Sosial
Əmək Məcəlləsi dəyişdirildi
Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. “Olaylar”ın məlumatına görə, qanunun 4-cü maddəsinə ( Bu Məcəllənin tətbiq edildiyi işyerləri ) maddəsinə təklif olunan dəyişiklikdə göstərilib ki, Azərbaycan qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.
Fədayə Laçın "Qoca" ilə sevgili olduğunu etiraf etdi: "Sonuncu dəfə onunla..."
Müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) məhkəmədə "Qoca" ləqəbli dustaq Etibar Məmmədovla sevgili olduğunu etiraf edib.
Bələdiyyələrə yeni səlahiyyət verildi
Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılacaq. “OLaylar”ın məlumatına görə, bununla bağlı Milli Məclisin iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
“Kod”lar düzgün yığılmaya bilər... Nigar Adil yazır...
Ötən gün gündəm çox “rəngarəng” oldu. Adətən media üçün 2 – 3 saat öncə yayımlanan xəbər artıq köhnə xəbər hesab olunur. Bu gündən sabaha keçən xəbərlər də olur, amma bu çox az hallarda baş verir. Adətən dünya çaplı xəbərlər – müharibələr, siyasi qarşıdurmalar və.s
"Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva
“Qızların təhsildən yayındırılması əsasən 9-cu sinifdən, ümumi orta təhsil pilləsi bitdikdən sonra müşahidə edilir”. Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva deyib.
1347 şəxs Baş Təhsil İdarəsinin müsabiqəsində iştirak etmək istəyir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin II (test imtahanı) mərhələsi 3-5 noyabr 2017-ci il tarixlərində keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, müsabiqənin keçirilmə yeri və konkret vaxtı barədə namizədlərin şəxsi səhifəsinə məlumat göndəriləcək.
Qaçan məhbus Fədayə Laçına verilişdə olanda zəng edib?
Turizm cəhətdən unikal ərazidə yeni yol salınır
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunacaq. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək. Hazırda yol boyu torpaq işləri, həmçinin layihə-axtarış və geoloji işlər də aparılır.
Noyabrda hava necə olacaq?
Azərbaycan noyabr ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.
Keçmiş sovet elitasının üzvlərini Qorbaçova qarşı nifrət birləşdirir
ORT kanalı “Əsil həqiqətdə” verilişini təqdim edəndə onun siyasət dünyasının qaranlıqlarına işıq salmaq üçün necə uğurlu layihə ola biləcəyini çoxları düşünürdü, lakin ideya müəllifləri kütlələrin zövqünü “korlamayaraq”, ənənəvi şəxsi intriqalara daha çox meydan verirdilər. Nə edəsən, bazar qanunları və reklam şərtləri qeyri-rentabelli fəaliyyəti mümkünsüz edir. İnformasiya məkanının sərt rəqabətinə dözməlisən. Dekorasiyadan tutmuş sonuncu teleeffekt detallarına qədər, hamısı pul tələb edir. Lakin prorqam heyəti istisna hal kimi, Sovetlər Birliyinin sonuncu imperatoru və 20-ci əsrin ən ziddiyətli adamı Mixail Qorbaçovun “Foros əməliyyatı” ətrafında on illərdir davam edən suallara aydınlıq gətirməyə çalışırdı.
Kimin hüququ daha çoxdur-qadınların, yoxsa kişilərin?
Qadınları zəif, hüquqları daim kişilər tərəfindən tapdanan cins olduğunu deyirik. Görəsən, həqiqətən də belədirmi? Qərblilərin, avropalı və amerikalıların əksəriyyətinin nəzərində Şərq qadını, daha doğrusu, İslam ölkələrindəki xanımlar heç bir hüququ olmayan, döyülən, əzilən, ağır işgəncələrə məruz qalan yazıq, qorxaq, müti məxluqlardır. Ki, bu məxluqların həyatı və hüquqları onları adam yerinə qoymayan əri və ən başlıcası - Şəriət qaydaları ilə məhdudlaşdırılıb.
58 nəfər insan alveri qurbanına yardımlar göstərilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən cari ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 58 nəfər insan alveri qurbanına və qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 23 nəfər potensial insan alveri qurbanına müxtəlif növ yardımlar göstərilib.
Bakcell növbəti dəfə “Socially Devoted” sertifikatı alıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Facebook” sosial şəbəkəsində abunəçilərin suallarının cavablandırma səviyyəsinə görə 2017-ci ildə ikinci dəfə “Socially Devoted” sertifikatı ilə təltif olunub.
DİN Ağcabədidə yanacaqdoldurma məntəqəsində partlayışla bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, oktyabrın 30-da saat 19 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaqdoldurma məntəqəsinin çəninə Şirvan şəhər sakini Gülhüseyn Nəsirov “ZİL-130” markalı avtomobilindən maye qaz boşaldarkən partlayış baş verib.
Deputat: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması yeni bir tarixin yazılmasıdır
Bakı-Tbilisi Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Azərbaycan daha bir tarixi hadisəyə imza atdı. Bunu millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, bu hadisə bütün dünya ictimaiyyətinin diqqətini cəlb etdi: "Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması yeni bir tarixin yazılmasıdır.














