Sentyabr-oktyabr ayları ərzində MEK - ə daxil olan sənədlər
AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə 2017-ci il sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib. Olaylar bildirir ki, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-in ənənə formasını almış təqdimatlarından, kitabxananın strateji hədəfi olan Milli Rəqəmsal Yaddaş layihəsi və Vahid İdarəetmə Sistemi proqramından, fondda mühafizə olunan sənədlərin mümkün qədər operativ və sistemli şəkildə akademik icmanın diqqətinə çatdırılmasından, MEK-də həyata keçirilən digər təşəbbüslərdən məlumat verib.
30 Oktyabr 2017 18:55 SosialAMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə 2017-ci il sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib. Olaylar bildirir ki, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-in ənənə formasını almış təqdimatlarından, kitabxananın strateji hədəfi olan Milli Rəqəmsal Yaddaş layihəsi və Vahid İdarəetmə Sistemi proqramından, fondda mühafizə olunan sənədlərin mümkün qədər operativ və sistemli şəkildə akademik icmanın diqqətinə çatdırılmasından, MEK-də həyata keçirilən digər təşəbbüslərdən məlumat verib.
MEK-ə sentyabr-oktyabr aylarında daxil olan sənədlərin təqdimatını Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva təqdim edib. Bu müddət ərzində MEK-ə 1072 hədiyyə, 444 məcburu nüsxə, 33 dissertasiya, 180 avtoreferat, 27 ədəd elektron resursdan ibarət sənəd daxil olub. X.Ağayeva MEK-ə daxil olan yeni sənədlərin siyahısını açıqlayaraq bu barədə ümumi məlumat verib.
"Fevral inqilabından sonra Şimali Azərbaycanda idarəçilik sistemi" monoqrafiyasının müəllifi, BDU-nun Azərbaycan tarixi kafedrası müəllimi Arifə Adıgözəlova, AMEA Fəlsəfə İnstitutunun "İnformasiya cəmiyyətinin fəlsəfi problemləri" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Afaq Rüstəmova "Müasir dünya və Azərbaycan reallıqları fəlsəfi təhlil"i monoqrafiyası, Azərbaycan Yazıçılar Birliyinin üzvü Georgiy Zapletin isə müəllifi olduğu "David Paşayev. Qrifsiz "Sirr" kitabı barədə danışıblar.
AMEA Fəlsəfə İnstitutunnun direktor müavini Eynulla Mədətli, institutun əməkdaşları Məmmədağa Sərdarov, Eynulla Mədətli, Elxan Quliyev, Əli İbrahimov, Məhəmməd Cəbrayılov çıxışlarında təqdim olunan yeni əsərlərin əhəmiyyətinə toxunublar.