Sosial

Deputatımız Rusiyaya səfər edəcək

31 Oktyabr 2017 11:44

Noyabrın 1-də Moskvada Pedaqoji Dövlət Universitetinin yaradılmasının 145 illiyi ilə əlaqədar yubiley tədbiri, noyabrın 2-də isə Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyasının iclası keçiriləcək.

Coğrafiya İnstitutu: Müşahidə edilən temperatur oktyabr ayı üçün xarakterik deyil

31 Oktyabr 2017 11:38

“Oktyabrın son günlərində ayrı-ayrı vaxtlarda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub. Belə temperaturun qeydə alınması bu ay üçün xarakterik deyil”. Bunu  Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, əvvəlki illərdə də oktyabr ayında belə isti havamüşahidə edilib, bu isə iqlim dəyişmələrinin təsiri nəticəsində baş verir.

Bakının mərkəzində ÇILPAQ GƏZƏN ADAM - VİDEO

31 Oktyabr 2017 11:15

Dünən Bakının mərkəzində daş dövründən gələn bir insan peyda olub. “Tarqovı” deyilən ərazidə müasir insanlar arasında çaş-baş dolaşan bu şəxs əvvəl bulvarda müşahidə olunub. Deyilənə görə, o, bulvar istiqamətində dənizdən çıxıb, “Tarqovı” ya qədər gəlib çıxaraq, insanların böyük marağına səbəb olub.

Metropoliten sərgi təşkil edəcək

31 Oktyabr 2017 11:10

Noyabrın 1-də metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində növbəti sərgimiz baş tutacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Metro Gallery layihəsi çərçivəsində baş tutacaq növbəti sərgi "Köhnə Bakı" adlanır. Sərgidə paytaxtımızın köhnə görüntülərinin əks olunduğu fotoşəkillər nümayiş olunacaq. Paytaxt sakinləri və şəhərimizin qonaqları sərgi vasitəsilə tarixə birgə ekskursiya etmək imkanı qazanacaq.

Hadi Rəcəbli: “Azərbaycan dövləti əhalinin rifah halının yaxşılaşdırılması üçün lazımı islahatları davam etdirmək iradəsinə malikdir”

31 Oktyabr 2017 11:00

“İqtisadi inkişaf strategiyası yeni mərhələdə də sosialyönümlü olması ilə fərqlənir. İnkişafa xidmət edən sosial-iqtisadi kursun əsasında vətəndaşların rifah halının yükdəldilməsi, bütün sosial layihələrin tam həcmdə yerinə yetirilməsi dayanır”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Eldar İbrahimov: Sosial-iqtisadi sahədə görülən işlərin real nəticələri gələcəyə nikbin baxmağa tam əsas yaradır

31 Oktyabr 2017 10:56

“Azərbaycanın yeni mərhələdə iqtisadi inkişaf strategiyasının uğurlu olmasını şərtləndirən başlıca faktorlardan biri indiyə qədər həyata keçirilən strateji kursun effektivliyidir. Yəni iqtisadi baza əsaslı olduğuna görə islahatların səmərəliliyini təmin etmək və qarşıdakı mərhələdə daha uğurlu inkişaf dinamikası əldə etmək tam mümkündür”.

Bu gün Milli Məclis yığışacaq

31 Oktyabr 2017 10:51

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən “Olaylar.az”a bildirilib ki, iclasda 38 məsələ müzakirə olunacaq. Deputatlar “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini nəzərdən keçirəcəklər. Həmçinin “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma və Metrologiya üzrə Əmirlik Orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Bermud Adaları Hökuməti arasında uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair" Sazişin təsdiq edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.

Dəymiş ziyanın həcmi müəyyən edilir

31 Oktyabr 2017 10:21

Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın baş verib. Olaylar.az  bildirir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub. Rayonun Dəstəfur kəndində 8 ha meşə ağacları və kol-kos yanıb. Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunub.