Sosial
Bel nahiyəsindəki piyləri necə əridək?
Bütün korpusla edilən hərəkətlər ayaqlarınızı bir qədər aralı, əllərinizi isə belinizə qoyun; çiyinlərizi bütün korpusunuzla sağa, sonra isə sola çevirin; bədənin aşağı hisəsi hərəkətsiz qalır.
Diqqət: Abortun fəsadları
Uşaqlıq yolunun alətlərlə zədələnməsi abort zamanı ən çox rast gəlinən hallardandır. Abort uşaqlıq boynunun yırtılması ilə nəticələnə bilər.
Dəniz qumunun müalicəvi xüsusiyyətləri və zərərləri
Yay fəslində dəniz və günəşdən faydalanarkən, qumdan da faydalanmağı laqeyd yanaşmayın. Sizə dəniz qumunun bəzi faydalı xüsusiyyətlərini təqdim edirik: Tətildə həm istirahət edə, həm də dəniz qumunun müalicəvi xüsusiyyətlərindən faydalana bilərsiniz. İsti qum xeyirdir deyib saatlarla qumdan çıxmayan insanlar var. Dəri yanıqları, allergik reaksiyalar, günəşdən gələn şüalar qumdan gələn xeyiri heçə endirir. Təzyiq, şəkər, ürək kimi xəstəliyi olan insanların ayaqlarını quma basdırması sağlamlığa daha böyük ziyan vura bilər. Ən dəhşətlisi isə iflic ola bilərlər. Quma basdırılma da həkim nəzarəti altında olmalıdır.
Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb
Bakı-Şamaxı yolunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə bu gün saat 17:00 radələrində yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazidə qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu və İsmayıllı rayon sakinləri olan 7 nəfər ağır xəsarət alıb.
İDDİA: Arıqlamaq üçün qaranlıqda yatmaq vacibdir
Araşdırmaçılara görə kökəlmək üçün yalnız yemək qəbul etmək və hərəkətsiz qalmaq şərt deyil, hətta işıqda yatmaq belə insanların çəki almasına səbəb olur. Ohio Əyalət Universitetinin mütəxəssislərinin apardığı araşdırma zamanı məlum olub ki, normal çəkidə qalmaq üçün gecə lampalarından xilas olmaq və qaranlıqda yatmağa alışmaq lazımdır. Işığın yuxuya və artıq çəkinin yaranmasına təsirinin böyük olması vurğulanır. Hətta bildirilir ki, yataq otağının pərdələrini seçərkən, eləsinə üstünlük vermək lazımdır ki, tünd olsun və işıq keçirməsin.
Zehni qabiliyyəti artıran qidalar
Qidalanmaq, lazımı protein, zülal və vitaminləri qəbul etmək orqanizm üçün çox əhəmiyyətlidir. Sabahları qida qəbulunu gec yerinə yetirənlər mövsümi meyvə, meyvə şirəsi və ya bir stəkan ilıq su içməyi vərdiş halına gətirməlidirlər.
Heyvanı balla qarışdırıb yesəniz, orqanizmdə nə baş verər?
Heyva ilə balın qarışığı müalicəvi təsirə malikdir. Oxucuları heyva ilə balın müalicəvi xüsusiyyətləri ilə tanış edirik. Ballı heyvanın tərkibindəki maddələr damar yollarını açır, ürək damar xəstəliklərini qarşısını alaraq iflic riskini aradan qaldırır.
Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt bəyənat
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.
10 milyonlarla insan artrit xəstəliyindən əziyyət çəkir
Bu gün M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib. Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov bildirib ki, bu xəstəliyin müxtəlif müalicə üsulları var, artrit oynaqda yaranan iltihabı prosesdir.
Saatlıda qadınların sosial-psixoloji problemləri müzakirə edilib
“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi (QLUB) “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində Saatlı rayonunda bir qrup qadınla görüş təşkil edib.
“Qələbənin Varisləri” Beynəlxalq İttifaqın nümayəndələri Nəsimi rayon İcra Hakimiyyətinin qonağı olublar
İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən “Qələbənin Varisləri” Beynəlxalq İttifaqın nümayəndələri Nəsimi rayon İcra Hakimiyyətinin qonağı olublar.
Söz və mətbuat azadlığının təntənəsi
Azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması demokratik inkişafın əsas meyarlarından biridir. Bu mənada ölkəmizdə demokratikləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi kimi söz azadlığının təmin edilməsi, eləcə də mətbuatın inkişafı üçün bütün zəruri addımlar atılır.
Evdən pul və mobil telefon aparan saxlanıb
Oğurluqda şübhəli bilinən şəxs Zabirli tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, avqustun 31-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 370 manat və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ağasəməd Zabirli Nəsimi və Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutulub.
ASAN könüllüləri SOCAR-da təcrübə keçəcəklər
SOCAR və ASAN xidmət arasında əməkdaşlıq müqaviləsi çərçivəsində ASAN könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri nəzərdə tutulur. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, artıq ASAN könüllülərinin iki qrupu SOCAR-ın idarə və müəssisələrində ödənişsiz təcrübə keçmişdir.
Binəqədidə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi, polkovnik Yusif Mirzəyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri iştirak etdilər. Tədbirdə çıxış edənlər bildiriblər ki, vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.














