaşır...
Paytaxtın "Vasmoy bazarı" kimi tanınan "8-ci km bazarı"nda yeni fırıldaqçılar peyda olub. Bu barədə məlumat verən mağaza sahibləri bildiriblər ki, fırıldaqçılar satıcıları aldadaraq, ayaqqabıların tayını oğurlayırlar. Mağazaya yaxınlaşan qadın öncə bir ayaqqabı seçir. Daha sonra satıcıya bildirir ki, yoldaşı yeriyə bilmədiyi üçün yaxınlıqdakı avtomobildə gözləyir. Geyinib baxması üçün ondan ayaqqabının bir tayını verməsini istəyir. Satıcı bunun fırıldaq olduğunu anlamadan qadının dediyini edir. Həmin qadın daha sonra başqa mağazaya yaxınlaşaraq, eyni modelin digər tayını bu üsulla alır.
Zaqatala rayonunda körpü tikintisi yekunlaşır
Zaqatala şəhərində, Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işləri yekunlaşır. “OLAYLAR”- -a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən bildirilib ki, körpünün təmiri “Azəravtoyol” ASC tərəfindən dövlət başçısının “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində yerinə yetirilir. Zaqatala şəhərinin ərazisindən axan Tala çayı üzərində yerləşən və ötən əsrin 60-cı illərində inşa edilmiş 132 metr uzunluğundakı körpünün əsaslı şəkildə təmiri işləri zamanı hərəkət hissəsinin genişləndirilməsi üçün müvafiq işlər aparılıb.







.jpg)
.jpg)



.jpg)

