Sosial

Fondlarda mühafizə olunan təhsilə dair sənədlərin təqdimatı

20 Oktyabr 2017 21:07

AMEA Mərkəzi Elmi Kitabxanasında  “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı"  adlı tədbir keçirilib. Olaylar bildirir ki, slaydlı təqdimatı MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Surə Məmmədova təqdim edib. MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təsnifatını aparan S.Məmmədova fəlsəfə, psixologiya, məntiq, ictimai və humanitar elmlər, riyaziyyat, tibb elmləri, texnika, incəsənət, tarix, coğrafiya, informasiya texnologiyaları, kitabxanaçılıq kimi elm sahələri üzrə seçilmiş dərsliklərin bir qrupunun siyahısını açıqlayıb.

“Türkologiya” jurnalı beynəlxalq indeksdə

20 Oktyabr 2017 20:45

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı 10 oktyabr 2017-ci ildə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən MLA (Modern Language Association) tərəfindən Beynəlxalq Dil Assosasiyasının Biblioqrafiyasına daxil edilib. Bu əlamətdar hadisə ilə bağlı məlumat verən jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, “Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir. Son illərdə beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən "Türkologiya" jurnalı cari ilin oktyabr ayında Modern Dil Assosasiyasının biblioqrafik indeksinə daxil edilmişdir.”

Bu gecə Yer sakinləri Orionida meteor axınını müşahidə edə biləcək

20 Oktyabr 2017 19:10

Oktyabrın 21-də Yer sakinləri ecazkar Orionida meteor yağışını izləyə biləcəklər. Meteor axını zamanı saatda 15-20 ulduz yağışı müşahidə ediləcək. Bu səma şousunu şənbə gününə keçən gecə səma aydın olan zaman, Ay üfüqün arxasında itəndə görmək mümkün olacaq.

Bu tədris ilində bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək

20 Oktyabr 2017 18:20

Bu tədris ilində ali məktəblərə qəbul qaydalarında dəyişiklərin edilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı Şəmkirdə valideynlər və şagirdlərlə keçirilən görüşdə bildirib ki, cari tədris ilində XI sinfi bitirənlərə iki dəfə qəbul imtahanlarında iştirak etmək imkanı veriləcək.

Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et!

20 Oktyabr 2017 18:18

iPhone 8 və iPhone 8 Plus cihazlarıının Azərbaycanda rəsmi təqdimatçısı olan Azercell Telekom müştərilərinə yeni cəlbedici kampaniya ilə yeni iPhone 8 smartfonunu təqdim etməkdən məmnunluq duyur. Beləliklə, ayda cəmi 109 AZN ödəməklə abunəçilər ən müasir smartfona sahib olacaq və 30GB həcmində “Hədsiz” İnternet paketini əldə edə biləcəklər. 20-26 oktyabr tarixləri ərzində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün “Hədsiz” tarifindən pulsuz istifadə qazanacaqlar.

Azərbaycan 6 universitetin reytinqi yüksəlib

20 Oktyabr 2017 18:06

Bu günlərdə Böyük Britaniyanın “Quacquarelli Symonds” agentliyi tərəfindən “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinqinin açıqlayıb.

Vaqif Əsədov: "Sərxoş sürücüləri necə müəyyən ediriksə, söhbət edənləri də elə müəyyən edəcəyik"

20 Oktyabr 2017 18:05

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov maşın sürərkən dostu ilə söhbət edən sürücünün yol polisi tərəfindən saxlanılması ətrafında yaranan mübahisəyə münasibət bildirib.

Nəsimi rayonunda “Uşaq Hüquqları aylığı”na start verilib

20 Oktyabr 2017 18:02

Məlum olduğu kimi, bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) ratifikasiya edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir.

Qəza nəticəsində piyada hadisə yerində ölüb

20 Oktyabr 2017 17:51

Qaradağ rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 19-da saat 19 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Masallı şəhər sakini Sərdar Əzizov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Narın Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb

20 Oktyabr 2017 17:43

ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin davam etdiyi 25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb. Məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “EducationUSA” təhsil yarmarkasında deyib. Səfir qeyd edib ki, builki yarmarkada ABŞ-dan 11 müxtəlif tədris müəssisəsinin nümayəndələri iştirak edib. 

Sükan arxasında söhbət edənlər cərimələnəcək? - Yol polisi məsələyə nöqtə qoydu

20 Oktyabr 2017 17:39

Baş Dövlət Yol Polisi İdarəsi son günlər sürücülərin sükan arxasında söhbət etməsi hallarına cərimə tətbiq olunması ilə bağlı məsələyə münasibət bildirib. Məlumata görə, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev  bildirib ki, bir çoxları bu məsələni fərqli şəkildə təqdim edir: “Bu məsələdə söhbət sürücünün sükan arxasında danışmasından getmir.

11 quruma teleradio yayım lisenziyası verilib

20 Oktyabr 2017 17:21

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.

Bu ərazilərdə sürüşmə sahələri yenidən fəallaşdı - SİYAHI

20 Oktyabr 2017 16:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda bir necə gün əvvəl yağan yağıntıların nəticəsi olaraq, yenidən fəallaşan sürüşmə sahələrinin adlarını açıqlayıb. ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə bildirib ki, hazırda daha çox cənub bölgəsində - Masallı rayonunun Qodman, Züvand, Güllütəpə kəndlərində, Lerikin Soru, Veri-Əliabad və Kirəvud kəndlərində, Ağsu aşırımında yerləşən Şamaxının Saqyan kəndindəki sürüşmə sahələrində, eyni zamanda Bakı-Şamaxı yolunun 106-111-ci km-lyində, Cəlilabad-Yardımlı, Muğanlı-İsmayıllı avtomobil yollarında nisbi aktivlik davam edir.