Sosial

Güclü külək cənub bölgəsində fəsadlar törətdi

30 Oktyabr 2017 20:00

Külək cənub bölgəsində fəsadlar törədib. Bir saata yaxındır əsən güclü külək nəticəsində Masallı və Lənkəran ərazisindəki onlarla kəndə elektrik enerjisinin verilməsi tamamilə kəsilib.

Diqqət: Kökəlməyin ən sağlam yolları

30 Oktyabr 2017 19:16

Hər zaman arıqlama haqqında verilən xəbərlərin əksinə olaraq, bu dəfə sağlam şəkildə köökəlmək haqqında məlumat verəcəyik.

Saçlar niyə vaxtından tez ağarır?

30 Oktyabr 2017 19:10

Bir çox xanımlar saçların ağarmasını qocalma prosesinin bir siqnalı kimi qəbul edirlər. Bu həqiqətən belədirmi? Bu təbii proses olduğundan, gec və ya tez hər bir insanda baş verir. Adətən tək-tək ağ saçların peyda olması 30-35 yaşlara, 50-55 yaşlarda isə bu prosesin tezləşməsi müşahidə olunur. Bəs bu prosesin cavan yaşlarda əmələ gəlməsini necə qəbul etmək lazımdır? Tibb sahəsində vaxtından əvvəl saçların ağarması, yalnız saçların 50% -nin 40 yaşa qədər ağarması və ya ağ saçların 30 yaşdan əvvəl əmələ gəlməsi hallarında qəbul edilir.

Alma yemək üçün 12 səbəb...

30 Oktyabr 2017 19:05

Alma ən faydalı meyvələrdən biri sayılır. İngilislər deyir ki, hər gün 1 alma yeyən insanın həkimi işsiz qalacaq.

Sentyabr-oktyabr ayları ərzində MEK - ə daxil olan sənədlər

30 Oktyabr 2017 18:55

AMEA Mərkəzi Elmi Kitabxanasının  təşkilatçılığı ilə 2017-ci il sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib. Olaylar bildirir ki, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-in ənənə formasını almış təqdimatlarından, kitabxananın strateji hədəfi olan Milli Rəqəmsal Yaddaş layihəsi və Vahid İdarəetmə Sistemi proqramından, fondda mühafizə olunan sənədlərin mümkün qədər operativ və sistemli şəkildə akademik icmanın diqqətinə çatdırılmasından, MEK-də həyata keçirilən digər təşəbbüslərdən məlumat verib.

2018-də xoşbəxt olmaq üçün BÜRCLƏR bu ilin sonunadək nələrdən imtina etməlidir?

30 Oktyabr 2017 18:37

Astroloqlar bürclər üçün onların həyatına mane olan və ilin sonunadək düzəltməli olduqları bəzi qüsurların siyahısını hazırlayıb. Münəccimlər hesab edir ki, 2018-ci ilin uğurlu keçməsi üçün zodiak işarələri zərərli vərdişlərindən imtina etməlidir.

Ac mədəyə çiy su için! Bu müalicə üsulunun İNANILMAZ FAYDALARI

30 Oktyabr 2017 18:30

Tədqiqatçılar qastrit, yüksək qan təzyiqi, şəkərli diabeti, vərəm və qarın sıxılmasından əziyyət çəkən 1000 nəfər arasında 3 ay boyunca ciddi rejimli iş apararaq, nəticəni “KEITO DAMA” dərgisində nəşr ediblər. Müalicənin sadə üsulu bütün dünya mediasında marağ doğurub. Bütün faktlarla yanaşı, onların məsləhətlərinə qeyri-ixtiyari də qulaq asmağa dəyir, axı yaponlar öz uzun ömurlükləri və sağlamlıqları ilə məşhurdurlar.

Doğuşdan sonra qadının sağlamlığında hansı dəyişikliklər olur?

30 Oktyabr 2017 18:19

Doğuşdan sonra tez-tez qəbizlik əmələ gəlir. Əgər bağırsaqların normal işləməyə başlaması sizdən bir neçə gün tələb edərsə, bundan heç də məyus olmayın. Bu normal haldır. Rasionunuza bişmiş çuğundur, alma, qara gavalı, kişmiş, əncir və ərik qurusu, kəpək çörəyi daxil edin.

Aqder Universitetinin müəllimləri tələbələrə mühazirə oxudu

30 Oktyabr 2017 18:13

Oktyabrın 30-da Norveçin Aqder Universitetinin müəllimləri Elise Seip Tönessen və Gro Renee Rambö Dillər Universitetinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə “Akademik mətnlərdə mənbələrdən düzgün istifadə qaydaları” adlı mühazirə oxuyub.

Bakıda bu avtobusun fəaliyyəti bərpa edildi

30 Oktyabr 2017 17:47

Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 170 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edilib. Agentlikdən verilən məlumata görə, metronun "Memar Əcəmi" stansiyası ilə (Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Sulutəpə dairəsi və Binəqədi qəsəbə mərkəzindən keçməklə) Binəqədi kəndini birləşdirən marşrut xətti sakinlərin çoxsaylı müraciəti əsasında bərpa edilib.

"İnterAz" telekanalının yayımının dayandırılmasının səbəbi açıqlandı

30 Oktyabr 2017 17:44

"Azərkosmos" ASC "İnterAz" televiziya kanalının "Azerspace-1" peyki üzərindən yayımının dayandırılmasına münasibət bildirib.  "Azərkosmos" ASC-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, "İnterAz" televiziya kanalı "Azərkosmos" ASC ilə imzalanmış müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib.