Sosial

Bakıda Şimali Kiprin 34-cü ildönümü qeyd edildi

16 Noyabr 2017 15:16

Hər il olduğu kimi bu il də Şimali Kipr Türk Respublikasının elanının ildönümü Bakıda təntənəli şəkildə qeyd edilib. Noyabrın 15-də bu ada dövlətinin elan edilməsinin 34-cü ildönümü münasibətilə təşkil edilən mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin rəhbəbləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media təmsilçiləri iştirak ediblər.

“İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr keçirilir

16 Noyabr 2017 14:52

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr cari tədris ilində də davam edir. “OLAYLAR”-ın xəbərinə görə. səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun təşkil edilir.

Mətbuat Şurası reket jurnalistikaya qarşı səmərəli fəaliyyət göstərir

16 Noyabr 2017 14:50

"Azərbaycan Mətbuat Şurasının reket jurnalistikaya qarşı apardIğı mübarizə nədənsə bir çox “həmkarlarımızı” narahat etməyə başlayıb. Görünür bu da aparılan uğurlu mübarizənin nəticəsi ilə bağlıdır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri interpress.az saytının baş redaktoru Toğrul Allahverdili səsləndirib.

Hava buludlu, çiskinli, küləkli olacaq

16 Noyabr 2017 14:35

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Nizami Səfərov: “Beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasında əsas rol dövlətlərə məxsusdur”

16 Noyabr 2017 14:22

“Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsi təsadüfi meydana gəlməyib. Bu cinayətlərin qarşısının alınması üçün hüquqi baza formalaşdırılmalıdır”. Bunu Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov parlamentdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” mövzusunda keçirilən yekun müzakirədə deyib.

“Azərbaycanda təhsil prosesinin yenilənməsinə ehtiyac var”

16 Noyabr 2017 14:20

16 – 17 noyabr tarixlərində Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Müəllimləri İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Öyrənməyi öyrənmək” adlı 2- ci Beynəlxalq Təlim Konfransı öz işinə başladı. Olaylar.az bildirir ki, bu ilki konfrans “Öyrənməyi öyrədək” mövzusuna həsr olunub. Konfrans  zamanı iştirakçılar öyrənməyin mahiyyəti, bilmək və öyrənmək arasında fərq və əsl öyrənməyin necə olduğuna dair biliklərini inkişaf etdirəcəklər. Həmçinin, konfransda düşünmə prosesinin necə baş verdiyi, müəllimlərin ağıllı düşünmək bacarığını necə təşviq edə biləcəkləri və şagiedlərin təlim nəticələrinin inkişaf etdirilməsində  beynin məlumatı necə emal etdiyinin rolu təhlil olunacaq.

“BakuBus”ln avtobusundan nadir ekspanat tapıldı

16 Noyabr 2017 14:05

"BakuBus" avtobusunun salonundan Azərbaycanın qədim dövrünə aid maddi mədəniyyət numunələri - gümüş və mis pullar tapılıb. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı şirkətin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev verib. Bildirib ki, tapılan gümüş və mis pulların Albaniya dövlətinə aid olduğu güman edilir: "Bununla bağlı olaraq artıq Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilmişdir. Tapılan tarixi ekspanatlar qanunvericiliyə uyğun şəkildə aidiyyatı üzrə təqdim olunacaq".

Regionlarda gənclər erkən nikah hallarının qarşısının alınması ilə bağlı maarifləndirilir

16 Noyabr 2017 14:04

Masallı və Biləsuvar rayonunda “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Erkən nikahlara qarşı gənclərin sosial fəallığının artırılması” adlı layihə çərçivəsində tədbirlər həyata keçirib.

Əhalimizin sayı artıb

16 Noyabr 2017 14:02

İlin əvvəlindən ölkə əhalisinin sayı 65 292 nəfər və ya 0,7% artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 875 min 273 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 114 nəfər olub, əhalinin ümumi sayının 53%-ini şəhər, 47%-ini kənd sakinləri, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir.

"Zəlzələ zamanı qaçmaq lazım deyil" - Şöbə müdiri

16 Noyabr 2017 13:52

Zəlzələ baş verən zaman qaçmaq əvəzinə, olduğun yerdə qalıb qorunmaq lazımdır. Bunu  açıqlamasında AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli deyib. O bildirib ki, hündürmərtəbəli binalarda yaşayan insanlar qaçmağa çalışmamalıdırlar: "Çünki zəlzələ saniyələr ərzində baş verən prosesdir. Zəlzələ baş verən zaman qaçmaq əvəzinə olduğun yerdə qalıb, qorunmaq lazımdır, məsələn, qapının ağzında, otağın küncündə, stolun altında gizlənmək daha yaxşı olar. Bunlar olacaq bədbəxt hadisələrin qarşısını yüngül də olsa ala, üzərlərinə düşəcək şeyin təsirini müəyyən qədər azalda bilər".

Səlim Müslümov Şabran rayonunda 5  rayonun sakinləri ilə görüşüb

16 Noyabr 2017 13:42

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şabran rayonunda bu rayonun və Siyəzən, Quba, Qusar, Xaçmaz  rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Ekologiyaya qənim kəsilənlər

16 Noyabr 2017 13:21

Paytaxt Bakıda yaşıllığın məhv edilməsi prosesi davam etməkdədir. Məsələnin acınacaqlı tərəfi ondan ibarətdir ki, yaşıllığın məhv edildiyi konkret ünvan və şəxslər bəlli olsa da aidiyyatı qurumlar müvafiq tədbir görməkdə tərəddüd edirlər. Yaşıllığın məhv edildiyi ünvanlardan biri də Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Qara Qarayev prospektidir ki, sakinlərin dəfələrlə etdikləri müraciətlər cavabsız qalıb. Sözügedən ünvanda yaşayan Qarabağ müharibəsi veteranı, ikinci dərəcəli əlil Saleh Cəfərov redaksiyamıza müraciət edərək bildirib ki, sözügedən ərazidə sözün əsil mənasında “ekoloji terror” aparılır. Məsələ ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülməyib: “Təbiətin qənimi olanlar haqqında mətbuatda çox yazmışam.

Vəzifəli şəxslər qadağan olunan informasiyanın yayılmasına görə cəzalanacaqlar

16 Noyabr 2017 13:08

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcəklər. “Olaylar” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir.

İnternet provayderlərə qarşı cəzalar sərtləşdirilir

16 Noyabr 2017 13:00

Provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına görə cəza tətbiq olunacaq. "Olaylar” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni- 370-1-ci (İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının polzulması) maddəsi əlavə edilir.

Qadağan olunmuş informasiyanı yerləşdirənlər cəzalandırılacaqlar

16 Noyabr 2017 12:57

Azərbaycanda internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı cəzalar müəyyənləşdirilir.