Sosial
Bakı Ali Neft Məktəbinin 5 tələbəsi təhsilini Yunanıstanda davam etdirəcək
Bakı Ali Neft Məktəbində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 5 tələbə təhsilini Yunanıstanda davam etdirəcək. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tələbələr arasında keçirilən müsahibənin nəticələri, ümumi orta müvəffəqiyyət göstəricisi və müstəqil şəkildə əlavə tədris materiallarını mənimsəmə qabiliyyətinə görə Şükürlü Mədinə, Hacıbalayeva Gülşən, İbrahimov Eltun, Qarazadə Rəmziyyə və Baxşılı Əmiraslan Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində 2017/2018-ci tədris ilinin payız semestrində təhsil almaq şansı əldə etmişlər.
“Ən yaxşı məktəb saytı” müsabiqəsi keçiriləcək
Paytaxt məktəbləri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın əmrinə əsasən keçiriləcək “Ən yaxşı məktəb saytı” müsabiqəsində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edəcək. Müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçiriləcək.
Bakıda “Atalar və Qızlar” festivalı keçiriləcək
Oktyabrın 14-də Bakıda 11 Oktyabr Beynəlxalq Qızlar günü münasibətilə “Atalar və Qızlar” festivalı keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Festivalın əsas məqsədi müxtəlif fəaliyyətləri təşkil etməklə ata və qız övladı arasında emosional və mənəvi əlaqələri gücləndirmək, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə münbit mühiti yaratmaqdır.
BŞTİ-də könüllülərə arayış təqdim olunub
Oktyabrın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) IV könüllülük proqramında iştirak etmiş gənclərə arayışlar təqdim olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri və IV könüllülük proqramını başa vuran gənclər iştirak edib.
“Məzun evi”ndə yaşayan gənclərin əksər hissəsi daimi iş yerləri ilə təmin edilib
Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində (Abşeron rayonu, Masazır kəndi) yeni mənzillərə köçürüldükdən sonra ilk növbədə onların məşğulluğunun təminatı yönündə müvafiq işlər aparılır.
“Gənc jurnalistlər” klubu yaradıldı
Bilik Fondu və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birgə “Gənc jurnalistlər” Klubunun təsis yığıncağı keçirilib. Olaylar bildirir ki, Bilik Fondunda keçirilən tədbirdə Fondun əməkdaşları, fakültənin dekanı və Klub üzvləri iştirak ediblər. “Gənc jurnalistlər” Klubunun təsis iclasında çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov maarifçilik sahəsində görülən işlərdən, Fondun nəzdində fəaliyyət göstərən digər Klubların işindən danışıb. İcraçı direktor klubun fəaliyyətini özündə əks etdirən Əsasnamə ilə iştirakçıları tanış edib. Bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri qeydə alınıb. Eyni zamanda klubun strukturu, iş planı, görüləcək tədbirlərin forma və məzmunu, eləcə də tərkibi müzakirə edilib.
Qulu Kəngərlinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib
Oktyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının, alimlərinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Əməkdar Jurnalist Tahir Aydınoğlu Qulu Kəngərlinin keçdiyi həyat yoluna və yaradıcılığına nəzər salıb. Bildirib ki, Azərbaycanın beynəlxalq jurnalistikasında öz dəst-xətti ilə seçilən Qulu Kəngərli peşəkar media mənsublarından biri kimi bu sahədə uzun illərdir fəaliyyət göstərir.
Anar Bağırov: “Hüquqi yardımın peşəkarlar tərəfindən göstərilməsi zərurətdir”
Tanınmış vəkil, hüquqşünas alim, Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü Anar Bağırov nümayəndəlik institutunun məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər və son vaxtlar müzakirəyə səbəb olan bu məsələyə dair öz mövqeyini “Olaylar”a bildirb.
BDYPİ sürücülərə və avtomobil sahiblərinə müraciət edib
Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar DİN Baş DYP İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Göyçay və Ağdaşda alimlərin mühazirələri təşkil olundu
Bilik Fondu “İslam Həmrəyliyi İli" çərçivəsində müxtəlif bölgələrin orta ixtisas, peşə və ali təhsil müəssisələrində, ictimai xadimlərin mühazirələrini, görüşlərini təşkil edir. Olaylar bildirir ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin təhsil ocağınıın kollektivi ilə görüşü olub. Tədbiri Kollecin direktoru Xəlil Orucov açaraq, ölkənin uğurla aparılan daxili və xarici siyasətinin mahiyyəti barədə dolğun məlumat almaları üçün müəllim və tələbələrin belə görüşlərə ehtiyacı olduğunu bildirib. Bilik Fondunun Göyçay rayon nümayəndəsi, Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbinin direktoru Sevda Vəliyeva Fondun maarifləndirici fəaliyyətindən danışıb.
Qalmaqallı dərsliyin müəllifləri Nazirliyə çağırıldı - Müəllif: “Xəritədə Albaniyanın adı yazılmalıydı”
“Mən dərslikdə olan məlum problemi texniki səhv hesab edirəm. Dərsliklərdə səhvlər hər zaman olub. Hətta elə dərsliklər olub ki, ordadakı səhvlər 10 illərlə qalıb. Bizim bu dərsliyimiz çap olunmazdan əvvəl elektron variantda müzakirə də edilib. Bəzi qeydlər aparılıb. Dərslikdə olan məlum problemin texniki səhv olduğunu Təhsil Nazirliyi, nəşriyyat və müəlliflər də etiraf ediblər”.
Azərbaycanda tələbə oğlan mesaj yazıb özünü öldürdü - TƏFƏRRÜAT
Dünən Salyan rayonunun Xıdırlı kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Özünü asaraq intihar edən 21 yaşlı Əsədov Emin Mehman oğlu Rusiya universitetlərindən birində qiyabi təhsil alırmış. O, atasına məxsus olan karyerdə ona kömək edirmiş.
Yağ qutularından 126 ədəd siqaret çıxdı
Yağ qutularından siqaret aşkar edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiya Federasiyasından ölkəmizə gələn Azərbaycan vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib.
Nardaran sakini vəfat etmiş əmisinin silahını götürüb polis bölməsinə getdi
Nardaran sakini əmisindən qalma silah-sursatı təhvil verib. DİN xəbər verir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əfqan Bəhrəmov vəfat etmiş əmisindən qalan "Makarov" markalı tapançanı, 4 ədəd patronu və 1 ədəd patron darağını könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Bakıda zəncirvari qəza: 5 yaralı var
Bakı şəhərinin Xəzər rayonunda zəncirvari avtomobil qəzası baş verib. Mərdəkan qəsəbəsində "Mercedes", "Tofaş" və "Reanult" markalı 3 minik avtomobili bir-birinə çırpılıb. Nəticədə avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.














