Sosial

Yeni nazir kollektivə təqdim olunub

13 Oktyabr 2017 15:03

Yeni naz Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi- Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazovu nazirliyin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edib. Əli Əsədov Pərviz Şahbazovun nazir təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb.

Qadınların sosial-psixoloji problemləri Beyləqanda müzakirə olundu

13 Oktyabr 2017 14:58

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi (QLUB) “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində Beyləqan rayonunun xanımları ilə görüş təşkil edib.

“Qarabağ” yatağında ekoloji monitorinq tədqiqatı keçirilib

13 Oktyabr 2017 14:20

SOCAR-ın Ekologiya İdarəsinin ekspedisiya qrupu “Azneft” İstehsalat Birliyinin mütəxəssisləri ilə birlikdə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi çərçivəsində oktyabr 5-dən 11-ə kimi “Qarabağ” yatağı ərazisində ekoloji monitorinq tədqiqatı həyata keçirib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, monitorinq planına əsasən yataqda ətraf mühitin ilkin tədqiqi aparılıb. Tədqiqatda istifadə olunan “Nefteqaz-62” gəmisinin göyərtəsində ekoloji monitorinq üçün tələb olunan cihaz və avadanlıqlar quraşdırılıb. Ekoloji tədqiqatın nəticələri “Qarabağ” yatağının işlənməsi layihəsi çərçivəsində hazırlanacaq Ətraf Mühitin İlkin Vəziyyətinin tədqiqi və Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi hesabatlarına daxil ediləcək.

Müəllimlər üçün ixtisasartırma təlimləri keçirilir 

13 Oktyabr 2017 14:18

İbtidai sinif müəllimləri üçün yeni ixtisasartırma proqramlarının sınaq təlimləri təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, oktyabrın 4-dən start verilən təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) keçirilir. Təlimlərin təşkilində əsas məqsəd yeni ixtisasartırma proqramlarını sınaqdan keçirdikdən sonra ümumi istifadəyəverməkdən ibarətdir. 

BANM Ukrayna universiteti ilə Memorandum imzalayıb

13 Oktyabr 2017 14:16

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, iqtisad elmləri namizədi Vladimir Onişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ukraynalı nümayəndələr Poltava Milli Texniki Universiteti barədə ətraflı məlumat verib, universitetin 1930-cu ildən fəaliyyət göstərdiyini qeyd ediblər. Tədris müəssisələri arasında münasibətlərin möhkəmləndirilməsi məqsədilə Azərbaycana səfər etdiklərini bildirən qonaqlar BANM-in qısa müddət ərzində qazandığı nailiyyətləri təqdir edib, bu nüfuzlu ali məktəblə əməkdaşlığa xüsusi maraq göstərdiklərini vurğulayıblar.  Sonda BANM və Poltava Milli Texniki Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Nəsimi rayonunda 2017-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilib

13 Oktyabr 2017 14:08

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilib. “Olaylar” xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, respublikamızda olduğu kimi Nəsimi rayonunun iqtisadi və sosial həyatında da ciddi uğurlar əldə olunmuşdur.

Nəsimi rayonunda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

13 Oktyabr 2017 14:06

13 oktyabr 2017-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib. Rayon İcra Hakimiyyətindən “Olaylar2a bildirilib ki, tədbirdə Nəsimi rayonunda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, rayon təhsil, səhiyyə müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak ediblər.

"Azərbaycanda qarşıdurma təbliğ edən saytlar aşkarlanıb" — Dövlət Komitəsi

13 Oktyabr 2017 13:42

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq çap və elektron KİV-in monitorinqini aparır". Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov bildirib. 

Səlim Müslümov Ağsuda 5 rayonun sakinləri ilə görüşüb 

13 Oktyabr 2017 13:38

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda həmin rayonun və Şamaxı, Qobustan, İsmayıllı, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Ali təhsil müəssisələri üçün minimum normalar ləğv edildi

13 Oktyabr 2017 13:35

"Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar" ləğv edilib. Bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar verib. Qərarda bildirilir ki, Azərbaycan Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanına və Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" qərarına əsasən, 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir və ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipinə uyğun müəyyən olunur.

Əhalimizin sayı 10 milyona çatır

13 Oktyabr 2017 13:29

Ölkə əhalisinin sayı ilin əvvəlindən 57 min 269 nəfər və ya 0,6% artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 867 min 250 nəfərə çatıb. “Olaylar” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub.

“Uşaq hüquqları aylığı” keçiriləcək

13 Oktyabr 2017 13:26

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr – Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilib.

Kredit borcları ilə bağlı cəzalar sərtləşdirilir

13 Oktyabr 2017 13:25

verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci bəndlərinə dəyişiklik təklif edilir.Maddə 196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

DİQQƏT! Ölkədə TV və radio yayımı dayandırılacaq

13 Oktyabr 2017 13:04

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək. Bu barədə özəl olaraq Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib. Profilaktika ilə əlaqədar olaraq telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

DYP-nin “nömrə əməliyyatı” qalmaqal yaratdı

13 Oktyabr 2017 12:58

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə müraciət edib. Ötən gün edilən xəbərdarlıqda bildirilir ki, bəzi sürücülər daha gözəl göründüyünü düşünərək, nömrələrin üzərinə həkk olunmuş defis simvollarını silirlər.