Sosial
Bələdiyyələrin səlahiyyətləri artırılır
Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılacaq. “Olaylar” xəbər verir ki, bununla bağlı “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik ediləcək.Qanunun 21-ci (Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə) maddəsinə yeni-21.4 bəndi əlavə olunacaq.
Meteohəssas insanlarda narahatlıq hissi yaranacaq
Oktyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 18-22° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək.
Pakistan səfiri gənclərlə görüşüb
Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi və Xarici İşlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Gənc Elçilər” proqramı çərçivəsində Pakistan Respublikasının səfirliyində görüş keçirilib.
Elmin İnkişafı Fondu müsabiqə nəticələrini açıqlayacaq
Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçiriləcək.
ADPU-da "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra konfrans iştirakçıları Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını və Türk Şəhidliyi Abidəsini ziyarət edərək "Əbədi Məşəl" kompleksi, həmçinin, Türk Şəhidliyi Abidəsinin önünə gül dəstələri düzüblər.
Prokuror Çovdarovun işində ittihamdan qismən imtina edib
“MTN işi” üzrə təqsirləndirilənlər – general Akif Çovdarov və əməkdaşları polkovnik Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanovun cinayət işi üzə keçirilən məhkəmədən yeni maraqlı məlumat ortaya çıxıb. Dövlət ittihamçısı Vüqar Quliyev adıkeçən şəxslərə cəza istəyərkən mülki iddiaların bir qismini müdafiə etməyib. Bu barədə S.Məmmədovun vəkili Cavid Rzazadə feysbuk hesabında məlumat paylaşıb.
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqlar Bakıya gətirilib
İraqda İŞİD-dən xilas edilən və orada uşaq evində saxlanılan 4 yaşlı Abdulla ötən axşam Azərbaycana gətirilib. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Abdulla adlı uşağın Azərbaycana gətirilməsi təmin olunub.
Qubada 6 mindən artıq əhalinin gediş-gəlişi yaxşılaşacaq
Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən aparılan işlər yekulaşmaq üzrədir.
Azərbaycanda minlərlə ailə dağılıb
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 57 269 nəfər və yaxud 0,6% artaraq bu il sentyabrın 1-nə 9 867 250 nəfərə çatıb. Dövlət Statistika Komitəsi (DSK) xəbər verir ki, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub.
Özbəkistanın “Soqdiana” ansamblı Azərbaycan bəstəkarlarının əsərlərinə geniş yer ayırır
Kənanla Məryəmin öpüş səhnəsi gecəyə damğa vurdu - FOTO
“O Səs Türkiyə” münsifləri arasında QIRĞIN - ÇƏKİLİŞLƏR LƏĞV OLUNDU
Bu görüntüdən sonra TƏYYARƏYƏ MİNMƏYƏCƏKSİNİZ! - VİDEO
Beren Saatla mübahisə edən Kənan Doğulu küçədə bağırdı - FOTO
Soyuqdəyməyə son qoymaq üçün bunları edin!
Xalq kəlamına görə “müalicə olunmayan soyuqdəymə 7 gün, müalicə olunan isə bir həftə çəkər”. Soyuqdəymə bizi tutan kimi aspirin, qaynar suya qatılan toz dərmanlarına müraciət edirik. Lakin xəstəliyi əvvəlcədən qabaqlasaq bu qədər əziyyət çəkmərik.


.jpg)











